Sizin Reklam Burada
Xəbər lenti
17-12-2024
16-12-2024
BÜTÜN XƏBƏRLƏR

Əsəd getdi, Yaxın Şərqin ən gəlirli narkotik şəbəkəsi iflasa uğradı

Tarix: 17-12-2024 17:10     Baxış: 344 A- / A+
Əsəd getdi, Yaxın Şərqin ən gəlirli narkotik şəbəkəsi iflasa uğradı

Suriyada prezident Bəşər Əsəd rejiminin devrilməsi Yaxın Şərqin ən gəlirli narkotik şəbəkəsinin iflasına səbəb olub. 

Manevr.az xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Suriyada istehsal olunan metamfetaminə bənzər dərman olan captagon Əsəd rejiminə böyük sərvət toplamağa və ölkəsinə qarşı tətbiq edilən sanksiyaların nəticələrini kompensasiya etməyə kömək edib. Lakin bu, həm də Suriya ilə qonşuları arasında beynəlxalq gərginlik mənbəyinə çevrilib.

Jurnalistlər yazır ki, rəsmi Dəməşqin təkziblərinə baxmayaraq, bütün Suriya Ərəb Respublikasında kiçik laboratoriyalarda narkotiklərin istehsalı çoxdan məlumdur, lakin müxalifətin bu yaxınlarda aşkar etdiyi obyektlərin böyüklüyü rejimin ticarətinin heyrətamiz miqyasını nümayiş etdirir.

Vaşinqtonda yerləşən "New Lines Institute" (NLI) beyin mərkəzinin Kaptaqon ticarəti üzrə eksperti Karolin Roz qeyd edib ki, narkotik istehsalı Əsəd rejiminin sistematik şəkildə captagon istehsalı və ticarəti ilə məşğul olduğunu, oraya böyük məbləğdə sərmayə yatırdığını sübut edir.

NLI illik captagon ticarətinin təxminən 10 milyard dollar olduğunu təxmin edir ki, bu da Avropadakı kokain bazarı ilə demək olar
eynidir.(qaynarinfo)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar