Sizin Reklam Burada
Xəbər lenti
03-02-2026
02-02-2026
BÜTÜN XƏBƏRLƏR

Sirli yer - "Şeytan qəbiristanlığı"

Tarix: 24-01-2025 21:38     Baxış: 3186 A- / A+

"Şeytan qəbiristanlığı" adlı anomal yer Krasnoyarsk vilayətində, Karımışevo kəndi yaxınlığında yerləşən sirli bir ərazidir. Tədqiqatçılar bu zonanın yaranmasını 1908-ci ildə düşən Tunqus meteoriti ilə əlaqələndirirlər, lakin ərazi ilə bağlı bütün suallar hələ də cavabsızdır.
Rusiya mediası xəbər verir ki, bu yer haqqında ilk məlumatlar 1920-ci illərə aiddir. Şahidlərin dediyinə görə, bu "çılpaq" meşə sahəsində heyvanlar və insanlar izsiz yoxa çıxıb, yer isə daim yanırmış kimi istilik və tüstü verir. Ərazi sümük və kəllələrlə örtülmüş vəziyyətdə olub.
1940-cı ildə bu yerin ilk elmi təsviri agronom Valentin Salyagin tərəfindən edilib. Lakin İkinci Dünya Müharibəsi başladığı üçün araşdırmalar dayandırılıb. Daha sonra 1980-ci illərdə bu zonaya maraq yenidən artıb və çoxsaylı tədqiqatçı və könüllü əraziyə baş çəkib.
1991-ci ildə "Şeytan qəbiristanlığı" tapılsa da, zonanın sirri hələ də açılmayıb. Burada ağac və kol bitmir, 1 km radiusda isə kompaslar və elektron cihazlar qeyri-adi davranır. Alimlər ərazinin Tunqus meteoriti ilə əlaqəsini araşdırmağa davam edir. /baku.ws

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar