Qazaxıstanda xilasedicilər 95 avtomobilin iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 10 nəfəri xəstəxanalara çatdırıblar.
Manevr.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xilasetmə əməliyyatları zamanı 8-i uşaq olmaqla 71 nəfər təxliyə edilib, daha 11 nəfər xilas edilib. Onlardan 10-u Makinsk rayon xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, bundan əvvəl “Kazavtozhol” milli avtomobil yollarının idarə olunması xidməti qar çovğunu və ölkə magistralının Astana-Petropavlovsk hissəsində zəif görmə ilə əlaqədar bütün növ nəqliyyat vasitələri üçün hərəkətə məhdudiyyətin qoyulması barədə məlumat yaymışdı.
Hava şəraiti yaxşılaşdıqdan və yol təmizləndikdən sonra polis idarəsinin əməkdaşlarının müşayiəti və “Kazavtozhol” xüsusi texnikası ilə Şuçinsk şəhəri istiqamətində hərəkətin fəaliyyəti bərpa edilib.
Lakin sürücülərin sürət həddinə və təhlükəsizlik məsafəsinə riayət etməməsi səbəbindən 95 avtomobilin iştirakı ilə qəza baş verib.“report”
Xəbər lenti
Qazaxıstanda 95 avtomobil toqquşdu - yaralılar var

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar