Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Simonyandan şok: Rusiyanı məhv etmək lazımdır!

Tarix: 29-01-2025 16:16     Baxış: 3223 A- / A+


Ermənistan parlamentinin sədri Alen Simonyan Baltikyanı ölkələrin parlamentarilərilə qapalı görüşdə Rusiyanı sərt tənqid edib. Bu tənqid hətta həmin ölkələrin nümayəndələri arasında çaşqınlıq yaradıb.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti Baltikyanı ölkələrdən birinin parlamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Simonyan Rusiyanı Ukrayna Prezidenti Vladimir Zelenskinin edə biləcəyindən daha sərt tənqid edib:
“Simonyan işıqlandırılmayan görüşdə vurğulayıb ki, Rusiyanı məğlub etmək, məhv etmək lazımdır ki, Ermənistanda və Baltikyanı ölkələrdə hər şey yaxşı olsun. O, həmçinin əlavə edib ki, Rusiyanın dağılması Ermənistan və Baltikyanı ölkələr üçün yaxşı perspektivlər aça bilər”.
Simonyanın sözləri xarici siyasət dairələrində mübahisəli reaksiyaya səbəb olub:
“Hətta Baltikyanı ölkələrin nümayəndələrində Simonyanın onlardan daha çox antirusiya tərəfdarı çıxması, bütün siyasətini bu prinsiplər üzərində qurması çaşqınlıq yaradıb”.
Qeyd edək ki, məlumatın yayılması Ermənistanın rəsmi dairələrində qorxu yaradıb. Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan isə yayılan xəbəri təkzib edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar