Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ-də 24 yaşlı gənc başına saplanmış qəssab bıçağı ilə 20 dəqiqə şəhərdə gəzib

Tarix: 09-12-2025 08:22     Baxış: 3146 A- / A+
Həkimlər ABŞ-nin Ayova ştatında başına saplanmış qəssab bıçağı ilə şəhərdə gəzən 24 yaşlı gənci xilas ediblər.

Sərxoş halda qohumu ilə mübahisə edən gənc başından ağır xəsarət alıb. Böyük qəssab bıçağı zərərçəkənin başına o qədər möhkəm saplanıb ki, bıçağın sapı qırılaraq kəllə sümüyünün içində qalıb.

Hadisədən sonra birtəhər küçəyə çıxan şəxs başına saplanan bıçaqla təxminən 20 dəqiqə şəhərdə dolaşıb, daha sonra isə yıxılıb.

Təcili yardım əməkdaşları onu Syu-Siti şəhərindəki xəstəxanaya çatdırıb, ardından helikopterlə Omahaya aparıblar. Cərrahların bıçağı çıxarmaq üçün keçirdiyi altı saatlıq əməliyyatdan sonra gəncin həyatını xilas etmək mümkün olub. Möcüzə nəticəsində sağ qalan şəxs uzunmüddətli müalicədən sonra xəstəxanadan evə buraxılıb. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar