Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

42 il əvvəl qaçırılan uşaq SAĞ TAPILDI - İndi 45 yaşı var

Tarix: 18-12-2025 22:04     Baxış: 334 A- / A+
ABŞ-da 1980-ci illərə aid uşaq oğurluğu ilə bağlı ən səs-küylü işlərdən biri açılıb.

Cinayətin açılmasına DNT üzrə axtarışın yeni texnologiyaları kömək edib.

Belə ki, üç yaşlı Mişel Mari Nyuton 2 aprel 1983-cü ildə itkin düşmüşdü. Bu illər ərzində atası onu fasiləsiz axtarıb. Məlum olub ki, uşağı başqa ştatda gizlətmək məqsədilə doğma anası aparıb.

“Qaçırılma” hadisəsi valideynlərin boşanmadan sonra yaşadığı münaqişə səbəbindən mümkün olub. Bu müddət ərzində ata onu axtarmağı dayandırmayıb və qızını yenidən görəcəyinə inanıb.

Debora Li Nyuton FTB-nin “adam oğurluğu işləri üzrə ən çox axtarılan qaçaqlar” siyahısına salınmasına baxmayaraq, iş 5 ildən sonra bağlanıb. Lakin bütün bu illər ərzində atasının təsəlliverilməz kədərini görən qohumların xahişi ilə iş 9 il əvvəl yenidən açılıb.

"O, həmişə qəlbimdə olub. Qızımı yenidən görüb qucaqladığım anı izah etməyə söz tapmıram. Heç nə ilə onu dəyişmərəm. Elə bil onu yenicə dünyaya gəldiyi vaxt görürdüm", - bu gün sevincini bölüşən Cozef Nyuton deyib.

Dərin sarsıntı keçirən yaşlı kişi yenidən tapdığı qızını mələklə müqayisə edib.

Məlumata görə, qızın anası Debora hələ 1983-cü ildə Mişelin atası ilə birlikdə yaşadığı evin həyətindən onu aparıb. Qızını Kaliforniyaya apararaq özünə yeni Şeron adı götürüb.

Qohumların müraciətindən sonra axtarışlar 2016-cı ildə bərpa edilib. 2025-ci ildə istintaq orqanları yeni DNT aşkarlama sistemi vasitəsilə həmin vaxt qocalar evində olan Deboranın izinə düşüblər. Onun vasitəsilə hazırda 45 yaşı olan Mişel tapılıb.

Mişel hələ də hadisədən sarsılır və illər əvvəl "fərqli bir insan olduğuna" inana bilmir. Onun yaşlı anası adam oğurluğu ittihamı irəli sürüldükdən sonra həbs edilib. Lakin Mişel onun üçün girov qoyub:

"Məqsədim hər iki valideynimi dəstəkləmək və vəziyyəti anlamağa çalışmaqdır. Onların hər ikisinə bunu sona çatdırmaqda kömək etmək istəyirəm ki, hamımız sağala bilək". publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar