Xəbər lenti
Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Manevr.az oxu.az-a istinadla xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb.
Hüquqşünasın sözlərinə görə, hadisənin təfərrüatını və irəli sürülən ittihamların reallığa nə dərəcədə uyğun olduğunu qəti şəkildə qiymətləndirmək üçün hələ tezdir. Xudoyan istintaqın ilk günlərində yayılan ziddiyyətli məlumatlara diqqət çəkib.
Vəkil hesab edir ki, mövcud vəziyyət nəzərə alınmaqla, hərbçiyə adam öldürməyə cəhdə qədər daha ağır maddələrlə ittihamlar verilə bilərdi. Bununla yanaşı, o, əsgərin yolu azaraq, yoxsa qəsdən sərhədi keçdiyinin istintaq gedişində tam aydınlaşacağını vurğulayıb.
Xudoyanın fikrincə, hərtərəfli araşdırmanın hələ aparılmadığı ilk gündə insidentlə bağlı bəzi məlumatların ictimailəşdirilməsi müəyyən şübhələr yaradır. O, baş verən hadisəyə görə yalnız Azərbaycan hərbçisinin deyil, eyni zamanda sərhəd pozuntusunun qarşısını almalı olan şəxslərin də məsuliyyət daşıdığını bildirib.
"Həm Azərbaycan hərbçisi, həm də bunu əngəlləməli olub vəzifəsini icra etməyənlər günahkardır", - deyə o qeyd edib.
Vəkilin sözlərinə əsasən, hərbçinin əməllərinə verilən hüquqi qiymət gələcəkdə dəyişə bilər: hazırda daha yüngül ittiham irəli sürülsə də, sonradan bu, daha ağır maddə ilə əvəzlənə bilər. O, istintaq prosesinin davam etdirilməsinin və hərbçiyə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt maddənin tətbiq olunmasının tərəfdarı olduğunu vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























