Sizin Reklam Burada
Xəbər lenti
31-10-2026
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

Canlı yayımda qadını və ailəsini söyən oğlan həbs olundu

Tarix: 11-10-2026 22:23     Baxış: 314 A- / A+
Sosial şəbəkələrdə bir ailəni təhqir edən şəxs həbs olunub.

33 yaşlı Telman Salmanov (şərti adla) münasibətləri pis olan qadını, onun valideynlərini və övladlarını “Bigo Live” sosial şəbəkəsində açdığı canlı yayımlarda 1 il ərzində söyüb. Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Telman polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və millimənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Telman Salmanov ifadəsində bildirib ki, təxminən 1 il əvvəldən bu vaxtadək Lyudmila adlı qadınla şəxsi narazılıq səbəbindən ona qarşı mənfi münasibətləri yaranıb. Qisas almaq üçün “Bigo Live” sosial şəbəkəsində Lyudmilanı, valideynlərini və övladlarını canlı yayımda izləyicilərin də eşitdiyini bilərək, qəsdən təhqir edib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Zərərçəkən qadın isə Telmanın barəsində ciddi qanuni tədbir görülməsini xahiş edib.

Məhkəmənin qərarı ilə T. Salmanov 15 gün müddətinə inzibati qaydada həbs olunub. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar