Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Qadın işə çox tez gəldiyinə görə işdən çıxarıldı: Məhkəmədən gözlənilməz QƏRAR

Tarix: 09-12-2025 08:57     Baxış: 461 A- / A+
İspaniyada məhkəmə işçisini işə çox tez gəldiyinə görə işdən çıxaran işəgötürənin iddiasını təmin edib.

İşə gecikmək çox vaxt işdən çıxarılma üçün ciddi səbəb hesab olunur, lakin məlum olur ki, çox tez gəlmək də problem yarada bilər. Alikantedən olan bir ispan qadın bunu öz təcrübəsindən öyrənib.

Gənc qadın çatdırılma xidmətində işləyib və adətən işə səhər saat 6:45 ilə 7:00 arasında gəlib, baxmayaraq ki, müqaviləsində növbəsinin səhər saat 7:30-da başlaması nəzərdə tutulub. Buna görə də, o, həmkarlarından daha tez işə başlayıb və bu da rəhbərliyin narazılığına səbəb olub.
O, ilk dəfə 2023-cü ildə çox tez gəldiyinə görə töhmət alsa da, qadın xəbərdarlığı qulaqardına vurmağa davam edib.

Bu il müdiri onu "ciddi qanun pozuntusuna" görə işdən çıxardıb və iddia edib ki, erkən gəlmək şirkətin fəaliyyətinə zərərlidir və işçi vəzifələrini pozur. O, qərardan Alikante Sosial Məhkəməsinə apelyasiya şikayəti verin, lakin məhkəmə işəgötürəninin tərəfini saxlayıb.

Məhkəmə qeyd edib ki, xəbərdarlıqlara dəfələrlə məhəl qoyulmaması işçi ilə şirkət arasındakı etimad və sədaqət münasibətlərinə mənfi təsir göstərib:

"İşçinin davranışı bu etimadı və sədaqəti pozub və onun işə tez gəlməsi əmək münasibətlərinə xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar təşkil edir". lent.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar