Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Vəziyyət pisləşəcək, ərazilərimizi itirəcəyik - Ovannisyan

Tarix: 16-01-2025 14:49     Baxış: 3115 A- / A+


ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında xartiya qeyri-müəyyənliklər və ciddi risklərlə dolu olan sənəddir.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
Ekspert xatırladıb ki, ABŞ-Ermənistan sazişi Vaşinqtonda hakimiyyət dəyişikliyindən altı gün əvvəl imzalanıb:
“ABŞ-Gürcüstan strateji əməkdaşlıq sənədi 2009-cu il yanvarın 9-da (Corc Buş dönəmində) imzalanmışdı, yanvarın 20-də Barak Obama rəsmən prezident olmuşdu. Yəni administrasiya dəyişikliyinə 11 gün qalmış sənəd imzalanmışdı. Bu, ABŞ-də bizim tipli ölkələr üçün gedən administrasiyaların gördükləri işlərin tanınması üçün belə sənədləri imzalaması ənənəsinin olduğunu göstərə bilər. Əgər Gürcüstan üçün bu, ərazi itkiləri və Rusiya ilə münasibətlərin ciddi şəkildə pisləşməsinə səbəb olan Saakaşvilinin avantürist və çılğın anti-rusizminə bir "jest" idisə, onda bunu Ermənistan üçün də Rusiya ilə münasibətlərin ciddi şəkildə kəskinləşməsi və gələcək ərazi itkiləri üçün “bonus” hesab etmək olar”, - ekspert bildirib.
Ovannisyan qeyd edib ki, sənədi imzalayan administrasiyanı kimin əvəzləməsi də az əhəmiyyət kəsb eləmir:
“Demokrat Obama ayrı mövzudur, respublikaçı Tramp inqilabi baxışları ilə tamam başqadır. Ola bilsin, Tramp bu sənədi ümumiyyətlə xatırlamasın və regionumuzda praqmatik münasibətlər qursun, ya da Cənubi Qafqazı heç vecinə almasın. Belə olan halda region ölkələri və Rusiya ilə münasibətlərimiz pisləşəcək”.
Politoloq əlavə edib ki, bundan sonra ABŞ-nin türklərlə döyüşmək üçün bölgəyə qoşun göndərəcəyinə inanmaq sadəlövhlükdür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar