Xəbər lenti
Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat
Bu barədə Ombudsmanın mətbuat xidmətinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, türk, rus, kürd, yezidi, köçəri və milli və ya etnik mənsubiyyəti ifadə edən digər sözlərin təhqir və ya insan ləyaqətini alçaltmaq məqsədilə işlədilməsi yolverilməzdir.
Ombudsmanın fikrincə, insanın milli və ya etnik mənsubiyyəti mənfi xüsusiyyət kimi təqdim edilə və kimisə gözdən salmaq üçün istifadə oluna bilməz.
Bildirilib ki, bu cür ritorika müvafiq milli və ya etnik qrupa zərər vurur, mənfi stereotipləri və qərəzli münasibətləri gücləndirir. Anait Manasyan vurğulayıb ki, siyasi mübahisələr, fikir ayrılıqları və ya kiməsə qarşı tənqid milli mənsubiyyət zəminində təhqiramiz, ayrı-seçkilik yaradan və nifrəti qızışdıran ifadələrə haqq qazandıra bilməz.
Ombudsman ictimai müzakirələrin bütün iştirakçılarını bu cür ifadələrdən çəkinməklə yanaşı, onların yayılmasına qarşı fəal mübarizə aparmağa çağırıb.
Qeyd edək ki, daha öncə Şirak vilayətinin qubernatoru sosial şəbəkələrdə Güclü Ermənistan Partiyasının nümayəndələrinin Gümrünü şəhər günü münasibətilə təbrik etməsinə cavab olaraq, “Gümrü sizin “Aşağı Tabornuz” deyil, gümrülülər isə sizin “ivanlarınız” deyil” ifadəsini
işlədib. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































