Alimlər dünyanın ən çətin çatılan nöqtələrindən biri hesab olunan Şərqi Antarktika buz kütlələrinin altına daxil olaraq ilk dəfə birbaşa ölçmə aparmağı bacarıb. Buzlaqların altında uzun müddət hərəkət edən sualtı tədqiqat aparatı Arqonun çətin və tarixi səyahəti düz 2,5 il davam edib.
Manevr.az xəbər verir ki, tədqiqatçılar Arqonu buzları deşərək keçəcək şəkildə proqramlaşdırmışdı, amma hər gün "Geri qayıda biləcəkmi?" sualını özlərinə verməkdən də çəkinmirdilər. Nəticədə Arqonun uğuru bütün sualların cavabını verdi. Aparat Denman və Shackleton buz kütlələrinin altından nadir məlumatlar göndərə bildi.
Avstraliyanın milli elmi qurumu CSIRO bu tədqiqatın iqlim elmi baxımından dönüş nöqtəsi olduğunu açıqladı. Müstəqil aparat 2,5 il boyunca təxminən 300 kilometr buzlu sularda hərəkət edərək temperatur, duzluluq, təzyiq, oksigen, pH və nitrat səviyyələri haqqında yüzlərlə hesabat göndərdi.
Argo-nun ən vacib kəşfləri isə Shackleton buz kütləsinin nisbətən stabil olduğunu təsdiqləmək və Denman buzlağının ciddi təhlükə altında olduğunu göstərmək oldu.
Alimlər bildirir ki, Denman buzlağı sürətlə əriməyə davam edərsə, dünya üzrə dəniz səviyyəsi tək başına 1,5 metrə qədər yüksələ bilər, bu isə qlobal miqyasda sahil şəhərləri üçün "yox olma" təhlükəsi deməkdir.
Tədqiqatçılar qeyd edir ki, buz kütlələrinin altındakı təxminən 10 metrlik incə okean təbəqəsi ərimə sürətini müəyyən edən ən kritik zonadır.milli.az
Xəbər lenti
Dünyanın ən çətin nöqtəsinə çatdılar - Tarixi səyahət 2,5 il çəkdi

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































