Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

n

Tarix: 15-09-2026 13:34     Baxış: 6 A- / A+
NAMİQİN
Dəyərli və istedadlı şair Namiq Dəlidağlıya töhfə.

Haqdan, ədalətdən yoğrulub səsi,
Bürüyüb cahanı, özü Namiqin.
Ürəyi folklyor bir dəfinəsi,
Möcüzə bu yaşam tərzi Namiqin.

Sözlə qidalanır, o nəfəs alır,
Əhdinə, andına çox sadiq qalır.
Elin gözlərində daim ucalır,
Nurdan alıbdı pay, üzü Namiqin.

Həyata qaynayan, xoş baxışları var,
Sənət aləmində naxışları var.
Sairdi, şimşəktək çaxışları var,
Şanlı bir məktəbdir izi Namiqin.

Qaynar bir bulaqdır eylə bir an fərz,
Coşğun misralardan alacaqsan həzz.
Baldan şirə çəkib, bitməz, tükənməz
Söhbəti Namiqin, sözü Namiqin.

Azmayır heç zaman getdiyi yolu,
Mərd vətən oğludur, ürəyi dolu.
Olmazdır işində nəfsinin qulu.
Çünki toxdur könlü, gözü Namiqin.

Fitri istedaddır bu gənc yaşında,
Zehni, düşüncəsi vardı başında.
Şeir məclisində, söz savaşında
Çökməzdir yerə heç dizi Namiqin.

Mətindir, illəri verməyib bəda,
Altmışı, yetmişi görməsin qada.
Səksəni, doxsanı qoysun arxada,
Xoş gülsün üzünə yüzü Namiqin.

Dərin sevgilərlə:
Asif Asiman
Sumqayıt şəhəri
27.02.2026

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar