Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Mədə ağrısı ilə xəstəxanaya getdi, tomoqrafiyanı görən həkim dərhal polisə xəbər verdi

Tarix: 23-12-2025 21:16     Baxış: 357 A- / A+
Mədə ağrısı ilə xəstəxanaya getdi, tomoqrafiyanı görən həkim dərhal polisə xəbər verdiMərakeşdən təxminən 3 min kilometr məsafəni təyyarə ilə qət edərək Türkiyəyə gələn Cüneyt G., iki gün sonra qarın ağrısı şikayəti ilə İstanbulun Fulya səmtində yerləşən özəl xəstəxanaya müraciət edib. Müayinədən sonra şübhəlinin tomoqrafiyası çəkilib.

Aparılan müayinə zamanı Cüneyt G.-nin mədə və bağırsaqlarında yad cisimlər aşkar edilib. Bunun üzərinə xəstəxana rəhbərliyi vəziyyətlə bağlı polisə məlumat verib.

Xəbərdarlıq əsasında hərəkətə keçən Beşiktaş Asayiş Büro Amirliyi əməkdaşları həkimlərlə görüş keçirib. Həkimlərin qərarından sonra əməliyyata alınan Cüneyt Ç.-nin bağırsaqlarından ümumi çəkisi 259,7 qram olan 49 ədəd narkotik maddə (esrar macunu) çıxarılıb. Şübhəliyə məxsus bir ədəd mobil telefon da xəstəxana tərəfindən polisə təhvil verilib.

Müalicəsi başa çatdıqdan sonra xəstəxanadan buraxılan Cüneyt Ç. polis tərəfindən saxlanılıb. Polis idarəsində aparılan əməliyyat tədbirlərindən sonra şübhəli məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Cüneyt Ç. "narkotik maddələrin satışı" maddəsi ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Bildirilib ki, Cüneyt G.-nin daha əvvəl polis qeydiyyatında "qəsdən xəsarət yetirmə" və "ehtiyatsızlıqdan xəsarət yetirmə" maddələri üzrə cinayət qeydləri mövcuddur. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar