Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

İranda İsveç vətəndaşına qarşı çıxarılan ölüm hökmü etiraz doğurub

Tarix: 19-12-2025 20:04     Baxış: 3118 A- / A+
İranda İsveç vətəndaşına qarşı çıxarılan ölüm hökmü etiraz doğurub
İsveç xarici işlər naziri Mariya Malmyer Stenerqard İranda ölkə vətəndaşına qarşı çıxarılan ölüm hökmü ilə əlaqədar İran səfirini çağırıb.

Məlumata görə, İsraillə son 12 günlük münaqişə zamanı həbs edilmiş və casusluqda ittiham olunaraq məhkəməyə çıxarılmış ikili vətəndaşlığı olan şəxs İran və İsveç vətəndaşıdır.

"Biz birinci instansiya məhkəməsi tərəfindən ona ölüm hökmü çıxarıldığı barədə məlumat almışıq, lakin hələ bu məlumatları təsdiqləyə bilməmişik. Əlbəttə, biz onları yoxlamaq üçün səy göstəririk", - deyə Stenergard qeyd edib.

Onun sözlərinə görə, İsveç XİN İran səfirini Stokholma çağıraraq İsveç vətəndaşına qarşı mümkün ölüm hökmünü qəti şəkildə qınadığını ifadə edib.

"İsveç və Aİ-nin ölüm cəzasına münasibəti aydındır. Biz həmişə, hər yerdə və şəraitdən asılı olmayaraq buna qarşı çıxırıq", - deyə Stenergard bildirib. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar