Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Pezeşkian istefa verərsə...

Tarix: 23-12-2025 20:00     Baxış: 421 A- / A+
İranda Prezident Məsud Pezeşkianın istefası yenidən gündəmə gəlib.

Bu barədə "Azad İran" süjet hazırlayıb.

Süjetdə bildirilir ki, bu dəfə məsələ daha iri çaplı siyasi fiqur - İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf tərəfindən ortaya atılıb.

Belə ki, dekabrın 21-də parlamentin plenar iclasında spiker Pezeşkianı və onun başçılıq etdiyi hökuməti açıq şəkildə impiçmentlə hədələyib. Qalibaf ölkədəki iqtisadi problemlərin və əhalinin dolanışındakı çətinliklərin, o cümlədən bahalığın tüğyan etməsi və inflyasiyanın məsuliyyətini bütünlüklə Pezeşkian hökumətinin üzərinə qoyaraq deyib:

"Əgər atılan addımlar bir nəticə verməsə, hökumətdə dəyişiklik edilməsi prioritetə çevriləcək. Hökumət zəruri islahatları həyata keçirməsə, deputatlar impiçment proseduruna başlamağa məcbur olacaqlar".

Ölkədə və dünyada geniş diqqət çəkən bu açıqlamaya İranda nüfuzlu islahatçı qüvvələrdən biri olan "Milli Etimad" partiyasının sədr müavini İsmayıl Gerami Müqəddəm belə reaksiya verib:

"Hakimiyyət qollarından birinin rəhbərinin parlamentdəki xüsusi bir azlığın impiçment tələbinə söykənərək prezidenti və hökuməti təhdid etməsi yeni və indiyə qədər görünməmiş bir məsələdir. Əvvəllər heç vaxt hansısa hakimiyyət qolu başçısının hökumətə qarşı bu cür davranışının şahidi olmamışıq".

Daha ətraflı "Azad İran"ın "YouTube" kanalında yayımlanan videomaterialda: oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar