Sizin Reklam Burada
Xəbər lenti
02-12-2025
01-12-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan imtina edib Azərbaycanı seçdilər: Bu, artıq reallıqdır

Tarix: 02-12-2025 21:30     Baxış: 326 A- / A+
“Avropa Nəqliyyat Şirkətinin baş direktoru oktyabrda mənə Çinlə Avropa arasında konteynerləri Rusiya ərazisindən keçməklə daşıdıqlarını, etibarlı alternativ təklif olsa, bu təklifi qəbul edəcəklərini bildirib”.

Bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib.

“İndi məhz bununla məşğuluq. Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən dəmir yolları və limanlar marşrutu olan Orta Dəhliz (və ya Transxəzər Dəhlizi) etibarsızlaşan ticarət yollarına etibarlı alternativə çevrilir. Ermənistan və Azərbaycan arasında sülh istiqamətində atılan son addımlar bu məqsədi daha da real edib”, - o qeyd edib.

Marta Kos əlavə edib ki, 2022-ci ildən bəri bu xətt üzrə ticarət dörd dəfə artıb, düzgün investisiyalar olduğu halda, 2030-cu ilə qədər bu göstərici üç dəfə də arta bilər:

“Amma investisiyalar tərəfdaşlarımızla koordinasiya və özəl sektorla razılaşma olmadan gəlməyəcək. Buna görə də, mən Özbəkistanın paytaxtı Daşkəndə getdim və komissar Cozef Sikel, üzv dövlətlər, eləcə də Qara dəniz regionu və Mərkəzi Asiyadan olan tərəfdaşlarımızla həmin marşrutu necə daha sürətli, ucuz və daha etibarlı edə biləcəyimizi müzakirə etdik”. teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar