Sizin Reklam Burada
Xəbər lenti
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

Dövlət Agentliyi MAXE qəbulu elan etdi

Tarix: 15-10-2026 10:48     Baxış: 344 A- / A+
Dövlət Agentliyi MAXE qəbulu elan etdi
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (SOMDA) müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) qəbulla əlaqədar müsabiqə elan edib.
Manevr.az xəbər verir ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş,  yaşı 26-dək, boyu 1.85 santimetr və ondan hündür, idman cüssəli, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, Bakı və Sumqayıt şəhərlərində,  respublikanın Abşeron, Hacıqabul, Ucar, Zərdab, Ağdaş, Göyçay, Goranboy, Yevlax, Bərdə və Şəmkir rayonlarında qeydiyyatda olmaqla yaşayan, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, fiziki və psixoloji gərgin olmasını, eləcə də xidmətin növbəli, bəzi hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağını nəzərə alaraq müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkr.
Agentliyə xidmətə qəbul üçün fiziki hazırlıq üzrə nəzərdə tutulan minimal normativlər:
S/S 
Hərəkətin növü
Məqbul
1.100 m. məsafəyə qaçış (saniyə)  14.0
2.1000 m. məsafəyə qaçış (dəqiqə, saniyə)   4.00
3.Turnikdə dartınma: 12
İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə kadr@somda.gov.az ünvanına Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Kadrlar Baş İdarəsinə göndərməlidirlər.
Yalnız yuxarıda qeyd edilmiş şərtlərə uyğun gələn vətəndaşların müraciət etməsi xahiş olunur. Digər halda qəbul edilməyəcəkdir. 
Elektron ərizə forması göndərilərkən əlavə məlumat göndərilməsinə zərurət yoxdur.
Ətraflı məlumat almaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
+994 (12)-435-45-39
+994 (12)-435-45-46

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar