Xəbər lenti
Dugindən Putinə: Lenini ordan çıxart, özünə yer düzəlt

Manevr.az Rusiya Teleqram kanallarına istinadla xəbər verir ki, sözügedən təklif rusiyalı filosof və ideoloq Aleksandr Dugin tərəfindən edilib.
“Mən artıq bir dəfə yazmışdım ki, Putinə inam İmperatora inam kimidir. İnanıram ki, imperatorumuzun Rusiya tarixindəki rolunu müqəddəs edəcək bir sıra atributlar - gələcək dəfn yeri, müasir Böyük Rusiyanın bütün uğurları üçün ibadət yeri yoxdur. Artıq Putinin mavzoleyinə sitayiş etmək mümkün olacaq. Vladimir Vladimiroviç vəfat etdikdə, onun tabutunda növbələr yaranacaq. Qarşıdakı illərdə, onilliklərdə fəth edəcəyimiz Avropa dövlətlərinin bayraqlarını, düşmənlərdən alınan Qərb tanklarını bura gətirəcəyik”, - Dugin bildirib.
Məlumata görə, Kremldəki mənbələr Duginin belə bir təklif irəli sürdüyünü təsdiq ediblər.
“Bu təklif iki reaksiyaya səbəb olub. Bir tərəfdən Prezident Administrasiyasında bu təklifə gülüblər və bildiriblər ki, Putin hələ çox yaşayacaq. Digər mənbələr bildiriblər ki, Putin Leninin cəsədinin mavzoleydən çıxarılmasını çoxdan istəyir. İndi bu proses tezləşdirilə bilər”, - məlumatda vurğulanıb.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar