Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Generalın təyyarəsi Türkiyədə YOXA ÇIXDI

Tarix: 24-12-2025 08:56     Baxış: 434 A- / A+
Generalın təyyarəsi Türkiyədə YOXA ÇIXDI


Ankaradan Tripoliyə uçan və Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Həddadın olduğu ehtimal edilən "Falcon 50" təyyarəsi qəfildən radarlardan yoxa çıxıb.
Bu barədə "Habertürk" kanalı məlumat yayıb.

Hadisədən sonra hakimiyyət orqanları Ankara üzərindən müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edib və şəhərin hava məkanını bağlayıb.

Həmçinin bildirilib ki, Həddad daha əvvəl Türkiyə Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun dəvəti ilə Türkiyə paytaxtına gəlib və Milli Müdafiə naziri Yaşar Gülerlə danışıqlar aparıb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Liviya Baş Qərargah rəisini aparan təyyarə ilə əlaqənin kəsildiyini təsdiqləyib: “23 dekabr 2025-ci il saat 20:10-da (Bakı vaxtı ilə 21:10) 9H-DFJ quyruq nömrəli Falcon 50 biznes təyyarəsi Ankaranın Esenboğa hava limanından Tripoliyə yola düşüb. Lakin saat 20:52-yə olan məlumata görə, təyyarə ilə əlaqə kəsilib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti pilotlardan Haymana bölgəsinə təcili eniş barədə mesaj alıb, bundan sonra təyyarə ilə yenidən əlaqə qura bilməyiblər.

Nazir təyyarədə Liviyanın Baş Qərargah rəisi general Məhəmməd Əli Həddad da daxil olmaqla beş sərnişinin olduğunu bildirib. modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar