Xəbər lenti
Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Manevr.az teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu, bizim bölüşdüyümüz bir faciədir. Təyyarə qəzasında Rusiya, Azərbaycan və Qazaxıstan vətəndaşları həlak olub. Qırğızıstan vətəndaşları isə yaralanıb. Biz yaxınlarını itirənlərin hamısının ağrı və kədərini tam bölüşürük”, - o əlavə edib.
Zaxarova qeyd edib ki, baş verən təyyarə qəzasının ildönümü ərəfəsində - dekabrın 24-də Qroznıda həmin faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib:
“Mərasimdə Çeçenistan Respublikasının rəhbərliyi və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edib”.
Mariya Zaxarova AZAL-ın sərnişin təyyarəsinin vurulmasına görə Ukraynanı ittiham edib. O iddia edib ki, fəlakətin əsas səbəbi Ukraynanın Rusiyanın mülki infrastrukturuna PUA-lardan istifadə edərək terror hücumları olub.
“Hadisədən dərhal sonra Rusiya və Azərbaycan liderləri telefonla danışıblar. Daha sonra, 2024-cü il dekabrın 28-də Rusiya Prezidenti (Vladimir Putin) Azərbaycan Respublikasının Prezidenti (İlham Əliyev) ilə telefon danışığında ölkəmizin hava məkanında baş verən faciəli hadisəyə görə rəsmi olaraq üzr istəyib”, - o vurğulayıb.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































