Sizin Reklam Burada
Xəbər lenti
31-10-2026
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı

Tarix: 30-10-2026 22:28     Baxış: 33 A- / A+
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Masallı rayonunda 25 yaşlı oğlan siqaretə görə anasını bıçaqlayıb.

Hadisə rayonun Köhnə Alvadı kəndində baş verib.

Kənd sakini - 2001-ci il təvəllüdlü Raqif Ağayev (soyad şərtidir - red.) heç bir yerdə işləmədiyindən anasından gündəlik pul alırmış. Bir müddət öncə o, növbəti dəfə pul istəyəndə anası pulunun olmadığını deyib. Raqif anasından ona siqaret almasını istəyib. Qadın oğluna tütün istifadə etdiyinə görə irad tutub və siqaret almayıb.

Bundan əsəbiləşən Raqif mətbəxdən götürdüyü bıçaqla anasına 7 zərbə endirib.

Qadın xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Raqif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ana övladının psixi sarsıntı keçirdiyini bildirib və onu bağışlayıb.

Məhkəmənin hökmü ilə Raqif 3 il azadlıqdan məhrum edilib. Hakim tərəflərin barışdığını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəza şərti hesab edilib. R.Ağayev məhkəmə zalında azadlığa buraxılıb. baku.ws

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar