Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Telefonda sevgilisi ilə mübahisə edən gənc qız 17-ci mərtəbədən özünü ataraq həyatına son verdi

Tarix: 05-12-2025 20:55     Baxış: 324 A- / A+
Telefonda sevgilisi ilə mübahisə edən gənc qız 17-ci mərtəbədən özünü ataraq həyatına son verdiABŞ-da Texas A&M Universiteti tələbəsi Brianna Aguileranın faciəvi ölümü geniş rezonans doğurub.

Gənc qız universitetinin Austin şəhərində keçirilən oyununu izləmək üçün dostları ilə birlikdə şəhərə getmiş və gecə 17-ci mərtəbədə yerləşən bir tələbə mənzilində təşkil olunan məclisə qatılmışdı. Lakin gecənin sonunda dəhşətli hadisə ilə nəticələnib.

Polisin açıqlamasına görə, Aguilera ölməzdən cəmi üç dəqiqə əvvəl sevgilisi Aldo Sanchez ilə telefon vasitəsilə sərt bir mübahisə edib. Bu danışıqdan dərhal sonra o, mənzilin eyvanından özünü ataraq həyatına son verib.

Hadisədən bir neçə həftə əvvəl isə Brianna və sevgilisinin sosial şəbəkələrdə xoşbəxt anlar paylaşdığı görünürdü. Cütlüyün kostyumlu tədbirlərdən tutmuş romantik görüşlərə qədər bir çox xatirəsi sosial mediada yer alırdı.

Briannanın anası qızının ölümünün intihar olmadığını iddia etsə də, polis araşdırması başqa nəticələr ortaya çıxarıb. Rəsmi məlumata görə, gənc qızın telefonunda silinmiş intihar qeydi aşkarlanıb. Həmçinin ölüm gecəsi bir neçə dostuna "özünə zərər verə biləcəyini" bildirəcək mesajlar göndərdiyi qeyd olunub. Polis onun daha əvvəl də yaxın çevrəsinə intihar düşüncələrindən bəhs etdiyini təsdiqləyib.

Ailə hadisənin "şübhəli" olduğunu və Briannanın bunu öz istəyi ilə etməyəcəyini düşünür. Lakin istintaq orqanları əldə olunan sübutların gənc qızın psixoloji olaraq çətin bir dövr keçirdiyini göstərdiyini bildirir.

Gənc yaşında həyatını itirən Brianna Aguileranın faciəsi həm ailəsini, həm də universitet cəmiyyətini dərindən sarsıdıb. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar