Xəbər lenti
Saakaşvilidən sərt ittiham: “Rusiya casusunun həyat yoldaşı”nı səfir göndərmisiniz
O, Gürcüstan hakimiyyətinin ABŞ-dakı səfirliklə bağlı qərarlarını açıq şəkildə casusluq qalmaqalı kimi dəyərləndirib və bunun ölkə üçün ağır beynəlxalq nəticələr doğura biləcəyini bildirib.
Saakaşvilinin sözlərinə görə, mövcud hakimiyyət əvvəlki səfirin səlahiyyət müddətini üç dəfə qısaldaraq onu vaxtından xeyli əvvəl geri çağırıb və ABŞ-a səfir postuna Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirilən şəxsin həyat yoldaşını təyin edib.
Sabiq prezident xəbərdarlıq edib ki, bu siyasi xətt davam edərsə, ABŞ yaxın zamanda Gürcüstan vətəndaşları üçün viza rejimini daha da sərtləşdirə, hətta siyasi sığınacaq verilməsindən tam imtina edə bilər. Onun sözlərinə görə, analoji addımın Avropa İttifaqı tərəfindən də atılması ehtimalı yüksəkdir və təhlükəsizlik riskləri əsas gətirilərək Gürcüstan vətəndaşları üçün vizasız rejim tam ləğv oluna bilər.
Saakaşvili vurğulayıb ki, ABŞ və Avropa ölkələri üçün əsas meyar emosiyalar və ya ayrı-ayrı vətəndaşların taleyi deyil, məhz öz milli təhlükəsizlik maraqlarıdır. Onun fikrincə, casusluq şübhəsi yaradan addımlar bağışlanmır və bu cür qərarların bədəlini sonda bütün ölkə ödəyə bilər. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































