Sizin Reklam Burada
Xəbər lenti
20-11-2026
19-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tədbir keçirldi - Şəkillər

Tarix: 20-11-2026 20:37     Baxış: 37 A- / A+

Bu gün “Uşaq əməyinə qarşı mübarizədə koordinasiya və birgə fəaliyyət” mövzusunda təlim keçirildi.

Manevr.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci ildə tarixli 1938 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına uyğun olaraq, uşaq hüquqlarının qorunması istiqamətində qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Uşaq əməyinə qarşı mübarizədə koordinasiya və birgə fəaliyyət" mövzusunda iki günlük təlim  başa çardı.


19-20 noyabr 2026-cı il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sosial Xidmətlər Agentliyinin, Dövlət Əmək Müfəttişliyinin, Dövlət Məşğulluq Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin həmçinin rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, eyni zamanda kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edib.


Tədbirin açılışında çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova iştirakçılara mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verib.

​

Daha sonra ekspertlər tərəfindən “Uşaq əməyi hallarına səbəb olan amillərin analitik təhlili” mövzusunda aparılmış tədqiqatın nəticələri təqdim olunub və tədqiqata dair çap materialları iştirakçılara paylanılıb.


İki gün davam edən təlim çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin 2027–2031-ci illər üzrə üzvü, Böyük Britaniyanın Esseks Universitetinin doktorantı Fərid Ədilov və müstəqil tədqiqatçı Ramil Məmmədov tərəfindən iştirakçılar üçün uşaq əməyi halları aşkar edildikdə görüləcək tədbirlər, bu sahədə milli və beynəlxalq qanunvericiliyin praktikada tətbiqi, eləcə də milli kontekstə uyğun effektiv yanaşmaların müəyyənləşdirilməsi istiqamətində qrup işləri aparılıb.









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar