Donald Trump, "Amerikanın qızıl dövrünün başlanğıcı" ilə bağlı verdiyi bəyanatdan sonra, Kanadanı ABŞ-ın ərazisi kimi göstərən yeni bir xəritə paylaşıb. Bu xəritə, Trump-ın Kanadanı ABŞ-ın tərkibinə qatmaq üçün "iqtisadi güc" istifadə etmək hədəsindən bir neçə saat sonra paylaşılmışdı.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, Donald Trump, özünün Truth Social sosial media platformasında Kanadanı ABŞ-ın bir hissəsi kimi göstərən xəritəni paylaşaraq "Oh Kanada!" yazıb.
Bir neçə saat əvvəl Trump, Kanadanı ABŞ-ın 51-ci ştatı etmək təklifi ilə çıxışını yeniləmiş və bu məqsədlə "iqtisadi güc" tətbiq edəcəyini bildirmişdi.
Seçki qələbəsinin təsdiqlənməsindən bir neçə saat sonra, Florida ştatındakı Mar-a-Lago iqamətgahında keçirilən mətbuat konfransında danışan Trump belə deyib:
"Bu süni çəkilmiş sərhəd xəttindən qurtulsanız və necə görünəcəyinə baxsanız, həm də milli təhlükəsizlik baxımından daha yaxşı olardı."
Trump əlavə edib:
"Kanada və ABŞ birləşsəydi, bu, həqiqətən də inanılmaz bir şey olardı."
Xəbər lenti
Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritəni paylaşdı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























