Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xocavənddə yeni tarixi abidə aşkar edildi

Tarix: 17-09-2026 22:04     Baxış: 326 A- / A+
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində tarixi və memarlıq əhəmiyyəti daşıya biləcək tikili aşkar edilib.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, tikili işğaldan azad edilmiş ərazilərdə aparılan inventarlaşdırma zamanı qeydə alınıb.

Obyektin tarixi və memarlıq əhəmiyyəti araşdırıldıqdan sonra onun daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında müvafiq Ekspert Şurasının iclasında baxılacaq.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan inventarlaşdırma zamanı əvvəllər uçota alınmamış 256 tarixi, memarlıq və arxeoloji əhəmiyyətli abidə sənədləşdirilib.

Onlardan 44-ü 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Qalan 212 abidənin dövlət qeydiyyatına alınması istiqamətində işlər davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar