Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Suriyadakı kürd qüvvələrinə xəbərdarlıq etdi

Tarix: 18-12-2025 22:53     Baxış: 3188 A- / A+
Türkiyə Suriyadakı kürd qüvvələrinə xəbərdarlıq etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı kürd silahlı birləşmələrinə açıq mesaj verib.

O, "TRT World" telekanalına müsahibəsində bildirib ki, “Suriya Demokratik Qüvvələri”nin (SDQ) prosesi qəsdən uzatdığı qənaəti güclənir və bu vəziyyət Ankaranı qane etmir.

Nazirin sözlərinə görə, Türkiyə Suriyada heç bir terror elementinin ölkənin bərpa prosesinə mane olmasına yol vermək niyyətində deyil. Fidan qeyd edib ki, PKK/YPG ilə əlaqəli SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası çox ləng gedir və bu, narahatlıq doğurur. Onun fikrincə, SDQ vaxt udmağa çalışır və mümkün yeni regional böhranlara ümid bəsləyir.

Hakan Fidan bildirib ki, Suriyadakı müxalif silahlı qrupların böyük əksəriyyəti artıq Suriya Müdafiə Nazirliyinin tabeliyinə keçib, lakin SDQ bu prosesdən kənarda qalıb. Türkiyə tərəfi hərbi üsullara yenidən əl atmaq istəmir, amma vəziyyətin bu cür davam etməsinin də qəbuledilməz olduğunu açıq şəkildə bəyan edir.

Nazir vurğulayıb ki, 10 mart tarixli razılaşma gecikmədən və dəyişdirilmədən icra olunmalıdır. Onun sözlərinə görə, bu razılaşma Suriyanın milli birliyinin təmin olunması üçün vacib addımdır və səbrin tükənmək üzrə olduğunu SDQ də anlamalıdır. Fidan sonda bildirib ki, düzgün yanaşma və əməkdaşlıqla məqsədə çatmağın mümkün olduğuna ümid edir. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar