Xəbər lenti
Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, bunu Qətərin energetika naziri Səad Şəridə əl-Kəabi Doha Forumunda çıxışında bildirib.
Nazir, həmçinin qeyd edib ki, süni intellektin enerji istehlakının artmasının və sərmayə çatışmazlığının 2035-ci ildən sonra mayeləşdirilmiş qaz və təbii qaz təchizatında qıtlığa səbəb olacağı ciddi narahatlıq doğurur.
“Sərmayə çatışmazlığı var və əgər bu, növbəti beş-altı il ərzində həll olunmazsa, 2035-ci ildə ciddi problemlərlə üzləşəcəyik. Danışıqlar apardığımız dövlətlər qaza olan tələbatlarının təxminən 10-20 faizə qədərinin süni intellektlə bağlı olduğunu bildirir”, - deyə əl-Kəabi diqqətə çatdırıb.
“Süni zəka evdə tələb olunan enerjidən daha artıq enerji tələb edir. O, daha çox enerjiyə ehtiyacı olan bir zavoda bənzəyir. Lakin ailələrdən və zavodlardan fərqli olaraq, davamlı olaraq artan enerji istehlakına məhkumdur”, - deyə nazir əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































