Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Anasını xərçəngdən itirən alim 36 ildən sonra mühüm kəşfə imza atdı

Tarix: 19-02-2025 16:24     Baxış: 375 A- / A+
Anasını xərçəngdən itirən alim 36 ildən sonra mühüm kəşfə imza atdı

Dünyaca məşhur xərçəng tədqiqatçısı Pol Uorkman həm atasını, həm də anasını xərçəng səbəbilə itirib, hətta özü də bir neçə il əvvəl bu xəstəliklə mübarizə aparıb. 

Manevr.az
qaynarinfo-ya istinadən xəbər verir ki, 36 illik araşdırmaların ardından o, anasının ölümünə səbəb olan nadir xərçəng növünə - kordomaya qarşı ən güclü silahı inkişaf etdirməyə nail olub.

Qeyd edək ki, kordoma xüsusilə nadir bədxassəli şişdir, kəllə və ya onurğa sütununun altından, əksər hallarda sakrum adlanan fəqərələrin aşağı dəstəsində başlayır.

Anasının xəstəliyi gec aşkarlanmışdı, müalicə isə yox idi

Pol Uorkman anası Enanı 1989-cu ildə itirib. 68 yaşlı qadın milyonda bir insanda rast gəlinən və müalicəsi olmayan nadir sümük xərçəngi növü * kordoma səbəbilə dünyasını dəyişib.

O zaman cəmi 37 yaşında olan Uorkman artıq tibb sahəsində apardığı araşdırmalarla tanınırdı. O, atasını bağırsaq xərçəngindən, anasını isə kordomadan itirdiyini bildirərək, bunun onun üçün böyük mənəvi sarsıntı olduğunu qeyd edib.

Anasının xəstəliyi çox gec aşkar edilib. Uzun illər bel ağrılarından əziyyət çəkən Ena bədənində inkişaf edən xəstəliyi hiss etməkdə gecikmişdi. Əgər bu ağrılar olmasaydı, onun onurğasının aşağı hissəsində meydana gələn şiş daha erkən aşkarlanıb müalicəyə başlanıla bilərdi.

36 il sonra müalicə yolu tapıldı

Kordomanın müalicəsi üçün uzun illər heç bir effektiv üsul mövcud olmayıb. Ancaq Uorkman və beynəlxalq tədqiqatçılar qrupu ötən günlərdə brachyury adlı bir proteinin kordoma hüceyrələrinin sağ qalmasında həlledici rol oynadığını kəşf edib.

Bu kəşf elmi dairələrdə böyük həyəcan yaradıb. Çünki brachyury proteininin bloklanması ilə xərçəng hüceyrələrinin böyüməsinin dayandırılması, hətta məhv edilməsi mümkün ola bilər. Lakin bu proteini hədəf alan dərman hazırlamaq olduqca çətin olub. Çünki brachyury proteininin mürəkkəb strukturu onu müalicəyə davamlı edirdi.

Elm adamları ümidlənir

Uorkman brachyury-nin embrion mərhələsində onurğa sütununun ilkin formasının inkişafında mühüm rol oynadığını, ancaq doğuşdan sonra qeyri-aktiv hala gəldiyini bildirib. Lakin bəzi nadir hallarda bu protein yenidən aktivləşərək kordomanın yaranmasına səbəb ola bilir.

Bununla belə, ötən həftə "Nature Communications" elmi jurnalında dərc olunan bir məqalə bu istiqamətdə mühüm bir addım olub. Oksford Universiteti və Şimali Karolina Universitetindən tədqiqatçıların da iştirak etdiyi araşdırmada brachyury proteininin səthində bəzi hədəf nöqtələri müəyyən edilib. Mütəxəssislər bu nöqtələri xüsusi dərmanlarla hədəf alaraq proteini təsirsiz hala gətirə biləcəklərini bildiriblər.

Bu mühüm elmi nailiyyət dünyanın ən güclü rentgen şüa generatorlarından biri olan "Diamond Light Source" sinkrotonu vasitəsilə əldə edilib.

Digər xərçəng növlərinin müalicəsində də istifadə oluna bilər

Uorkman və komandası artıq brachyury proteini hədəf alacaq potensial dərman birləşmələrini müəyyən edib. Əgər bu dərmanlar effektiv olarsa, indiyə qədər heç bir müalicəyə cavab verməyən kordomanın böyüməsi və yayılmasının qarşısı alına bilər.

Uorkman bu araşdırmanın təkcə kordoma deyil, digər yayılmış xərçəng növlərinin müalicəsinə də töhfə verəcəyini qeyd edib:

"Brachyury digər şişlərin metastaz prosesində də rol oynayır. Bu o deməkdir ki, bu proteini bloklayan dərmanlar digər xərçənglərin yayılmasının qarşısını almaq üçün də istifadə oluna bilər".

Xərçəngdən özü də xilas oldu

Pol Uorkman xərçəngə qarşı mübarizəsində yalnız anasının və atasının itkisi ilə üzləşməyib. 2022-ci ildə ona prostat xərçəngi diaqnozu qoyulub. Lakin xəstəliyin erkən mərhələdə aşkarlanması və müalicə şansının yüksək olması ona kömək edib. O, şüa terapiyası ilə xəstəliyin öhdəsindən gəlib.

5 il sonra müalicə mümkün ola bilər

Kordomanın müalicəsində ən ümidverici metodlardan biri hədəflənmiş protein parçalanması (TPD) adlanan üsuldur. Bu texnika hüceyrənin təbii tullantı sistemindən istifadə edərək zərərli proteini bədəndən atmağı nəzərdə tutur.

Uorkman bu prosesin iş prinsipini belə izah edib:

"Dərmanın bir hissəsi hədəf proteinə bağlanacaq, digər hissəsi isə hüceyrənin tullantı sistemini aktivləşdirərək proteinin məhv edilməsini təmin edəcək. Beləliklə, brachyury proteini hüceyrədən xaric ediləcək və təsirsiz hala gətiriləcək".

Hazırda tədqiqatçılar bu müalicə metodunu inkişaf etdirmək üçün laboratoriya testlərini davam etdirirlər. İnsan üzərində klinik sınaqlara başlamazdan əvvəl hüceyrə nümunələri və heyvan modellərində testlər aparılacaq. Bu prosesin təxminən 5 il çəkəcəyi proqnozlaşdırılır. Əgər hər şey planlaşdırıldığı kimi gedərsə, kordomanın effektiv müalicəsi reallığa çevrilə bilər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar