Sizin Reklam Burada
Xəbər lenti
31-10-2026
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan şəxs Çindən Azərbaycana ekstradisiya edildi

Tarix: 28-10-2026 22:00     Baxış: 6 A- / A+


Beynəlxalq axtarışda olan şəxs Çindən Azərbaycana ekstradisiya edildi
Bu gün / 21:5293

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olun
A-A+



İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çində müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə Bakı şəhərində birgə yaşadıqları mənzildə həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmaqda (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Rüstəm Hüseyn oğlu İbrahimovun yeri Çində müəyyən olunub və o, həbs edilib.
"Nazirliyin səlahiyyətli qurum olduğu "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında" 17.03.2005-ci il tarixli Müqaviləyə əsasən göndərilən sorğudan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində, dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Çinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Rüstəm Hüseyn oğlu İbrahimov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Çindən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir", - məlumatda bildirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar