Xəbər lenti
Zelenski şəmkirli gəncə yüksək vəzifə verdi - DOSYE

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev hərbi administrasiyasına iki ildir rəhbərlik edən Sergey Popkonu işdən çıxarıb.
Manevr.az-ın modern.az-a istinadən məlumatına görə, o, digər sərəncamla Popkonun yerinə Timur Tkaçenkonu təyin edib.
Qeyd edək ki, Tkaçenko əslən azərbaycanlıdır. O, 18 avqust 1989-cu ildə Kiyevdə anadan olub. 2013-cü ildə Kiyev Milli Universitetini bitirib, beynəlxalq iqtisadiyyat ixtisasına yiyələnib və iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Daha sonra hüquqşünaslıq oxuyub.
O, strateji sənaye nazirinin keçmiş müavini, 2024-cü ilin sentyabr ayından icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsində çalışıb.
Nazir müavini təyin olunmazdan əvvəl Tkaçenko Kiyev şəhər administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. O, müxtəlif dövrlərdə piyadalar üçün yeraltı keçidlərin saxlanmasından tutmuş çimərliklərin inkişafına qədər müxtəlif sahələrə cavabdeh olub.
34 yaşlı azərbaycanlı gənc yaşlarından Ukraynanın dövlət qurumlarında təcrübə toplayıb.
Qeyd edək ki, əslən Şəmkir rayonundan olan Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə mərhum nümayəndəsi Firudin Məmmədovun oğludur. Ukraynadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Firudin Məmmədov ötən il vəfat edib.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar