Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

DEYİMLƏR

Tarix: 08-09-2026 10:01     Baxış: 13 A- / A+
Böyük alimlərin çoxu kənddə doğulub, şəhərdə zirvələrə qanad açıb.
***
Araq hamıya üstün gələr, öz qabından başqa.
***
Qorxu qatili öldüyü ana qədər izləyər.

 *
Yetişməmiş kal gördüm,
Cüt ayaqlı mal gördüm.
*
Yatmış aslanı tumarlamağın sonu aslan pəncəsinin zərbəsini dadmaqdı.
*
Balıq adamlar var, soyuqqanlı və sürüşkən...
*
Daş ürək yuxalar bir gün,
Az olan çoxalar bir gün.
Ay bu evin qara qızı,
Sənə də baxarlar bir gün.
*

Bəndərgahdan durub düşməni gözətləmək deyimini kim aça bilər ?

*
Adın nədi ? - Rəşid,
Birin de, birin eşit !

*
Koxası çaqqal olan obanın, darğası da tülkü olar.
*
SƏRRAF BABADAN SORUŞURLAR :
- BABA, ÖLÜ İLƏ DİRİNİN FƏRQİ NƏDİR ?
SƏRRAF BABA CAVAB VERDİ :
- BALA, ÖLÜ YEYİB DOYUB, DİRİ DOYUB YEYİR.
*
SƏRRAF BABADAN SORUŞURLAR :
- BABA, AĞILLI İLƏ DƏLİNİN FƏRQİ NƏDİR ?
SƏRRAF BABA CAVAB VERDİ :
- BALA, AĞILLI BİLDİYİNİ ELƏMİR, DƏLİ ELƏDİYİN BİLMİR.
*
Qışın ortasında yaz çətin olar,
Duzsuzun sözündə duz çətin olar.
Saz usta əlində saz olar yəqin,
Sərraf, hər ağacdan saz çətin olar.
*
Günah girir sözə, sözü məhv edir,
Əyri girir düzə, düzü məhv edir.
Yüz illər keçsə də əzab çəkirik,
"Bu bizim, o sizin" bizi məhv edir.
Hansı yazı silinməz ?
(Açmasını kim bilir ?)
*
ƏGƏR BİR ALÇAĞI SÖZLƏ İSLAH ETMƏK MÜMKÜN DEYİLSƏ, ONUN YEGANƏ İSLAH OLUNMAQ ALƏTİ DƏYƏNƏKDİR.
*
HƏYA ÇÖLƏ ATILMAZ,
HAQ DA UCUZ TUTULMAZ.
ƏSİL İNSANDA OLAN
VİCDAN PULA SATILMAZ.
*
QURDUN OĞLU ÇAQQALDIRSA, GÜNAHI ANASINDA AXTARMAQ LAZIMDIR.
*
GÜL ƏKDİM, TİKANLIDI,
YAR SEVDİM, ƏRKANLIDI.
HƏR ELDƏ BİR DOSTUM VAR,
SÜLEYMAN DOSTCANLIDIR.
*
BİR VAR YÜZÜN BİRİDİ,
YÜZ VAR BİRƏ BAŞ ƏYƏR.
*
Aslanın pəncəsinin altında "mən azadam" söyləyən kəs ya dəlidir, ya da ki, dərviş.
*
Ölmək hələ yox olmaq deyil, yox olmaq diriykən ölməkdir.
*
Bu asfalt dünyanın asfalt sifəti
Asfalta döndərir bu adamları.
Dəyişib olurlar asfalt adamı
Torpaq adamları, su adamlar.
*
Allah bir dərd verəndə, bəndə də dərdi sağaltmaq yerinə üstünə dərd gətirən min bir dərman düzəldir.
*
Kasıbın qismətinə düşüb bir qotur dana,
o da dadanıbdı qoşudakı bostana.
*
Kiminin əlində Haqqın qılıncı,
kiminin də başının altında şeytan balıncı.
*
Arxasız, köməksiz adam orta dirəksiz dam kimidi.

*
İki kürküm var,
On qardaşa çatar.
(Açmasını kim bilir?)

*
Ağca atı nalladım,
Səmərqəndə yolladım.
(Açmasını kim bilir ?)
*
Keçi qaçmaqla ceyran olmaz.

*
Kağızın işi dözməkdi, qələmin işi yazmaqdı.
*
Yalançının evi yandı, Yanğınsöndürmə idarəsi ona inanmadı.
*
Düyə göz eləməsə, buğa balkonun altında dayanmaz.
*
Düşmənim varsa, gülməsin,
Sirrimi dost da bilməsin.
Könlümdə ol, Pərvədiyar,
Kürəyim yerə gəlməsin.
*
Nəfsim ruhuma qıymasın,
Könlüm sevgidən doymasın.
Sağ əlimi sol əlimə
Allahım borclu qoymasın.
*
Sevgidən qidalanmayan şeir kökü qurumuş ağac kimidir, hər şeyi yerindədir, amma könül oxşamır.
*
Dərviş baba, pir baba,
Dediyi söz dürr, baba.
Sən özün bağlı kitab,
Kəlmələrin sirr, baba.
*
Yoldaşlıqda, dostluqda mehribanlığımızı itirdikcə insanlığımızın yavaş - yavaş dərin və kirli bir çuxura düşməyini görmürük.
*
Bəzən tərslik ağıllılığın gicliyə dönməsidi.
*
Gözlərin dərinliyində özünü büruzə verən ifadə çox vaxt dil ilə deyilə bilmir.
*
İnsan dərdin tək çəkər,
Dərdi də ürək çəkər.
At arpa, kişmiş yeyər,
Yükünü eşşək çəkər.
*
Dedik dağ bizimdi, bizim olmadı,
Dedik bağ bizimdi, bizim olmadı.
Elə dolu yağdı üzüm olmadı,
Şərab çəkəcəyik dərddən...Neyliyək ?
*
Aləm mənim içində,
Mən aləmin içəndə.
Ürəyim "dəstur" deyir
Bir meyxanə küncündə.
*
Sənsiz səninləyəm,ləpədöyəndə...
Kədər dalğaları döyür qəlbimi.
Sakit ləpələrin cuşa gələndə
Sahil qayalığın döydüyü kimi.
*
Sinəsinin sol tərəfində kimi ürək, kimi nur, kimi isə daş daşıyır.
*
Yeriyən ölülərə ağlamayın, gözünüzün yaşına heyfiniz gəlsin.
*
- Həsən, düzünü de, ev tapşırığını kim eyləyib ?
- Müəllimə, vallah - billah xəbərim yoxdu. Mən axşam tez yatmışdım. S.S.
*
Zəmanə ilanı Seyid Əhməd əliylə tutanların zəmanəsidi.
*
Namus hər bir qadının xanımlıq simvolu, həya isə bu simvolun cənnət tülündən rubəndidi.
*
Bu qismət dediyim yiyəsiz qoyun kimidi, kimin qapalağından girəcəyini bir Allah bilir.
*
Bu dünyada hər kəsin alacağından çox verəcəyi var.
*
Gədədən kəndxuda,
Vələdüzinadan ata,
Yaradanda xəta olmaz.
*
İş var həcətlə, iş var höcətlə görülər.
*
Əlli veribdisə, əlli də verər,
Qoçlar döyüşəndə kəllə də verər.
İnanma dünyanın mələkliyinə,
Sığal veribdisə, sillə də verər.

*



Şərəfsiz adamla yoldaş olmaqdandısa, bir gözəl evin divarında daş olmaq yaxşıdır.

*



GÖZƏL KİTABLAR GÖZƏL İNSANLARA GÖZƏL DÜŞÜNMƏYİ ÖYRƏDİR.

*



QURU İDİK, YAŞ OLDUQ,
AYAQ İDİK, BAŞ OLDUQ.... 
*
VAXTINDA VƏ YERİNDƏ DEYİLMƏMİŞ SÖZ VAXTINDA DƏRİLMƏYƏN MEYVƏ KİMİDİR, KAL OLDUĞUNDAN ADAMIN BOĞAZINDA QALIR.
*
NADANLA HƏMSÖHBƏT OLMAQDANDIRSA DİVARLA DANIŞMAQ DAHA ƏFZƏLDİR. 
*
DƏHDƏHLƏ GETMƏYƏN ATI BƏHBƏHLƏ YEDİZDİRMƏZLƏR, ÇIXARIB XOCAHAN BAZARINDA SATARLAR. 
*
HƏR KİŞİNİN KİŞİLİYİ ONUN VİCDANI İLƏ ÖLÇÜLÜR.
*
İTƏ SALAM, DƏLİYƏ SUAL OLMAZ.
*
ƏGƏR GÖRÜRSƏ VƏ İNANMIRSA BU ADAM SAĞALMAZ XƏSTƏDİR.
*
ƏGƏR BU DÜNYA BİR QONAQ EVİDİRSƏ, NƏYƏ GÖRƏ BU EVİN QONAQLARI BİRİ BİRİNİ MƏHV ETMƏYƏ ÇALIŞIRLAR ?...
*
NAMƏRD ADAMLAR ÖZ DİLLƏRİ VƏ ƏMƏLLƏRİ İLƏ ÖZLƏRİNİ TƏQDİM EDİRLƏR - BU BİZİK

*
DAĞIN O ÜZÜ BİZİM, DAĞIN BU ÜZÜ SİZİN.
SƏN MƏNİ SEV, MƏN SƏNİ, BİR EDƏK KƏNDİMİZİ.
Süleyman Sərraf.

*
Pişiyin əyləncəsi
tutduğu siçanla oynamaqdı.
*
Canavarların olduğu kolluqda
keçinin nə işi ?
*
Hansı bağda üzüm yetişməz ?
(Açmasını kim bilir ?)
*
Qar, yağış yağmayan
hava hansı havadı ?
(Açmasını kim bilir ?)
*
İmkanım olsaydı belə bir qadağa qoyardım: Kim ki, sevə bilmirsə, eşqin nə olduğunu anlamırsa, şeir yazmasın.
*
Pöhrələr qırılır gözüm önündə,
Pöhrələr qırılır, kötülkər qalır.
Tapıb, itiririk tapdığımızı,
Ağrı yaddaşında itiklər qalır.
*
Sərxoşla mübahisə etmək olmayan bir düşmənlə dalaşmaq kimi bir şeydi.
*
Bu arvaddı, o da ər,
Bu mayadı, o da nər.
Şeytanın xoşladığı
Bir söz "aldı", bir söz "ver".
*
Yolumuz düzdən düşər,
Pir babam dizdən düşər.
İblis mələkləşəndə,
Mələk də gözdən düşər.
*
BOSTANIMA GİRƏN EŞŞƏYƏ HEÇ KƏS YİYƏ DURMUR, ELƏ Kİ, BELİNƏ YÜK VURURAM, QIRX YİYƏSİ ÇIXIR.
*
ALLAHIN VERDİYİ BU AZCA ÖMRÜ
İNSAN KİMİ YAŞAMAĞA QOYMURLAR.
İÇİNDƏ GÜL AÇAN XEYİRXAHLIĞI
ÜRƏYİNDƏ DAŞIMAĞA QOYMURLAR.
*
Üstünü yaşıl mamır örtmüş yanmış kötüklərə oxşayan adamlar var ki, hələ də həyatdan nə isə umurlar.
*
Aynalı da hər çiyinə Nəbinin çiynindəki kimi yarşmır.
*
Tulanın küçüyü böyüyüb çoban iti olmaz.
*
SƏNİN SAÇLARINI KÜLƏK DARAYIR,
MƏNİM SAÇLARIMA DƏRD SIĞAL ÇƏKİR.
MƏNİM ÜRƏYİMDƏ QIŞ TONQAL ÇATIB,
SƏNİN ÜRƏYİNDƏ BAHAR GÜL ƏKİR.
*
ZURNAÇININ TOYU, HAMAMÇININ SUYU ÇƏTİN QURTARA.
*
BƏZİ AYAQLAR BAŞ GƏZDİRİRLƏR, BƏZİ AYAQLAR ANCAQ QARIN.
*
BİZ HƏLƏ DƏ GÖNÜ SUYA VERİRİK.
*
Gün doğür şərin üstünə,
İt hürər nərin üstünə.
Alçaqlar baş qaldırır
Ərənin, ərin üstünə.
*
Binamusun namuslu övladının olduğunu nə görmüşəm, nə eşitmişəm.
*
Canın ağrıyırsa, gülməkmi olar ?
Hər sözü bal kimi yeməkmi olar ?
Yeriyən, sürünən hər bir canlıya
Allahın əşrəfi deməkmi olar ?
*
Boyunduruğa adət eləmiş öküz boynu...
*
Bir sümükdən ötəri biri birini al qanınına bələyən küçə itləri...
*
Palanı köhnəlmiş,
dərdi gözlərindən tökülən
qoca eşşək...
*
İMƏKLİYİB, YERİYİB, SONRA İSƏ BÜTÜN ÖMRÜ BOYU İLAN KİMİ SÜRÜNƏNLƏR VAR.
*
KİŞİNİN ÖZ ADI, ARVADI VƏ ÖVLADI ONUN NECƏ KİŞİ OLMAĞINA DƏLALƏT EDİR.
*
İTİ SARSAQ, ÖZÜ AXMAQ OLANIN VAY QONŞUSUNUN HALINA.
*
PİŞİK SİÇAN TUTMAQ ÜÇÜNDÜR, QUCAQDA YATMAQ ÜÇÜN YOX.
*
HƏR AT QAÇAĞAN,
HƏR QUŞ UÇAĞAN,
HƏR ULAQ YÜK ÇƏKƏN,
HƏR KİŞİ DƏ TORPAQ ƏKƏN OLMUR.
*
O gül ayağını soyuq üşüdər,
Gətir ürəyimdə isidim, gülüm.
*
Asfalta düşür
öpüşən dodaqların
kölgəsi.
*
Dünya uzundərə, keçən biz olduq,
Eşqə könlümüzü açan biz olduq.
Dərviş olduq, Haqq yolunun güvəni,
Mərifət camından içən biz olduq.
*
Palıdın sərin kölgəsində
ölmüş zaman kəsiyi...
*
Bu günün adamları ürəklərini əllərində gəzdirirlər, yumaq üçün.
*
O nədir ki yaz bitirir?
Yay yetirir..Payız gətirir. Qış ötürür.?
*

Burdan vurar qılıncı,
Bağdadda oynar ucu.
(Açmasını kim bilir ?)
*
Göyə tüpürərsən, öz başına düşər.

*
Bəzi adamlar canını əldən verərlər, amma fürsəti əldən verməzlər.
*
Beş qadın bir yerə toplanıb söhbətə başlasa, dönür olur məhkəmə.
*
Ağacın barı özünə yük olmaz.
*
Təkədə qoç hünəri olmaz.

*
Hər möhürü olan Süleyman deyil, hər Süleymanın da möhürü olmaz.

*
Şirin dilin yoxdursa, min bir dil bilsən ne xeyri olacaq?
*
Söyüddən meşə olmaz,
Hər bəydən paşa omaz.
Bir baltaya sap olar,
Ağacdan maşa olmaz.
*
Körpə zaman bilməz,
ac da aman bilməz.

*
Ağ qoyunun hərdən qara quzusu da olur.
*
Başındakı fəsə bax,
girdiyi küməsə bax!
*
Eşşək nə qədər qocalıb tükü ağarsa da, ondan tövləbaşı olmaz.
*
Canın yoxdusa, cananın da yoxdu.
*
Batbatdan qida olmaz,
oğraşdan quda olmaz.
*
Ayıya qaga deməyinən qağa olmur haa...
*
Sarımsağı bal kimi yeyirsən,
sonra da ağzımdan iy gəlir deyirsən.
*
Gül ağacından odun,
süləngidən qadın olmaz.
*
Özgəyə etmə, özünün başına gələr,
gəlinə etmə, qızının başına gələr.
*
Dağ başında xırmanın varsa,
sovurduğunu yel aparar,
sel ağzında dəyirmanın varsa,
üyütdüyünü sel aparar.
*
Bir kişini öz xanımı
istəsə vəzir edər,
istəsə rəzil edər.
*
Torpaq nələr çəkir, əkəni bilər,
Dərdin ağrısını çəkəni bilər.
Evin bərəkəti qaçırsa əgər,
Damının dirəyi çökəni bilər.
*
SÖZÜN ÇATA AŞIĞA,
YOLUN ÇIXA İŞIĞA.
VAY KİŞİNİN HALINA
İŞİ DÜŞƏ UŞAĞA.
*
İstəmiyən Hadı,
yeddi şiş kabab yedi.

*
İnsan özünə ya həkimdir, ya qənim. Sən özünə həkim olsan, sağlamlıq və xoşbəxtlik Məbədinin qapıları üzünə laybalay açılacaq.
*
Şər qarışa,toran düşə,
Dost evinə varan düşə.
Könlümün eşq guşəsinə
Məni məndə görən düşə.
*
Xızır, üzündə pərdə,
Qaf dağında səfərdə.
Allah könlümüzdədir,
Axtarma göydə, yerdə.
*
Saray nənəm deyərdi ki, ər bulaqdırsa, arvad göldü, gölün bir yanı açılıbsa, deməli bulaq boşuna axar.
*
Tərəkəmə deyər ki, qorxu oğrunun yol yoldaşıdı, hara getsə onunla gedər.

*
Çöldə gəzən dovşan özünü qəfəsdə olan aslandan xoşbəxt sayar.
*
Toyuq olmağına toyuqdu, amma qaz yumurtası yumurtlayır.
*
Dədələrimiz deyib: Hürməyən iti həyətdə saxlamazlar. Bəs yiyəsinə hürəni iti neyləməli ?
*
Dədələrimiz deyib: Qarın yamaq götürməz. Yoxsa baxır kimin qarnıdı?
*
Ələvilərin inanclarına görə Nəsimi soyulduqdan sonra öz dərisıni çiyninə ataraq Hələbdən çıxaraq qeybə çəkilib. İnanırsınızmı?
*
Anaxanım atlandı,
ağ köynəyi qatlandı.
(Açmasını kim bilir ?)
*
Dədələrimiz deyib ki, adam yorğunluğundan ölməz, yoğunluğundan ölər.
*
Köhnə kişilər deyərdilər ki, hər şey saqqala görə olsa, təkə gərək sərdar ola.
*
Axar bulaq bir itin ağzıyla mundar olmaz.
*
Dağın dumanı qurdun zamanı.

*
Nəvələr yığışa başıma hər gün,
Dərdlərim də yaddan çıxa büsbütün.
Sərraf baba, Allahına şükr elə !
Qürbətdə yaşamaq olsa da çətin.
*
Dədələrimiz deyib: Boynduruq bilir öküz nə çəkir ? Bəs öküz qanırmı boyunduruğn nə çəkdiyini?
*
Dədələrimiz deyib: Meşədə armudun yaxşısını ayı yeyər. İndi meşələri də dədələrinin malı kimi böldüklərindən yazıq ayı neyləsin ?
*
Dədələrimiz deyib: Gədədən bəy olmaz. Bəs indi?
*
Dosta açıq könül qapım,
Sirrin açılmaz niqabı.
Qırxıncı otağın açarın
Kim itirib, mən də tapım.
*
Hər sevən aşiqin könlü Sevilənin taxtıdır,
O vaxt ki, ixtiyarın yox, Sevilənin vaxtıdır.
*
İşığn kora, aşığın kara nə xeyri var?
*
Küheylan at iyidin xasının altına layiq, abır, həya da gözəl xanımların adına layiq.
*****************************************************
Tərəkəmənin oğrusu qurdla yeyər, çobanla axtarar.
*
Ağac var kölgəsində min qoyun daldalanar, ağac da var bir qoyunluq kölgəsi yoxdu.
*
Ağıl qızıldan tacdı, hər başda olmaz.
*
Əmri başdan gəlir əlin, ayağın,
Vay o gündən başın sözə baxmaya.
*
El arasında ələşən - küləşən deyimi hansı mənada işlənir ?
*
Həyətində heybətli və ayıq köpəyi olanın hinindən tülkü toyuq apara bilməz.
*
Dəvənin zülmü bilirsinizmi nə vaxt başlayır ? Ofsarını eşşəyin quyruğuna bağlayanda. Bəs bilirsinizmi kişinin zülmü nə vaxt başlayır ? Başının kəndirin arvadın əlinə verəndə.
*
Gözlər baxdı, dillər susdu,
Lal sükuta qulaq asdım.
Könlüm vəcdə gəlmək üçün
Üzünə baxmağım bəsdi.
*
Qadın nifrət edəndə həyatı ölümdən ayıra bilmir.
*
Bənnası çox olan divar əyri olar.

*
Alçaq adamın işi əyilməkdi,
tənbəl nökərin işi döyülməkdi.
*
Ağırlığın yer götürər,
Ruzisin Allah yetirər.
(Açmasını kim bilir?)
*
Yağış yağanda çimər, yuyunar,
Yazda geyinər, qışda soyunar.
(Açmasını kim bilir ?)

*
Bostanın qoruqçusu olmasa, xiyarın nubarını uzunqulaq yeyər.
*
Namxuda dünyada artıb yaldaşlar,
Üzümə gülürlər üzü padoşlar.
Bu qərib şairi şəhər içində
İtirib axtarmır dostlar, qardaşlar.
*
Xalqımızın mənəviyyatına, dilinə, dininə, adət və ənənəsinə, tarixinə və tarixi qəhrəmanlarına daş atanlara, dil uzadanlara Ana yurdumun çorəyi, suyu, havası haram olsun!
*
Ələk ilə su necə daşına bilər?
Açmasını kim bilir?
*
Qaranlıqda nəyimizi görə bilmirik ?
Açmasını kim bilir ?
*
Ən gözəl ətirli fil hansıdı ?
Açmasın kim bilir ?
*
Az idi arıq - uruq,
biri də gəldi dabanı cırıq.
*
Bəzən hamballıqda kişiyə düşər,
Qazanc da bir buğu şeşiyə düşər.
Əziyyət olsa da yükü yükləmək,
Ağırlığın çəkmək eşşəyə düşər.

*
AİLƏSİNƏ VƏ VƏTƏNİNƏ SEVƏRƏK XİDMƏT EDƏN LAYİQLİ ÖVLAD VALİDEYNİN ÖZÜNDƏN SONRA YADİGAR QOYDUĞU ƏN MÜKƏMMƏL ƏSƏRİDİR.
*
Arşın malı kilo ilə satılmaz.
*
Palazın tozun çırpa - çırpa,
qanmazın sözün çırpa - çırpa
bir az azaltmaq olar.
*
Küçə itini nə qədər bəsləsən də, öyrətsən də, ondan çoban iti olmaz.
*
QURD ULAMAĞIYNAN ÇOBANI YUXUDAN ELƏMİR EEY... İTİ HÜRDÜRÜB, QOYUNU QORXUYA SALIR.
*
MƏNBƏƏSİZ AXAR SU, KÖKSÜZ AĞAC, ƏSİL NƏSƏBSİZ İNSAN OLA BİLMƏZ.
*
KÖPƏYİ BAZARA DARĞA QOYDULAR,
QƏSSABLARIN ÜRƏKLƏRİN OYDULAR.
*
Bilə - bilə sevəcəm, gülə - gülə sevəcəm,
Nə qədər yaşayıram, elə belə sevəcəm.
Süleyman Sərraf.

*
Qadın ürəyi kişi üçün o qızıl sandıqdandır ki, açarı Sakit okeanın dibində, yeddi qala qapısının arxasındadır.Ay tapdınız haaa...
*
Dərvişlər aşiq olur,
Mən də sevsəm nə olar?
*
Bir ölünün üstündə qırx arvad ağlayar, amma hər arvad da öz dərdinə ağlayar.
*
Nə vaxtsa gördüyün hər hansı bir namərdlik hərlənər, fırlanar, axırda öz başına bəla olar.
*
Çox vaxt ürəkləri istədiyi gözəl işlər layiq olanlara nəsib olmur.
*
Mən asılan dar ağacı gül açar,
Yüz il sonra ürəklərdə dil açar.
Haqq olana mənim canım fədadır,
Dərviş olan Haqqa doğru yol açar.
*
Könül Allahın ona bəxş etdiyi nurdan işıqlanırsa, deməli artıq Eşqin yoluna yönəlib.
Süleyman Sərraf.
*
AŞİQ OLMAQ NƏ GÖZƏL,
AŞİQ ÖLMƏK NƏ GÖZƏL...
*
Oğru hara gedirsə getsin, nə edirsə etsin, yolunun sonu qazamatdı.
*
Bu ömür yazılmış baxtındı, qoca,
Müdriklik sonuncu taxtındı, qoca.
Artıq dodaq öpmək vaxtın keçibdi,
Sənin alın öpmək vaxtındı, qoca.
*
Kiminsə kölgəsində yaşamaq adəti,həyətdə zəncirə vurulmuş köpəyin əlində sümük olan sahibinin əllərinə baxmaq adəti ilə eynidir.
*
Əsil aşiqin ürəyi bəzən adi eşqin orealından çıxaraq Sevdiyinə qovuşmaq üçün İlahi eşqin orbitinə girir.
*
İnsan Allahın bəxş etdiyi bu az ömrü ölməyəcək kimi yaşayır, sabahı haqqında təsəvvürü belə yoxdur.
*
Baxışlarım
bahar çiçəkləri kimi
saçlarına tökülür,
sevə - sevə ölürəm.
*
Yağmur gözlərimə baxma, sevdiyim,
Dərisi soyulmuş dərd görəcəksən.
*
ATILAN DAŞ BAŞA DƏYƏR,
AYAĞIMIZ DAŞA DƏYƏR.
QOCALIQ ALIB QAPINI,
ÖMRÜMÜZ DƏ QIŞA DƏYƏR.
*
Başın gözəl olması içindəkinin də gözəl olmasına dəlalət eləmir.
*
Şərabın çəlləyinə düşmək yaxşıdı, yoxsa şeytanın kələyinə?
*
Mənim gözlərimdə mən axtaran kəs,
Özünü görərsən, məni görməzsən.
*
Dərdimi dağa dedim,
dağ əridi gözümdə.
*
Gözlərin danışır səndən xəbərsiz,
Ürəyin çırpınır barmaqlarında.
*
Guya naxır qapıya gəlməsə, axşam düşməyəcək?
*
Qonşunun papağını oğurlayan ancaq gorunda başına qoymaq istiyər, onu da molla qoymaz.
*
Qara eşşəyin başına yüyən vursan da ondan qatır olmaz.
*
El arasında "Sən böyüksən yoxsa saqqalın ?" zərb məsəli hansı mənada işlənir ?
*
Bilənlər cavab versin: Ermənilərin əccə nənəsinin fahişə olduğu tarixdən məlumdu. Qardaşı farsdırsa, bəs dədələri kimdi ?
*
Mənə maraqlıdı, niyə bu ədalətli Osmanlı sultanlarının və Səfəvi şahlarının hərəmlərində arvadların sayı belə çox idi?
*
ZAMAN KEÇİR TEZ, DƏDƏSİ,
SAVILIBDI QOZ, DƏDƏSİ.
BAŞIMIZDA QOZ SINDIRIR
BİRCƏ BİCİN YÜZ DƏDƏSİ.
*
YAYIN ORTASINDA QANADLARINI AĞAPPAQ QAR QUCAQLAYIB ÖPƏN QOCA ÇİNAR KİMİYƏM.
*
Bu günün atalar sözü: Tələsən tıxaca düşər.
*
Bu günün atalar sözü: Yuva plana düşdüyündən, ilanı yuvasından çıxarırlar.
*
Bu günün atalar sözü: Ağa Nəzərəm, Renciroverlə gəzərəm.
*
Məni qopartmısan məndən, Sevgilim,
İlişib qalmışam məndən uzaqda.
*
"Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar" deyən Nəsiminin dövründə Haqdan qaçanların sayı çox idi, yoxsa indi ?
*
DƏRVİŞİM TƏKKƏDƏDİR,
QİBLƏSİ MƏKKƏDƏDİR.
DAŞ SƏBİRLİ PİR BABAM
BİLMƏZ Kİ, HİKKƏ NƏDİR ?
*
Vəhdəti şühud nədir ?
Vəhdəti küsud nədir ?
Vəhdəti vücud nədir ?
*
Elm əl-yəqin nədir ?
Eyn əl-yəqin nədir ?
Həqq əl-yəqin nədir ?
*
Bir cöngəni illərin öküzünə boyunduruğ yoldaşı eləyəndə rəncbərin günü necə olar ?
*
KİM MARAĞALI ƏVHƏDİNİN "CAMİ CƏM" MƏSNƏVİSİNİ TAM OXUYUB VƏ BAŞA DÜŞÜB ?
*
Düyüsüz plovla kösövsüz ocaq
olsa, eşşəydə də olar qanacaq.
(Çətin məsələdi.)
*
Nəfsində bir həddi var,
Çalış həddini aşma !
Əgər ağlın vardırsa,
Aslanla pəncələşmə !
*
FÜZULİNİ BAŞA DÜŞƏNLƏR KÖNLÜNÜ, RUHUNU İLAHİ EŞQ UĞRUNDA DARA ÇƏKMƏYİ BACARAN AŞİQLƏRDİR.
*
Şəhvət ehtirasla gözlərini açanda, məhəbbət utandığından gözlərini yumur.
*
Tək olanda özünün, çoxluq olanda sözünün sahibi ol ki, sonra canına qorxu düşməsin.
*
Alır beşə, satır beşə,
mat qaımışam bu işə.
*
Keçidən dövlət, bicdən isə övlad olmaz.
*
Köhnə kişilər deyərdilər ki, dayanmadan yağış yağanda bir daşı arxası üstə çevirəndə yağış səngiyib kəsir.
*
Nənəm deyir ki, qız uşağı gecə güzgüyə baxsa, baxtı bağlanar.
*
Köhnə kişilər deyirdilər ki, yuxudan duranda sağ ayağını yerə qoysan, həmin gün xeyir görərsən.

*

MƏŞHƏR GÜNÜ ÖZ ÜZÜNƏ DURARSAN,
GÜNAHINI GÖZLƏRİNLƏ GÖRƏRSƏN.
DÜLGƏR DEYİLSƏNSƏ ÇƏKİC GÖTÜRMƏ,
BİR TAXTAYA, BEŞ ƏLİNƏ VURARSAN.
*
ALLAHLA BAĞIMIZ QƏLBİMİZDƏDİR,
ƏRİYƏN YAĞIMIZ QƏLBİMİZDƏDİR.
HƏRƏNİN ÖZ DAĞI,ÖZ YAYLAĞI VAR,
BİZİM DƏ DAĞIMIZ QƏLBİMİZDƏDİR.
*
DOSTUM İLƏ QOŞA VURDUM,
SON BADƏMİ DAŞA VURDUM.
DÖNDÜM ÜZÜ QİBLƏYƏ MƏN,
BU BOŞ ÖMRÜ BAŞA VURDUM.
*
BADƏDƏKİ ŞƏRAB DEYİL,
NƏ ŞƏRABDI, NƏ AB DEYİL.
SƏRRAF,KÖNÜL OXUYURSAN,
KÖNÜL AÇIQ KİTAB DEYİL.
*
YA HU DEYİB DÖNƏRƏM,
SƏNİ ÖYÜB DÖNƏRƏM.
RƏBBİM, ADIN ZİKRİMDƏ,
BAŞI ƏYİB DÖNƏRƏM.
*
Ora Qafın dağıdı,
Köksü İrəm bağıdı.
Ömrünün günlərini
Hərə bir cür dağıdır.
*
Yetim var dədəlidən karlı, dədə var yetimdən aciz. 
*
Bala girmiş qaşıq yalanar. 
*
Hər aşiq könlünün öz qırxıncı otağı var ki, o ancaq Sevdiyinin girəcəyi otaqdır. 
*
Əqrəbdə o qədər nifrət var ki, hətta özünü də çalıb öldürür. 
*
Həya çölə atılmaz,
Haq da ucuz tutulmaz.
Əsil insanda olan
Vicdan pula satılmaz.
*
Balıq adamlar var, soyuqqanlı və sürüşkən... 
*
Qar əriyər öz dağında,
Yarpaq düşər budağından.
Qocaldıqca, elə bil ki,
Torpaq çəkir ayağımdan.
*
Dövrümüzdə Yalıncıqların sayı yaman artıb eey... 
*
Əvvəl qulaq as yerə,
Sonra ayaq bas yerə.
Vəd işə çevrilmirsə,
And içmə əbəs yerə.
*
Sənin tamahın günah,
Mənim düz sözüm silah.
Sənin sahibin İblis,
Mənim sahibim Allah.
*
Vaxt olur ki, dağın da siçana işi düşür. 
*
Hər adı Əli olan Əsədullah deyil. 
*
Baxmaq ayrı, görmək ayrı.
*
Güldən gülab, üzümdən şərab çəkilər.
*
Aslan yatağan olmaz,
Hər it tutağan olmaz.
Ərlərin pirliyinə
Haqqdan qadağa olmaz.
*
Bir insan uzun müddət itinən yoldaşlıq edəndə xaraktercə itə oxşamağa başlayır
*
**********************************************************************************************2

Öz milliliyini qoruyan yapon xalqına pərəstiş edirəm və arzu edirəm biz də bir xalq olaraq öz kimliyimizi unutmayaq. Mən avropalı olmaq istəmirəm. Rəbbim bizim xalqı onlardan daha üstün yaradıb. 
*
Xalqımızı elə bil qəsdən öz adət - ənənəsindən, yüksək intellektual qavrama qabiliyyətidən, milliliyidən ayırıb savadsız, geri zəkalı, pozğun bir kütləyə çevirməyə çalışırlar .
*
Yağış yağa, qar yağa,
Cana gələr yer, yağa.
Yağanda dərd yağmaya,
Göydən yerə nur yağa.
*
Qatırın qatır yükü,
dəvənin dəvə yükü.
Hər kəs bu dünyada
öz yükün çəkir.
*
Türkün mərdi də, dərdi də tükənən deyil.
*
Min illərdi qeyrət türkün ən kəsərli qılıncı, hikmət isə dözümlülük qalxanıdı.

*

Qonşu bağına girən eşşəyi zogal ağacı ilə başa salarlar.
*
Sözü adama bal kimi yedizdirib zəhər kimi qusdururlar.
*
EŞQİN RİSALƏSİNİ OXUYUB BAŞA DÜŞƏN KİŞİNİN KÖNÜL TAXTININ SAHİBİ, ONUN RƏBBİDİR.
*
Dərviş yolları yorur,
Gəlib dərgahda durur.
Eşqimin mələkləri
Könlümdə məclis qurub.
*
Kişi torpağın əkər,
sonra da dərdin çəkər.
*
İt hürə - hürə məhləyə qurd dadandırar.
*
Dünyamız əvvəl - axır,
Sonumuz hara çıxır ?
Yan - yörənə baxsana,
Hər daşdan bir can baxır.
*
Dərvişəm, yoxdur əbam,
Şeytanla vardır davam.
Sözü gözəlləşdirən
Usta oğlu Sərrafam.
*
MƏN BİR DAĞIN AĞACIYAM,
HƏM ŞİRİNƏM, HƏM ACIYAM.
TİFİL SƏRRAFDAN ÖTƏRİ
ALLAHIMA DUAÇIYAM.
*
YA BİR DAŞQIN SEL OLACAM,
YA DA YANIB KÜL OLCAM.
GÜN GƏLƏCƏK, DƏRVİŞLƏRƏ
HAQQA GEDƏN YOL OLACAM.
*
EŞQİN ŞƏRABINDAN İÇDİM,
İÇİB DƏ ÖZÜMDƏN KEÇDİM.
QOŞULARAQ DƏRVİŞLƏRƏ
KÖNLÜMÜ DƏRGAHA AÇDIM.
*
ÜSTÜNDƏ YÜZ KİLOLUQ YÜKÜ DAŞIDIĞI ÜÇÜN BİR GÜN AYAQLARIM BEZƏCƏK MƏNDƏN.
*
ÇOXDANDI İTMİŞƏM ÖZ ÜRƏYMDƏ,
BİR GÜN TAPILACAM BAŞQA EŞQİNƏN.
*
Amerika xalqı öz içindən ağıllı, savadlı və cavan bir siyasətçi tapıb prezident seçə bilmir ki, özlərinin də, dünyanın da müqəddəratını iki haphap, ağılsız qocaya həvalə edirlər.
*
Zurnaçının toyu, hamamçının suyu çətin qurtara.
*
Cənnətdə Adəm nə gözəl,
Gülşəndə şəbnəm nə gözəl.
Pislikləri yandırmağa
Xaki - cəhənnəm nə gözəl.
*
Ağır yağış damlaları çırpılır
Səbrimin çat vermiş şüşəsinə.
Çıxıb bəd ruhların qaranlığından
Qoşuluram ölməkdə olan bu dünyanın nəşəsinə.
*
Nəsiminin dərisini soyduran,
Mənsuru dara çəkdirən İlahi sözdür.
Füzulinin könlündə
eşqin güllərini əkdirən İlahi sözdür.
*
Tazıdan çoban iti,
Qatırdan kəhər olmaz.
Şər içində nur itir,
Nur içində şər olmaz.
*
BARMAQ ARASI BAXMA YAŞADIĞIN HƏR GÜNƏ,
"HƏMİN GÜNÜ NƏ ETDİM ?"
SUALIN VER ÖZÜNƏ.
*
ƏRƏBLƏR, FARSLAR VƏ RUSLAR NİYƏ TÜRKLƏRİ SEVMİRLƏR ? BİZ ONLARA NƏ ETMİŞİK?
*
Qurban olduğum Allahın göndərdiyi müqəddəs kitablara əsasən ərəblər və yəhudilər İbrahim peyğəmbərin iki oğlundan törəyiblər. Bəs onda bunlar niyə düşmənidirlər?
*
DƏRDİNİ DİVARA DANIŞAN İNSAN
DƏRDİNİN DƏRMANIN TAPMAZ HEÇ ZAMAN.
*
YAYLAĞA BƏRƏKƏT, DÜZƏ BƏRƏKƏT,
ÇÖRƏYƏ BƏRƏKƏT, DUZA BƏRƏKƏT.
MEYİ, MƏZƏSİYLƏ QOCA ŞAİRİN
QƏLBİNDƏ GÜL AÇAN SÖZƏ BƏRƏKƏT.
*
SAVABI, GÜNAHI BİLMƏYƏN BİR KƏS
ŞƏKƏRİ ZƏHƏRDƏN AYIRA BİLMƏZ.
*
ALDIĞIN NƏFƏSƏ ŞÜKR ETMƏSƏN SƏN
BU GÖZƏL HƏYATIN QƏDRİN BİLMƏZSƏN.
*
Lazımlı olanlar lazım olan vaxtı tapılmazlar.
*
Yanıb külə dönmüş aşiqi ikinci dəfə yandıra bilməzsən.
*
Dost dostuyla didişməz,
Qul xətasız ötuşməz.
Nə qədər çarə qılsan,
Köhnə yara bitisməz.
*
ƏSİL ƏDƏBİYYAT KÖNÜL OXŞAYAN DUYĞULARIN SİMFONİYASIDIR, BAYAĞI MÜSUQİNİN BAŞ AĞRIDAN SƏS - KÜYÜ DEYİL.
*
Ürək dərdin sığınacaq yeridi.
*
Qeyrət kişi papağı,
Həya xanım yaşmağı.
Həmişə cırıq olar
Pinəcinin başmağı.
*
Adam var tamahı yox,
Ömrün yaşar gözü tox.
Dil var ki, inciyəni,
Dil də var, incisi çox.
*
Uca zirvələri aşasan, Sərraf,
Eşqini könlündə daşı sən, Sərraf.
Nə olar Allahın verdiyi ömrü
Zövq ilə, şövq ilə yaşasan, Sərraf.
*
Şəkəralı babam cır adamlara baxıb deyərdi ki, Allah dağına görə də qar yağdırır.
*
Rəhmətlik Tahir babam deyərdi ki, ağır qazan gec qaynadığı kimi, ağır adamın da ağzından söz çətin çıxar.
*
Ac olmaqla adam ölməz,
acı olmaqla adam ölə bilər.
*
Bu səhər də açıldı,
Bu axşam da gələcək.
Tək olan Allah bilir,
Kim sonunda güləcək.
*
İşığa həsrət pərvanə,
Pərvanəyə həsrət işıq.
Könlümüzdə sevgi yoxsa,
Demək çoxdan daşlaşmışıq.
*
DILQIR DANA AYIB OLUB NAXIRA,
AXŞAM OLUB, GƏLİB ÇIXMIR AXURA.
YA GEDİB QONŞUNUN BAĞINA GİRİB,
YA SAPIB YOLUNDAN DÜŞÜB ÇUXURA.
*
Məhəlləmizdə bir gənc divara belə yazıb: Adam kimi ölmək üçün də adam kimi yaşamaq lazımdır.
*
NAĞILA İNANIB NAĞILA DÜŞDÜK,
YALAN EVİMİZİ YIXIBDI, VALLAH.
ŞEYTANA O QƏDƏR ÜŞÜR VEMİŞİK
GƏLİB KÜRƏYİMİZƏ ÇIXIBDI, VALLAH.
*
Pir olan xəta bilməz,
Haqqını ata bilməz.
Bir qartalın udduğun,
Sərçələr uda bilməz.
*
Hər küləyə əsməzlər,
Hər kəlmədən kusməzlər.
Haqqdan belə buyrulub,
Bar ağacın kəsməzlər.
*
Kor divara qədər gedər.
*
Bəzi adamların üzündəki təbəssümdən belə dərd oxunur.
*
Şeytana daş atanların çoxu şeytana xidmət eliyənlərdi.
*
Hər yolunan getmək olmaz,
Hər arzuya yetmək olmaz.
Eşqi özünə yol bilən
Ürəyə hökm etmək olmaz.
*
Qız anasının dirriyidi, nə əkərsə, onu da dərər.
*
Aşiqin dərdindən gül ətri gələr.
*
Aslan ürəyin yoxdursa, şirlə pəncə - öncəyə gəlmək axmaqlıqdır.
*
KÖNLÜMÜZ SINIXIBDI,
GÜLÜMÜZ SOLUXUBDU.
SƏRRAF BABA BU YAŞDA
SEVGİYƏ YOLUXUBDU.
*
ZAMAN VAR OLANI YOX ETMƏKDƏ SƏLAHİYYƏTLİDİR.
*
ÜMİDİMİZİN TUTACAĞI İPLƏR YAMANCA QISALIB.
*
QÜSURSUZ ADAM AXTARAN KƏS, ÖMRÜNƏ HEYFİN GƏLSİN, YÜZ İL YAŞAYASAN DA TAPA BİLMƏZSƏN.
*
Söz var ki, dəli edər şairi,
Söz var ki, vəli edər şairi.
Soz var ki, sevən könüllərin
Yolu edər şairi.
*
Səni, məni çərçivəyə salan var,
Dünyaya gələndən ölənə kimi.
*
Ay yüz dəfə ölənlər, mən bir dəfə öləcəm,
Min bir dərdin içində baxıb kefə, öləcəm.
*
Əvvəl nədir, son nədir? - bilmək istəmir insan,
Nə qədər yaşasa da ölmək istəmir insan.
*
Hər birimiz bizdən əvvəl dünyaya gələnlərə də, bizdən sonra dünyaya gələnlərə də nə isə borcluyuq.
*
Qəlbi Haqq yolunda olanlara bir Pir, elm öyrənmək istəyənlərə bir ruhu nurdan yoğurulmuş Alim, dünyanı işıqlandırmağa bir Günəş bəs eyləyər.
*
Boşalan bir gün dolacaq,
Açılan bir gün solacaq.
Qalacaqlar var, qalacaq,
Olacaqlar var, olacaq.
*
Agda qara görənlər,
Kölgəsinə hürənlər.
Hər zaman işsiz qalsın
Şeytana iş verənlər.
*
Köpəyə yal qoyarlar,
Eşşəyə çul qoyarlar.
Söz batmayan gedənin
Adını kal qoyarlar.
*
Hər qapıya bir açar,
Hər cana bir dərd düçar.
Günahkar üz silləyə,
İlan gülləyə qaçar.
*
Quş var ət yeyir,
quş da var əti yeyilir.

*
Könül mehmanxana otağı deyil ki, hər gələni qəbul eliyəsən.
*
Hələ də ürəyinin yerini bilməyən adamlar var.
*
Arvad var ki,
nə alırsan geyir,
nə verirsən yeyir,
sonra da dədənə söyür.
*
YİYƏSİZ ÖLMÜŞ EŞŞƏYİN NƏ QƏDƏR SAHİBİ VARMIŞ ?...
*
SƏRT, BOZ ÜZLÜ QAYANIN SİNƏSİNDƏ DƏ GÖZƏL VƏ ƏTİRLİ GÜLLƏR AÇIR.
*
ƏKƏRƏM ƏKİLMƏZİ,
ÇƏKƏRƏM ÇƏKİLMƏZİ.
FƏLƏK BELİNİ BÜKÜR
MƏN DİZİ BÜKÜLMƏZİN.
*
Gündüzlər gözlərim səni axtara,
Gecələr könlümdə gecəliyəsən.
Başını qoyasan sinəmin üstə,
Özgə ümidləri puç eliyəsən.
*
ÖZ AĞZINA SAHİB OLA BİLMİR, HƏLƏ BİR DƏ QUNŞUNUN DA AĞZINA SAHİB OLMAQ İSTƏYƏR.
*
Ağacı aşırmâga qolunda güc yoxdursa, baltanı günahkar bilmə.
*
Dədəmin dədə yeri, babamın baba yeri,
Kişilik meydanının
qalıb xaraba yeri.
*
Sol Vənənd, sağ Vənəndli,
Dagbaşı dağ Vənəndli.
Tərtərin Qapanlısı
Bizlərə qardaş kənddi.
*
Bir də baxıb gördüm yaş altmış üçdü,
Dərdi, sevinciylə xoş altmış üçdü.
Yenə uyğunlaşmır bu yaşımda da,
Ürək iyirmi beşdi, baş altmış üçdü.
*
Gozlərinə baxıb üşüdüyüm adamlar var.
*
Oğrular öz doğruları ilə birlikdə günah içindədirlər.
*
Üzümə baxan adam,
Su kimi axan adam.
İçində kin bəsləyər
Özündən qorxan adam.
*
Hər üzümdən şərab, hər kişidən cənab alınmaz.
*
Özü kömürçü qızı, tərbiyəsi şahanə.
*
Qocanın huşu yoxdu,
Ağzında dişi yoxdu.
Baş var bədənə hakim,
Bədən var başı yoxdu.
*
Yol gedir Pirçivana,
Can qurban pir cavana.
Necədi, ay allahsız,
Qanmayam qana - qana.
*
Şər qarışar, toran düşər,
Dost evinə varan düşər.
Könlümün eşq guşəsinə
Məni məndə görən düşər.
*
Öküzün cütə getmək istəməyəni kəsilib qazanda bişər.
*
Kişi sındıran qab- qacagın səsi qaynananın evindən gələr.
*
Axmaqların çox olması müdriklərə əzab, fırıldaqçılara şans gətirər.
*
Nəfsinə qul adamlar çıxırlar küçələrə,
Nəfsinə qul adamlar yeyirlər bu şəhəri.
Nə gecəsi gecədir, nə gündüzü gündüzdür,
Gecə yarıdan keçir, tutmur uyğu şəhəri.
*
BİR ZIRRAMAYA BİR CÜMLƏNİ BAŞA SALMAQDANDIRSA, ÇÖLÜN AYISINA VELOSİPED SÜRMƏYİ ÖYRƏTMƏK DAHA YAXŞIDIR.
*
BİR DƏDƏ YEDDİ OĞLUNU BÖYÜDÜB KİŞİ ELƏDİ, GÜN GƏLDİ Kİ, YEDDİ OĞUL BU QOCA DƏDƏNİ ÖZ ARALARINDA BAŞ ELƏMƏDİLƏR.
*
XANIMDAN YAŞINI, KİŞİDƏN MAAŞINI SORUŞMAZLAR.
*
Keçmişdə belə bir deyim varmış: Çobana qoyun lazımdı, həllaca yun. Mənasını kim açar?
*
lan dərisini dəyişə bilər, xarakterini heç vaxt dəyişməz.
*
Adam var ki, sözün müxtəsərinə qanedi, adam da var ki , min ədəd min səhifəlik əsər də oxusa, yenə də hələ danadı.
*
Dərdini divara yazan qardaşım,
Şeytanın oyunun pozan qardaşım.
Səni diri - diri ağlamaq lazım,
Allahın yeridi, uzan, qardaşım.
*
Aygır qaçağan olar,
Qartal uçagan olar.
Hər sirri söz eləmə,
Sirr var, açsan qan olar.
*
Qarpız yeyən qıraqda qalıb, qabıq yeyəni döyürlər.
*
Sərraf, dağlar arxandı,
Gözün çətin qorxandı.
Sənə darga nə lazım ?
Öz vicdanın dargandı.
*
Toxum torbada göyərməz.
*
Şəkər suda əriyər,
Can toprakda çürüyər.
Paxilsansa, gün gələr
Dərd içinə yeriyər.

*
ÇƏN QONUBDU ÇAXMAĞA,
GÖZ İSTƏYİR BAXMAĞA.
HƏR DƏRD BİR ÜRƏK GƏZİR XƏNCƏRİNİ TAXMAĞA.
*
Şəkililər qaraqabaq adama deyirlər:- Səən canoo yiyiym, diyirsən dodağı qaşsın, kişi dodaxsız qalsın?
*
CANBAZIMIN ŞƏLALƏSİ,
DƏRVİŞİMİN YALI GÖZƏL.
BƏNDƏLƏRİ GEDƏ BİLSƏ,
RƏBBİMİN DƏ YOLU GÖZƏL.
*
Aləm mənim içimdə,
Mən aləmin içində.
Ürəyim dəstur deyir
Bir meyxanə küncündə.
*
Allahdan barat gələ,
Kasıbın üzü gülə.
Ürəkdəki dərdimiz
Əriyə gilə - gilə.
*
Süləngidən xatın olmaz, boz sıpadan qatır.
*
Damla ümmanın mənbəyi,
İlk an zamanın mənbəyi.
Gözəllik Haqqın nurudur,
Pislik şeytanın mənbəyi.
*
Ay ilan, sənin də balan olacaq,
Elə sənə bənzər ilan olacaq.
Nə qədər bəslənib xoş üz görsə də,
Qəfildən yiyəsin çalan olacaq.
*
İçmək olmaz hər bulağın suyunu,
Nanəciblər tanımazlar soyunu.
Bir də günah əmdikləri süddəndi,
Ona görə tapmır taylı tayını .
*
MƏN BİR DƏRVİŞ YOLUYAM,
SİRLƏRİNƏN DOLUYAM.
ÜZÜ DƏRGAHA DURAN
PİR BABAMIN HALIYAM.
*
VURAN OĞUL DƏDƏSİNDƏN SORUŞMUR,
MAĞMIN OĞUL SÖZ DEMƏYƏ GİRİŞMİR.
*
Haqqı görə biləsən,
Borcun verə biləsən.
Elə yıxıl ki, canım,
Sonra dura biləsən.
*
Dost evinə girərlər,
Girib salam verərlər.
Savab, günah - nə etsən ?
Sən görməzsən... Görərlər.
*
Hər kəsə öz doğma yeri,
Doğma elat, doğma yörük.
Mələrtinə dağlar ağlar,
Çobanı qurd olan sürü.
*
Kimimiz iş xəstəsi,
kimimiz dil ustası.
Paxılın arzusudu
Yaxşılığın batması.
*
ÜZÜMÜN SALXIMIN ÜZ, HAZIRLAŞAQ,
GÜLGÜN ŞƏRABINI SÜZ, HAZIRLAŞAQ.
ÖMÜR SÜRƏK GÖZƏLLİKƏR QOYNUNDA,
ÖLÜM GƏLMƏMİŞDƏN BİZ HAZIRLAŞAQ.
*
Rəbbim dağına baxıb qar verər, bağına baxıb bar.
*
Saxlaya bilsən dağarcık unu, əlindən tutar qara günü.
*
Çox yemək adamı iki eləməz, uzaq başı yekə eliyər.
*
SƏNİN TAMAHIN GÜNAH,
MƏNİM HAQQ SÖZÜM SİLAH.
SƏNİN SAHİBİN İBLİS,
MƏNİM SAHİBİM ALLAH.
*
Nənələrimiz nə demək istəyib ? - Qızım sənə söyləyim, gəlinim, sən eşit !
*
Dədələrimiz nə demək istəyib?- Çobana verərsən qızı, ya qoyun otarar, ya quzu.
*
İlahi, görəsən şərəfli, ləyaqətli insanları belə eybəcər dünyada yaratmaqda fikrin nə imiş?!
*
Bəzən fikirləşirəm, görəsən nağıl danışanlar nağıla inananlar üçün danışırlar, yoxsa nağıla düşənlər üçün ?
*
Bəzən fikirləşirəm, görəsən səhərdən axşama kimi şeytana nökərçilik edən kəs, gündə beş dəfə namaz qılmaqla Cənnətə düşə bilərmi ?
*
Bəzən fikirləşirəm görəsən adamlar niyə təkəbbürlülüklə ləyaqəti bir biri ilə qarışdırırlar ?
*
KÖHNƏ BALI ATMAZLAR,
SAĞMAL MALI SATMAZLAR.
ÜZMƏYİ BACARANLAR
LAL ARAZDA BATMAZLAR.
*
ŞAN SƏBƏTDƏN ALINAR,
QAZANLARI DOLANAR.
GİRİBSƏ BAL QAZANINA,
TAXTA QAŞIQ YALANAR.
*
Kim ,babasının atasının atasının adını bilir?
kim bilirsə əhsən ona...
Ancaq səmimi olun...
*
Qatıra dədən kimdi deyə soruşanda, cavabında dayım boz ayqırdı demişdi.
*
Ucuzdu var illəti, bahadı var hikməti.
*
Bir mıx bir nalı, bir nal bir atı, bir at bir əri, bir ər bir eli qurtarar.
*
POLİS QARDAŞLARIMI PEŞƏ BAYRAMLARI MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM.
*
ƏN ÇƏTİN VƏ ƏN ASAN SUAL: MƏN KİMƏM VƏ NƏ ÜÇÜN YAŞAYIRAM ? - KİM BU SUALA CAVAB VERMƏK İQTİDARINDADIRSA ÜRƏYİNƏ EŞQ OLSUN !
*
Rəhmətlik İbiş babam deyirmiş ki, Vənətli qapısına halallıqla qardaş olub gələnin köləsi, fırıldaqla xaincəsinə gələnin bəlası olar.
*
Yiyəsinə xeyir verməyən ağıl, kişilikdə dədəsinə bənzəməyən oğul əldəki altıncı barmaq kimidir.
*
Rəhmətlik Usta Mürsəl deyərdi ki, ağzına gələn hər şeyi hər kəsin yanında danışma, xirtdəyi olan da var, xirtdəyi olmayan da.
*
Rəhmətlik İsa əmim (Xəlilov İsa) deyərdi ki, düz söz iti xəncər kimidi, nə təhər gəldi demək olmaz, yoxsa deyənin özünü də kəsər.
*
GÖZLƏRDƏN İTƏN OLACAM,
DAŞLARDA BİTƏN OLACAM.
HARDA MƏNİ BASDIRSALAR
BİR ƏLÇİM VƏTƏN OLACAM.
*
Pirin balası pir olar,
Şirin balası şir olar.
Əgər Allah istəyirsə
Daşın içində dürr olar.
*
Etdiyi savabların qazancını düşünməyən insanlar İlahi eşqin daşıyıcılarıdır.
*
Təkəbbürlülük məğrurluq deyil, məğrurluğun gözəlliyini əlindən almağa çalışan Şeytanın cəhdidir.
*
Böyük olduqları qədər sadə, sadə olduqları qədər böyük olan Haqq yolçuları yox olduqdan sonra belə var olurlar.
*
Qəlbi Haqq yolunda olanlara bir Pir, elm öyrənmək istəyənlərə bir ruhu nurdan yoğurulmuş Alim, dünyanı işıqlandırmağa bir Günəş bəs eyləyər.

Süleyman Sərraf.
*
Hər birimiz bizdən əvvəl dünyaya gələnlərə də, bizdən sonra dünyaya gələnlərə də nə isə borcluyuq.
*
Yanıb külə dönmüş insanı ikinci dəfə yandıra bilməzsən.
*
Canavarın qardaşı da canavar olar, əgər çaqqaldırsa, günah anasındadır.
*
"Gözlərini yum, seldən keç !" - axmaqların aksiyomasıdır.
*
EŞİTMƏMƏK AYRI, EŞİTMƏK İSTƏMƏMƏK AYRI.
*
CIZIQDANÇIXMA AYRI, CIZIĞINDAN ÇIXMA AYRI...
*
HƏYATI ÜÇ GÜN ÇİÇƏYİM,
KOR BƏXTİ KÖÇGÜN ÇİÇƏYİM.
YAĞIR OLMUŞ ÜRƏYİMDƏ
AÇILIR EÇQİN ÇİÇƏYİ.
*
Bal yeməyən, balın adını bilməklə necə dadını bilər ?
*
Şəhvətinizə zəncir vurun ki, ona görə özünüzü zəncirə vurmasınlar.
*
BİR AİLƏ O VƏDƏ DAĞILMAĞA MƏHKUMDUR Kİ, O EVDƏ ƏRİN CİLOVU ARVADIN ƏLİNDƏ OLSUN.
*
Qadının həyası, kişinin qeyrəti yoxdursa, onlar üçün "mənalı həyat" anlamı itir.
*
Dərman heç bir xəstəliyi sağaltmır. Xəstəni həkimdən asılı vəziyətə salır. Dərman - zəhərdi. Bütün dərdlərin çarəsi pəhrizdi.
*
Qərib quşa yuvanı Allah qurar.
*
Nə gözəl deyiblər:
- Ədəbi kimdən öyrəndin ?
- Ədəbsizdən.
*
Əgər ağılın yerini nifrət tutursa, vay o başın halına.
*
Günəşli havada yağan yağışa niyə tülkü toy eləyir deyirik ?
*
QATIRDAN KƏHƏR OLMAZ, ƏLƏYPƏRDƏN DƏ PEYĞƏMBƏR.
*
Xarab meyvəni süfrəyə qoymazlar, xarab adamı süfrə başına.
*
Rəhmətlik Behbud dayım yaxşı at haqqında deyərdi ki, səhər Gəzbeldə köhlənimə minərəm, axşamı Vənətlidə yenərəm.
*
Hər dənizin öz sahili var.
*
Rəhmətlik İbiş babam deyərmiş ki, meşədə ağacın düzünü dibindən kəsərlər, camaat içində adamın düzünü dilindən asarlar.
*
Kürkünə birə düşər samanlıqda yatanın,
Kəlməsi yerə düşər Haqqı ucuz tutanın.
*
Görəcəyin işi fikirləşib həll et ki, həll edəndən sonra fikirləşməyəsən.
*
Rəhmətlik İsgəndər əmim deyərdi ki, elə bədbaxt var ki, bostan əkməmişdən qarpız yemək umudundadı.
*
Sərraf babanın qarğışı:
Allah tülküyə aslan gücü verməsin !
*
Hər kəsin çatacağı bir son dayanacaq var.
* 
Rəhmətlik Qara İsmayıl baba deyərdi ki, hürməyən köpəyi həyətdə saxlamazlar, azdırarlar. 
*
ALLAH İSLAM ÜMMƏTİNİ NAMAZ QILIB, ORUC TUTUB, HƏCCƏ GEDİB İBLİSƏ XİDMƏT ELƏYƏNLƏRDƏN QORUSUN !
*
Düz sözü qulaq ardına vuran adamın yolunun sonu qaranlıqdı.
*
Hər kəsin ömür kitabının sonuncu səhifəsi var, amma kimin kitabı necə qurtaracaq, onu bir Allah bilir.
*
Adam var yapalaqdan betər, söz var şapalaqdan betər.
*
Sevilənin qapısı döyülər.
*
Rəhmətlik Şahsuvar baba deyərdi ki, bağlı qapı olmur, qıfılının açarı paxıl adam əlində olmasa.
*
Rəhmətlik Niyazalı əmim deyərdi ki, boynuyoğun, belinə örkən dolaşmıyan, zırrama adamın gözü ayağının altını görməz.
*
Rəhmətlik Bənövşə qocam deyərmiş ki, ana qızını ər evinə göndərəndə heç olmasa dilinin altına bir çıqqılı qənd də qoysun.
*
Rəhmətlik Susənbər qocam deyərdi ki, təzə doğulmuş körpənin üstünə çiy ət gətirməzlər, xətər toxunar.
*
Edəşməyin sonu didişməkdi.
*
Rəhmətlik Əbdüləzim əmim deyərdi ki,eşşək eşşəyliyiynən qarğıdalını badımcandan ayırır,filankəs hələ də pisi yaxşıdan ayıra bilmir
*
Rəhmətlik Kərim dayım deyərdi ki, əsil kişi kök ola bilər, amma kötük ola bilməz.
*
Rəhmətlik Həzi babam deyərdi ki, ac olanda badımcan da bal dadır.
*
Rəhmətlik Həcər qocam deyərdi ki, qızı öyrətmirsə anası, ər evində olsa da su sonası, ev - eşikdən nə qanası ?
*
Elə özüm boyda, özüm biçimdə,
O kənddə bir qərib itirib gəldim.
*
Bəyazı çəkərlər alın üstünə,
Qaymağı tökərlər balın üstünə.
Bilsəydim ki, gülüm burdan keçəcək,
Gül yağı səpərdim yolun üstünə.
*
Qızmış buğanı sınıq - salxaq qapalax saxlaya bilməz.
*
Heç görmüsünüzmü gənə çığır - bağırla yapışdığı yerdən qopsun?
*
Rəhmətlik Saray nənəm deyərdi ki, ayağı çarıqlı, əli çomaqlı, işini bilən çoban zırrama oxumuş qalustuqludan mərifətdi adamdı.
*
Rəhmətlik qayınatam İsmayıl kişi deyərdi ki, ürəyə məlhəm olanlar var, ürəyə mərhəm olanlar var, bir də ürəyi dirhəm olanlar var.
*
YER ÜZÜNÜN ƏŞRƏFİSƏN DEDİLƏR,
NİYƏ İTİRİRSƏN NURUNU, İNSAN ?
QƏLBİN GÜNAHDADIR, ƏLİN QANDADIR,
ÖZÜNMÜ QAZIRSAN GORUNU, İNSAN ?
*
Ata yəhəri ilə qiymət qoyan zəmanəyə çatmışıq.
*
Dünyada günahsız insanlar var, amma onlar hələ doğulmayıblar.
*
Hamı dəyişə bilər, amma qurumsaq heç vaxt dəyişməz.
*
Qoca köpək boşuna hürməz.
*
Öyrətməyin içində öyrənmək də var.
*
Keçi bağa girdisə, vay o bağın halına.
*
YAYDA QALXAR YAYLAĞA,
PAYIZ YENƏR ARANA.
ÇOBANIN VAXTI HANI
SIĞAL VERƏ, DARANA.
*
Təpərmi qalıbdır bu qoca canda ?
Gənclik güllər açır indi hər yanda.
Kitab oxuyuram, şeir yazıram,
İlişib qalmışam köhnə zamanda.
*
Dərviş könlüynən görər,
Haqqa ruhuyla varar.
Hər adam öz evinin
Yolağasından girər.
*
Yansa da can, sevəcəm,
Donsa da qan, sevəcəm.
Mən eşqdən yaranmışam,
Son anacan sevəcəm.
*
Tülküdən soruşurlar "Toyuq əti yeyirsənmi ?", tülkü də cavab vermiş "özünə gülünən əəə..."
*
Xəstələnmiş tulanın sahibinin könlündən ova çıxmaq keçir.
*
Hamilə gecə səhər dünyaya nə doğar?
*
Dırdır arvadın kişisi başından da olar, yaşından da.
*
İt qılından ələk, q...ə qızından mələk olmaz.
*
Bilən cavab versin:
Bu bıçaq bu quyruğu ha doğruyar,
Nə quyruq qurtarar, nə qazan dolar. (Tapması?)
*
İNSANIN SEVƏN KÖNLÜNDƏN BOY VERƏN BİR KƏLMƏ GÖZƏL SÖZ ÇOX MÜŞKÜLÜN AÇARI OLA BİLƏR.
*
Üstünü yaşıl mamır örtmüş, yanmış qara kötüklərə oxşayan adamlar var ki, hələ də həyatdan nə isə umurlar.
*
Qoduq anasından soruşur:
- Ana,mən böyüyəndə kim olacam ?
Anası deyir:
- Oğlum, sən böyüyəndə çox gözəl eşşək olacaqsan.
*
Cütə qoşulmuş öküz danalarla oynaqlaşan cöngəyə deyir : - Boynun boyunduruğa keçəndən sonra görüm belə oynaqlıya biləcəksən?
*
Ürəkdən gələn söz ürəyə çatar, dildən çıxan söz heç qulağa da çatmaz.
*
Gözəl əxlaq halal ruziyə açılan bir qapıdı.
*
Rəhmətlik Tahir babam deyərdi ki, evin xanımı hamıdan gec yatıb hamıdan erkən yuxudan durarsa, o evin ruzisi bol olar.
*
Bizim kənddə qurdağzını Qara İsmayıl babamdan yaxşı bağlayan yox idi.
*
Dədəm deyərdi ki, mırız adamdan nə qədər uzaq olsan bir o qədər də başın salamat olar.
*
Rəhmətlik Süsənbər qocam deyərdi ki, dar vaxtı və gecə qaynar suyu çölə torpağa tökməzlər.
*
Axdı ürəyimə gözümün yaşı,
kinin bülövlənmiş daşın əritdi.
*
Əbəjdadını tanımayan özünü bilməz,
özünü tanımayan sözünü bilməz.
*****************************************************************************3
Keçmişdə çobanlar heç vaxt sürüyə girib qoyunları saymazdı, çünkü sürüsündəki hər bir qoyunu, keçini yaxşı tanıyardı.
*
Hər bir təzənin köhnəlmək vaxtı çatar, amma heç bir köhnənin təzələnmək üçün nə vaxtı, nə zamanı var.
*
Dəvənin kefinin necəliyi onun yükünün ağırlığından asılıdı.
*
Dədəmin o usta dəmir əlləri
məni rəndələyib adam eylədi.
*
Deyirlər Generalsimus İosif Vissorionoviç Stalının atası alkaş Vaso yox, anasının xidmət etdiyi türk taciri olmuşdu ? Düzdürmü ?
*
Rəhmətlik Seyran qocam deyərmiş ki, atı dişinə baxıb alarlar, qızı işinə baxıb alarlar.
*
Rəhmətlik Valeh əmim bir vələdzina, hara gəldi daş atan gədə görəndə deyərdi ki, bala, hara gəldi daş atma, gedib dədənə dəyər.
*
Civiri doğruyarlar,
Görən nə toxuyarlar ?
Civir nədir və ondan nə toxuyurlar?
*
MƏN SEVƏN GÜLLƏRİ ŞAXTAMI VURUB ?...
DONUNU AÇMAĞA GÖZ YAŞI GƏRƏK.
*
Hər dirək pərdi saxlamaz.
Pərdi nəyə deyirlər ?
*
Bəzən elə olur ki, eşşəyin biri özünü darta - darta adama tərbiyə vermək istəyir. Bax onda "vur eşşək palçıqdan çıxsın".
*
QIŞ GƏLƏNDƏ ÜŞÜYƏRSƏN OTAQDA,
YAY GƏLƏNDƏ TƏRLƏYƏRSƏN YAYLAQDA.
ALLAHA ŞÜKR EDƏK NƏ QƏDƏR VARIQ,
GÖYƏ BAXIR SU İÇƏNDƏ TOYUQ DA.
*
Kimsən ? - sözündən görünər,
Çoxun azından görünər.
Yanlış sözün şilləsinin
Rəngi üzündə görünər.
*
Eşq ilahi bir möcüzədir.Kim şəhvətlə eşqi qarışdırırsa bədbəxt adamdır.Eşq ürəkləri şövqə gətirən, nurlandıran cənnətin kövsər bulağıdır.
*
Öz kəndinə,öz rayonuna, öz mahalına, öz ölkəsinə və öz xalqına hörmət etməyən kəs bu vətən torpağının üstündə gəzməyə layiq deyil.
*
Şirinliyin dərəcəsi balda, adamlığın qiyməti yolda bəlli olar.
*
Əsil dəmirçi hər dəmirdən qılınc düzəltməz.
*
Yolçunun yeməyi heybəsində olsa kimsəyə minnəti olmaz.
*
Bizim elatda gəlin qaynatasının və başqa yaşlı kişlərin yanında üzünü örtər, yaşmaq vurardı.
*
Həmişə şapalaq yemiş bədbəxtə birdən birə bal yedizdirəndə qursağı götürməz.
*
DƏRVİŞİM HAL ÜSTƏDİ,
KƏLMƏSİ BAL ÜSTƏDİ.
DÜNƏN " MƏNƏM " DEYƏNİN
KARVANI YOL ÜSTƏDİ.
*
Qadınların bir çoxu o qədər biabırcasına çılpaqlaşırlar ki, illər boyu vəsf etdiyim o gözəlliyə nifrət etməyim gəlir.
*
Hər tərəfinə dörd gözlə baxmaq istəyən adam heç nəyi görməz.
*
Mirvari əlimdədirsə, dənizə girmək nəyimə lazım.
*
Bizim elatda ağsaqqalların əyləşib söhbət etdiyi otağa qadınlar və uşaqlar girməzdi.
*
Tutduq dostun əlini biz,
Sevdik eşqin dilini biz.
Könül dilə sirr verməsə,
Aşkarlanmaz gizlinimiz.
*
Bizim elatda təzə doğulan, qırxı çıxmamış körpənin üstünə həmzatdı arvadı yaxın buraxmazdılar.
*
ƏSİL DOSTLUQ YADLAR TƏRƏFİNDƏN FƏTH EDİLMƏSİ MÜMKÜN OLMAYAN BİR " GƏLƏSƏN GÖRƏSƏN " QALASIDIR.
*
Bir kişinin ki, o dünyaya səfərə çıxmağa vaxtı çata, onun qoyulduğu tabut qızıldan ola və yaxud taxtadan ola fərqi var?
*
Qurd ürəkli tərəkəmə kişisinin də qurdbasan köpəyi olar.
*
Kirpi də öz balasını sığallıyanda elə bilir məxmər sığallıyır.
*
Rəhmətlik Həcər qocam deyərmiş ki, bir xanımın əsil gözəlliyini yuxudan ayılan vaxtı qiymətləndirmək olar.
*
Tarixdə on beş imperiya yaratdığına görə və dünyaya böyük şəxsiyyətlər bəxş etdiyinə görə mən öz türk törəm ilə öyünürəm.
*
Çobanın ürəyindən keçir ki, qoyunu cüt - cüt doğsun.
*
Dədələrimiz deyib ki,
nə ər bilər, nə evlad, axşamdan yatan arvad. Açmasını kim bilir?
*
Dədələrimiz deyib ki, əvvlədən nə idi hüsnu camalı, adı da üstündə - qotur Bayramalı. Açmasını kim bilir ?
*
Dədələrimiz deyib ki, qamış ola, camış ola, görməmiş ola. Açıqlanmasın kim bilir ?
*
YOLUNU AZMIŞ GÖZƏL SÖZLƏRİ ÖZ İŞIĞINA ÇƏKƏN MAYAK FƏNƏRİDİR HƏR ŞAİR ÜRƏYİ.
*
Xəncəri tiyəsinə görə, boş damı əyəsinə görə, köpəyi də yiyəsinə görə tanıyarlar.
*
İştahası üzüm çəkən kişi bağında üzüm əkər.
*
İL QURAQLIQ KEÇƏNDƏ İŞLƏNMƏMİŞ (XAM) SÜPÜRGƏ YANDIRARDILAR Kİ, YAĞIŞ YAĞSIN.
*
Hələ də ürəyinin yerin bilməyən adamlar var.
*
OĞLAN UŞAĞI İLK ADDIM ATANDA QURBAN KƏSƏRDİLƏR Kİ, UŞAĞIN GƏLƏCƏK HƏYATI UĞURLU OLSUN.
*
SƏFƏRƏ ÇIXANDA İTƏ BİR TİKƏ ÇÖRƏK ATARDILAR Kİ, İŞLƏRİ UĞURLU OLSUN.
*
UŞAĞI OLMAYAN GƏLİNƏ ÇOXUŞAQLI ANANIN İLK PALTARINI GEYDİRƏRDİLƏR Kİ, UŞAĞI OLSUN.
*
HANSI EVİN QARŞISINDA ÖZ ÖZÜNƏ DAĞDAĞAN BİTİRDİSƏ, O EVİ OCAQ SAYIRDILAR.
*
ŞƏR QARIŞANDA VƏ GECƏ VAXTI YUXULARINI DANIŞMAZDILAR.
*
GECƏ DIRNAQ TUTMAZDILAR.
*
GECƏ EVİ SÜPÜRMƏZDİLƏR.
*
NİYYƏT ELƏYİB QOZ AĞACI ƏKMƏZDİLƏR.
*
HEYVAN GECƏ ÇÖLDƏ QALANDA BİLƏN ADAMA QURDAĞZI BAĞLATDIRIRDILAR.
*
ŞƏR QARIŞAN VAXTI QONŞUYA NƏ BOŞ QAZAN VERMƏZDİLƏR, NƏ DƏ BOŞ QAZAN ALMAZDILAR.
*
TƏZƏ GƏLİNİN NİŞAN ÜZÜYÜNÜ TEZ BARMAĞINDAN ÇIXARTMASINI YAXŞI ƏLAMƏT SAYMAZDILAR.
*
QƏBİRSTANLIĞIN YANINDAN KEÇƏNDƏ "ƏSSƏLAMÜ ƏLEYKÜM, EY ƏHLİ QÜBUR ! YERİNİZ CƏNNƏT OLSUN !
DEYƏRDİLƏR.
*
DƏH - DƏHLƏ GETMƏYƏN ATI BƏH - BƏHLƏ SAXLAMAZLAR.
*
BÜTÜN GÜNAHKARLAR ÖZ GÜNAHLARINI SAVAB KİMİ YOZURLAR.
*
Məhləmizdə təzə zurnaçı peyda olub, elə istəyir ki, hamı onun çaldığına oynasın.
*
May ayının istisində yolağadan çıxan buzovun yiyəsinin halına baxasınız.
*
Saqqalın yekəliyi və başın daz olması hələ alimliyə dəlalət eləmir.
*
Bizim quzunun yad sürüsünün içində nə işi var ki, tutub kəsələr.
*
BOZ SIPA BÖYÜYƏNDƏ BOZ AT OLMAQ ÜMİDİNDƏDİR
*
DƏSTƏRXAN AÇMAQ NƏ DEMƏKDİR?
*
Dədələrimiz at nalını evin qapısına vurardılar. Səbəbini kim bilir ?
*
Dədələrimiz deyib ki, itdən çox çarıq aparan yoxdu, yenə ayaqları yalındı. Açıqlamasın kim bilir ?
*
Dədələrimiz deyib ki, dəvəquşu özün quş bilir, xəşil də özün aş bilir. Açıqlamasını kim bilir ?
*
Elatda belə bir deyim vardı:
"Darı unundan paxlava,
əncir ağacından oxlava olmaz."
Açıqlamasın kim bilir?
*
Elatda "başmaq seyrinə çıxmaq" deyimi var idi. Açıqlamasın kim bilir?
*
Allahın yolu uzun, verdiyi ömür qısa.
Yaşadıq, könlümüzü köz üstə basa - basa.
*
Hər kəsə öz balası...
BAXIB BALASINA SÖYLƏDİ ULAQ,
"İNŞALLAH, BALAM DA EŞŞƏK OLACAQ."
*
Dərdimi divara dedim, titrədi,
Ağaca söylədim, kökdən qurudu.
*
Dədələrimiz deyərdi ki, qapısını yadlardan qoruyan köpəyin yeməyini kəsənin qismətini Allah kəsər.
*
Nənələrimiz yaz əkininə bir həftə qalmış təndirdə şirin fətir bişirib uşaqlara paylayardılar ki, taxıl bərəkətli olsun.
*
Dədələrimiz deyib ki, xəmir xörəyi ilə çörək yeyənə gülərlər.
*
Allahın nurunun doğulduğu yer dərviş xislətli şair könlüdür.
*
Qəpik - qəpik edilən yaxşılığın külçə - külçə minnətinə nifrət edirəm.
*
İtə yavıncı düşəsən, nakişinin kölgəsinə də yaxın getmiyəsən.
*
GÖZƏL KÖNLÜ ACI DİLƏ,
ELİ ELƏ, ƏLİ ƏLƏ,
BÜLBÜLÜ DƏ KÜSƏN GÜLƏ
MÖHTAC EYLƏMƏ, ALLAHIM !
*
Dağdağan daşdan çıxar,
Payızdan, qışdan çıxar.
Axmaq adamın başı
Axmaq da işdən çıxar.
*
Artıbdı millətin şuğulzümməsi.
(Şüğülzümmənin mənası nədir ?)
*
Kaş qəməltin kimi qeyrətin də iti ola.
(Qəməlti nədir ?)
*
Xəşəmi doldurmuşam, çiynimə qaldırmışam.
(Xəşə nədir ?)
*
Usta xarratın (dülgərin) karandaşı qulağının dibində olar.
*
Hərə bir allahlıq eyləyir, Allah,
Sənin də yerini biz istəyirik.
*
İnsan, gözəlliyi könül gözü sevdiyindən sevər,
Kimə, nəyə vurulursa, özün sevdiyindən sevər.
*
Üzr bəttərəz günah - anlayana eşq olsun !
*
Bitməmiş yovşan dibində doğulmamış dovşan axtaran adamlar da var.
*
Dolu tüfəng birini qorxudar, boş ikisini.
*
Zər rəftar ustaları kimlərə deyərdilər?
*
Dağda kükrəyib dünyanı dağıdan sel düzə çıxan kimi öz məcrasında düşüb sakitləşir.
*
Qarğanın qartal qanadı qaldırmağa gücü çatmaz.
*
Boyunduruğa gəlməyən öküzü kəsərlər.
*
Bir də rəhmətliklər deyib ki, eşşəyə min ata çatana qədər. Ay qağa, heç görmüsənimi yorğun, beli yağır eşşək qacib ata çata ?
*
Bir də rəhmətliklər deyib ki, eşşəyə min ata çatana qədər. Ay qağa, heç görmüsənimi yorğun, beli yağır eşşək qacib ata çata ?
*
Dədələrimiz deyib ki, ayağını yorğanına görə uzat. Bəs bu kasıb bədbaxtın köhnə, cındır pambıq yorğanı gödək olsa neyləsin ?
*
Dədəm deyərdi ki, hətta boş evə girdikdə belə salam verməlisən. Salamın zahiri və batini mənasını kim aça bilər ?
*
Dədəm deyərdi ki, cümə günü o qədər gözəl gündür ki, Rəbbim həmən günü öz bəndəsini sorğu - sual eləməz.
*
Qədir ağacın əkmədilər,
Məni nura bukmədilər.
*
Əyilənlər də sınır, amma bir az gec.
*
Vurağan qoça, həmişə qarnı aca, yoldaşlıqda bicə kürəyini çevirmək olmaz.
*
Bu günün əmiri sabahın fəqiri ola bilər.
*
Mis qazandan mis çömçə
aş çəkər nimçə - nimçə.
*
Başında gözəl fikir,
qəlbində Haqqı zikir,
dilində Allaha şükür
bəndəsi torpaq əkir.
*
İki göz dünyanı görər, amma biri birini görməz.
*
Məscidə girən çoxdu,
Özünü görən yoxdu.
*
Divara daş gərəkdi, fikirə baş.
*
Su iz saxlamaz, ağız söz.
*
Dünya dəmdi, mən də dəm,
Kefliyəm, gözümdə nəm.
Sevə - sevə yaşayıb,
Sevə - sevə öləcəm.
*
Dağdan düzə yenəlim,
Bülbüllərlə dinəlim.
Sevən gönlüm, vaxtıdır,
Kəndimizə dönəlim.
*
Keçilərini niyə pöhrəliyə buraxırsan ki, sonra da yığa bilməyəsən.
*
Günümüzdə hırınan zırı qanmayanlar göbələk kimi artır.
*
Bəzi alimlərimizin dili moltanı dilidi, yazdığını oxuyursan, amma heç nə başa düşmürsən.
*
Dəvəyə dedilər boynun əyridi cavab verdi haram düzdü ki.. Qəlbi əyri adamlar belə etiraf etsələr görən nə olar ?
*
QEYRƏT KİŞİ PAPAĞI,
HƏYA XANIM YAŞMAĞI.
HƏMİŞƏ DEŞİK OLAR
PİNƏÇİNİN BAŞMAĞI.
*
SƏLİBÇİLƏRƏ QAN UDDURAN, QÜDSÜ SƏLİBÇİLƏRİN ƏLİNDƏN ALAN, DÖYÜŞƏ GİRƏNDƏ KƏFƏNINI GEYƏN SƏLAHƏDDİN ƏYYUBİ MİLLİYƏTCƏ KİMDİR?
*
Pir ərənlər, sevgi dolu xanımlar, ana vətəni qoruyan igidlər və bütün halalzadələr, Allah sabahlarınızı xeyirlərə açsın !
*
Bilən bildi, bilməyən heç, Gülən güldü, gülməyən heç.
Ölən öldü, ölməyən heç, Heçlərdən də biri mənəm.
*
LAQEYD ADAMLARIN YANINDA DURANDA DA ÜŞÜYÜRSƏN.
*
Pirin balası pir olar,
Şirin balası şir olar.
Əgər Allah istəyirsə
Daşın içində dürr olar.
*
ARVAD GEDİR BAQQALA,
RAST GƏLİR BİR NAQQALA.
QAZAN PEÇİN ÜSTÜNDƏ,
SÜD DAŞIR BALA - BALA.
*
Qeyrətin, namusun, vicdanın harada olduğnu bilməyənlər kişilikdən danışanda adamı yaratdığına görə Rəbbimə yazığım gəlir.
*
Təkəbbürlülük məğrurluq deyil, məğrurluğun gözəlliyini əlindən almağa çalışan Şeytanın cəhdidir.
*
HƏR SÜRÜNÜ TƏKƏSİ
DAĞA, DÜZƏ ÇƏKƏSİ.
QƏRİBƏ QİSMƏT OLAR
DƏRDLƏRİN ƏN YEKƏSİ.
*
Dilimdəki zikrimlə qəlbimdəki fikrin uzlaşmamasından xəta doğar.
*
İNDİKİ EŞŞƏKLƏR GİRDİYİ PALÇIĞA BİR DƏ GİRİRLƏR.
*
DƏDƏLƏR DEYİB " İLANIN ZƏHLƏSİ YARPIZDAN GEDƏR, O DA GƏLİB YUVASININ AĞZINDA BİTƏR." DOĞURDANMI İLANIN YARPIZDAN ZƏHLƏSİ GEDİR?
*
Arvadın başında boşqab sındırıb,
alçağın önündə boşqab yalayır.
*
İndiki örkənlər ta doğanaqdan keçmir.
*
"İlanın zəhləsi yarpızdan gedir, o da gəlib yuvasının ağzında bitir" deyiminə əsasən doğurdanmı ilanın yarpızdan zəhləsi gedir ?
*
Kəfən almamışdan gorun haqqında fikirləşmək lazımdı.
*
Tərəzi düz çəkər, əgər baqqalın vicdanı əyri olmasa.
*
Yarım saatdan sonra öz başına nələr gələcəyini bilməyən adam bizə onilliklərin praqnozunu verir.
*
Rəndə görməmiş ərköyün gədənin çılğınlığı may ayında Yazının düzündə mözələy tutmuş dananın çılğınlığına bənzəyir.
*
Özgə kölgəsində yatıb kef çəkən
Kölgəsiz bədbəxtin tamahı ülgüc.
*
Canavardan qaçan atın geri qanrılması onu qurdun yeminə çevirər.
*
Hər üzümdən şərab,
hər adamdan cənab
olmaz.
*
Bir ömür iki ayaq bir başı gəzdirir, Allahın bir sağ olunu da eşitmir.
*
Gözəl ətir gülə məxsus,
Gözəl kəlmə dilə məxsus.
Dərd də ürəyin yeridi,
O da əhli hala məxsus.
*
Daş var, divara qoyarlar,
Daş var, içini oyarlar.
Şair var ki, dəri soyar,
Şair var, dərisin soyarlar.
*
Lümpenproletarlar haqqında dədələrimiz deyib ki, bir həsirdi, bir Məmmədnəsir. Həsiri bildik. Bəs Məmmədnəsir kim ola?
*
Babalarımız deyib ki, hər oxuyan Molla Pənah, hər Qatırçı Murad olmaz. Bilmirsiniz bu Qatırçı Murad kim olub?
*
İtin quyruğun tapdalıyanda yiyəsinə də ağız atır.
*
Xain və paxıl adamlar danışanda belə içinin qarası üzünə vurur.
*
EŞQİN QƏLİBİ YOXDUR, ONUN NURU BÜTÜN KAİNATI İŞIQLANDIRA BİLƏR.
*
DƏDƏLƏRİMİZ DEYİB "BİR DƏLİ BİR QUYUYA DAŞ ATDI, YÜZ AĞILLI ONU ÇIXARDA BİLMƏDİ."
GUYA ÇIXARTSAYDILAR NƏ OLACAQDI Kİ?
*
GÜRZƏNİN NƏ YEKƏSİ, NƏ XIRDASI.
*
Sinəmə yığılan dərdin buludu
gözümün içindən yağır yenə də.
*
Hər ağac meyvəsiylə, barıyla,
hər xanım abırıyla, arıyla tanınar.
*
Boş əli ağıza aparmazlar, əsnəmək anından başqa.
*
Arvdadın əlindən düşüb sınarsa - qəza, uşağın əlindən düşüb sınarsa - cəza.
*
Qarışqa qanadlanınca özünü quş sanar.
*
*****************************************************************************4

Xanım öz həyat yoldaşını istəsə var edər, istəsə xar edər ?
*
Divarının o üzündə qonşusu acdı - toxdu xəbəri yoxdu, dünyanın gələcəyi haqqında fikir yürüdür.
*
Dünyada yeganə millətik ki, gənc bəylərimiz və xanımlarımız ailə qurduqdan sonra biri birinə həyat yoldaşım deyirlər.
*
BİRİSİ DÜNYASIN DƏYİŞƏNDƏ DEYİRLƏR " FİLANKƏSİN KİTABI BAĞLANDI". DEMƏLİ RƏBBİMİZ SON ANA QƏDƏR BİZİ KİTAB KİMİ OXUYUR ?
*
BİZLƏRDƏ BELƏ DEYİM VAR "ŞAPALAQ VURANDA DA BİSMİLLAH DE !". BİSMİLLAH DEMƏMİŞ ŞİLLƏ VURMAQ OLMAZ ?
*
Niyə ilan olursan ki, Sofu İsmayılın cızığına düşəsən ?
*
O qədər Həccə gedib İblisə xidmət eliyənlər var ki ...
*
Səhər-səhər bir mərdimazar çıxır Sərraf babanın qabağına soruşur: -Salam, nə təhərsən? Sərraf baba deyir:-Səni görənə qədər əla.
*
Sərrab babadan soruşurlar: Dağ ilə dərəni fərqi nə qədər ?
Baba cavab verir: Qalxmaqla düşmək qədər.
*
Sərraf babadan sorişirlar: Baba, sığalla sillənin fərqi nədir ?
Baba cavab verir: Sığal yatızdırır, sillə oyadır.
*
Elə gözəl xanımlar var ki, antikvar Çin vazalarına bənzəyirlər, üstü çox gözəl, amma içi boş.
*
SƏRRAF BABADAN SORUŞURLAR :
- BABA, BAŞ İLƏ AYAĞIN FƏRQİ NƏDİR ?
SƏRRAF BABA CAVAB VERDİ :
- BALA, BAŞ GƏTİRƏR, AYAQ APARAR.
*
SƏRRAF BABADAN SORUŞURLAR :
- BABA, AĞILLI İLƏ DƏLİNİN FƏRQİ NƏDİR ?
SƏRRAF BABA CAVAB VERDİ :
- BALA, AĞILLI BİLDİYİNİ ELƏMİR, DƏLİ ELƏDİYİN BİLMİR.
*
SƏRRAF BABADAN SORUŞURLAR :
- BABA, AĞILLI İLƏ DƏLİNİN FƏRQİ NƏDİR ?
SƏRRAF BABA CAVAB VERDİ :
- BALA, AĞILLI BİLDİYİNİ ELƏMİR, DƏLİ ELƏDİYİN BİLMİR.
*
SƏRRAF BABADAN SORUŞURLAR :
- BABA, ÖLÜ İLƏ DİRİNİN FƏRQİ NƏDİR ?
SƏRRAF BABA CAVAB VERDİ :
- BALA, ÖLÜ YEYİB DOYUB, DİRİ DOYUB YEYİR.
*
Qadının ürəyi dədəsi evindən gətirdiyi cehizlik sandıq kimidi, niyə ora nə istəsən qoya bilərsən, amma heç nə götürə bilməzsən?
*
Südlü inəyin təpiyinə dözmək olar.
*
Kiminin halal çörəyi, kiminin daşdan ürəyi.
*
Bu dünyada mənsiz də, sənsiz də bizlər və sizlər var idi.
*
Hər sinəsunə döyüb guruluyandan əsil kişi, hər qanadlarını çırpıb banlayandan əsil xoruz olmaz.
*
ƏZİZ DOSTLAR, NİYƏ BİR ÇOX OĞLANLARIMIZ CIR VƏ ZƏİFDİRLƏR, ƏKSƏRİYYƏTİ DƏ DANIŞIQLARINI, YERİŞLƏRİNİ QADINLARA BƏNZƏDİRLƏR ?
*
Bu qoca millətin dönüb yığvalı,
Bir soruşan yoxdur halın, əhvalın.
Elə pislik görür öz övladından,
Dəymişi dursada, tökülqr kalı.
*
Göyə tüpürəsən, qayıdıb öz üzünə düşər.
*
Barsız armud ağacına ayı da çıxmaz.
*
Ay bəy oğlu, atın olanda qamçının fikrini çəkərsən.
*
HƏR AÇAN ÇİÇƏYİ İYLƏMƏK OLMUR,
HƏR SÖZÜ ÜZƏ ŞAX SÖYLƏMƏK OLMUR.
ZARAFAT ETMƏYƏ DİL MÜBTƏLADIR,
ÜRƏKLƏ ZARAFAT EYLƏMƏK OLMUR.
?
ƏZİZ DOSTLAR, BU GÜN XALQIMIZIN MÜQƏDDƏS SAYDIĞI AİLƏ İNSTİTUTU DAĞILMAQ ÜZƏRƏDİR. SİZCƏ GÜNAHKAR KİMDİR ?
*
Yemək soğansızdısa, döşək yorğansızdısa, ev də tavansızdısa, işimiz olmaz - olmaza dirənər.
*
Bir adam 40 il cinayət edib, haram yeyib, günahsız körpələri, qadınları öldürüb.Tövbə etsə Allah bu qatili bağışlayarmı?
*
Nə azarın adam azarıdı, nə yeməyin adam yeməyi.
*
QALAYSIZ QALAYÇINI QAPIDAN QOVARLAR.
*
ULAQ AĞNAMAQDA,
UŞAQ OYNAMAQDA,
QUZULAR DA ARXACDA...
DƏDƏ HİRSLƏNMƏSİN, NEYNƏSİN ?!...
*
Allahın yolu uzun, verdiyi ömür qısa.
Yaşadıq, könlümüzü köz üstə basa - basa.
*
Gözdən pərdə asan xeyrxahlıq çaydan aralı tikilən körpü kimidi.
*
Üzündəki təbəssümdən belə kədər yağır.
*
Kor divara qədər gedər.
*
Kəhər ata mindin özünü, düşəndə də atını unutmaq olmaz.
*
Ağa dedi vur, demədi ha qır.
*
Ərəbin gözü öz qanını içməsə doymaz.
*
YAŞA Kİ, BORCUNU VERƏ BİLƏSƏN,
HAQQIN DƏRGAHINA GİRƏ BİLƏSƏN.
YOLU QƏBRİSTANDAN SALINAN HƏRDƏN,
ÖLÜMÜN ÜZÜNÜ GÖRƏ BİLƏSƏN.
*
Özü kömürçü qızı, tərbiyəsi şahanə.
*
Xoruzun quyruğu görünən kimi üzdəki yalançı abır örtüyü aradan qalxır.
*
Günümüzdə üzünə ələk tutanlar çoxalıb.
*
Adamın yaşamağı bir tükdən asılı olduğu zaman Allah yadına düşür.
*
Günahları özümüzdə yox zəmanəmizdə görənlərik.
*
Qırx qapı arxası, qırxlar məclisi,
Məclisin başında Allahın piri.
Ya bəktaşı olsun, ya da mövləvi,
Dərvişin könlündə Allahın sirri.
*
EŞQİNİZƏ EŞQ OLSUN, AY KÖNLÜNDƏ EŞQİN TAXTINI QURAN DOSTLARIM!
*
Getdiyin yolda yoldaşın da ola bilər, çıxdaşın da.
*
Bir gün səni hoppalara apararlar, Sərraf baba,
Bu dünyanın dərd sərindən qoparırlar, Sərraf baba.
*
Yal belində xırmanı olanın buğdasını yel aparar.
*
Kişi sel olanda, arvad da gərək göl ola.
*
Düşünməyi bacarmayan adamlar zatən kar və kor adamlardı.
*
EŞQLİ SÖZ KİTAB OLUR,
XEYİR İŞ SAVAB OLUR.
ÜZÜMDƏN HƏM MÜRƏBBƏ,
HƏM GÖZƏL ŞƏRAB OLUR.
*
RƏBBİM YAZIBSA NECƏ,
HƏR KƏS ÖZ YOLUN SEÇƏR.
ƏVVƏL AXIR HƏR İNSAN
SİRAT KÖRPÜSÜN KEÇƏR.
*
Bədii bir yazını yaşadan onun dilidir, onun sujet xəttidir, yoxsa həmin yazını yazanın özünə məxsus bədii yazı üslubudur ?
*
SÜNNÜ, ŞİƏ, BABİ FİLAN... CÜRƏBƏ CÜR MƏSSƏBLƏR,
MƏSSƏBLƏRİ UYDURUBLAR İNSAN ÜÇÜN QƏSSABLAR.
BƏLKƏ FİKİRLƏŞİB DƏRDİMİZƏ ÇARƏ QILAQ?
*
"Mən sənə gamış verdim, Süsənin meşəsini də vermədim ha" el məsəlinin mənasını kim açıqlayar?
*
Sürü kəfşəndən qayıdanda axsaq qabağa düşər.
*
Nənəmin cəhrəsindəki yununun iyi daraqdan, bişirdiyi yeməyin qoxusu qonaqdan gələr.
*
Kəfənin cibi olmaz.
*
Günahdan küfr doğar.
*
Biqeyrətin, namussuzun hesabı olar, məssəbi olmaz.
*
Dünyamız zarıncı, zəmanə xəstə,
Ümidin bağlayıb dərmanə xəstə.
Ruhu xəstələnib könlü korların,
İndi dərman yazır loğmanə xəstə.
*
Tamahın şeytanın çıxmaz sözündən,
Ölüm anan kimi öpər gözündən.
Baharlı, payızlı bu gözəl ömrü
Yaşa insan kimi bu yer üzündə!
*
Qurdun gözü qoyunda, başı da oyunda olar.
*
Başqasının quzusundan sənə qoç olmaz.
*
Bu gün hamımız şeytana lənət oxuyuruq. Bilənlər cavab versinlər: Müqəddəs kitablarda şeytana lənət oxunurmu?
*
Bu gecəni də sabah elədim,dostum
Çıxdım bu gecənin qoynundan,şükür.
Günü günə calayaraq yaşadım
Bezdim bu şeytanın oynundan,şükür.
*
Tanrı üçün darıxmışam,
Mələklərə minnətçiyəm.
*
Cəhənnəmə gedən yol da, cənnətə gedən yol da sənin ürəyindən başlayır.
*
Yalquzağa nə uzaq,
ən uzağı yeddi dərə keçəcək,
yeddi dağı aşacaq.
*
Gürzənin ən gözəli ölü gürzədi.
*
Namaz qılanın özü eşşək xislət olmasa,
eşşək anqırmaqla namaz batil olmaz.
*
Gün gələr ki, yetimin də çıxmağa öz doqqazı olar.
*
Allah həmən Allahdı, dağ da həmən dağdı, amma ağıl həmən ağıl deyil.
*
Sahildə gözləyən olar xəbərsiz,
Dərin ümmanlarda nə çəkirik biz?...
*
Güzgüdə özünə baxdığı zaman,
Güzgüyəmi qiymət verəcək insan ?
*
"Mən kiməm, mən nəyəm ?" mahiyyətinlə
Bilsən, barışarsan təbiətinlə.
*
AŞPAZIN İŞİ AŞLA,
BƏNNANIN İŞİ DAŞLA.
NAMƏRD ÖZ ƏMƏLİNDƏN
KEÇMƏZ Kİ, XOŞAXOŞLA.
*
Yerdəkilər sənə bəs eləmədi, indi də Göydəkinin işinə qarışırsan?
*
Ay məndən dəvə soruşan, hər kəsin dərdi özünə bir dəvədi.
*
Lığa uzanıb kef çəkən camışı ancaq zoğaldan ağac yerindən tərpədər.
*
Rəhmət çatmayana lənət tez çatar.
*
Dünya xırıldayır, ölməyi gəlir,
Özündən pisliyi silməyi gəlir.
İşimiz o qədər baş ayaq, vallah,
Bişmiş toyuğun da gülməyi gəlir.
*
Hər meyvə öz zamanında yetişir.
*
Bulanıq su güzgünü əvəz eləməz.
?
Ağır dərdlər səssiz gələr.
*
Ayığın fikrində olan sarxoşun dilində olur.
*
Torpaqdanıq, torpağınıq.
*
Qoca tülkünü tələyə salmaq çətin məsələdir.
*
ŞAİRİN KÖNLÜNDƏ EŞQİN ALOVU SƏNGİMƏYƏ BAŞLAYAN ANDAN O, YAVAŞ - YAVAŞ ÖLMƏYƏ BAŞLAYIR.
*
Gorda yatmaq vaxtın gələndə evdə yata bilməzsən.
*
Usta, özünü yorsan da, hər mismar hər taxtaya girmir, hər söz hər başa girmədiyi kimi.
*
Yeriyən xiyarlar çoxalan gündən,
Gül kimi xiyar da gözümdən düşüb.
*
Hər yekələn sıpadan Həmədan eşşəyi olmaz.
*
Usta, özünü yorsan da, hər mismar hər taxtaya girmir, hər söz hər başa girmədiyi kimi.
*
İslam tarixində Şəcərəddürr ( Bütöv adı əl - Məlikə İsmətəddin Ümm - Xəlil Şəcərəddürr.) adlı xanım kim olub?
*
Baca tüstüyə deyir ki, əyrim - üyrüm gedirsən. Tüstü də qayıdıb bacaya deyir ki, təpəsi dəliy, sən nə deyirsən ? (Elat gülməcəsi)
*
Qapısız xanə var, qibləsiz hamam,
Cavabın tapana söyləyək tamam.
*
Xanımın cihadı həyat yoldaşına ömrü boyu gözəl xidmət etməkdi.
*
Üzdə deyir Allah - Allah,
Arxada deyir yallah - yallah.
*
Asta qaçan namərddirsə, tələsən təndirə niyə düşür bəs?
*
Qoyun olmayan yerdə keçiyə kərəməz ağa deyərlər ? (Elat gülməcəsi.)
*
Baca tüstüyə deyir ki, əyrim - üyrüm gedirsən. Tüstü də qayıdıb bacaya deyir ki, təpəsi dəliy, sən nə deyirsən ? (Elat gülməcəsi)
*
Zəmanə ilanı Seyid Əhmədin əliylə tutanların zəmanəsidi.
*
Mənim üçün güclü şəxsiyyət öz səhv və qüsurlarını hamıdan qabaq görüb onları aradan qaldıran insandı.
*
Susuz səhrada gəmi düzəltmək işi özünü Nuh peyğəmbərin yerinə qoyan axmaqların işidi.
*
Dəvə oğurlasan da oğrusan, gəbə oğurlasanda.
*
Qurd ova çıxar, qurdun da ovuna çıxarlar.
*
Buynuzlayana arxadnan yanaşarlar, təpikləyənə qabaqdan.
*
Dünyada üç şey gözdən yayınmaz : təbiətdə duman, könül işində eşq, camaat içində pulsuzluq.
*
Zəmanəmizdə bir çoxları dədəsinə rəhmət qazandırmağa çalışan dəyirmançı oğlunun yolu ilə gedirlər.
*
Sirri saxlaya bilsən əsirin, saxlaya bilməsən ağan olar.
*
Hər kəs öz günahını zəmanənin, dünyanın və şeytanın üstünə yıxmağa çalışır.
*
Quşu quş ilə ovluyarlar.
*
Günah sahibləri öz odlarını cəhənnəmə özləri ilə apararlar.
*
Daşı daşın yanına qoyarsan divar, qoyun qoyunun yanında davar olar.
*
Kələfi elə dolaşdırırlar ki, sonra da açması Allaha qalır.
*
Şərti şumda kəsməyinə kəsirik eee, gərdiş elə dönər ki, sonunda nə şərt qalar, nə şum.
*
Odu üflüyərlər ocaq olanacan.
*
Selin ağzını bağlamaq olar, elin ağzını bağlamaq olmaz.
*
Bazara almağa gedərsən hər tərəfin adam olar, dost olar, satmağa gedərsən bir adam tapılmaz.
*
Allahım əvvəl "kun", yəni "ol" dedi və dünyamızı yaratdı. Yəni ilk olaraq söz yaranıb.Sözü urvatsız etməyə imkan verməyin !
*
*****************************************************************5
Əsil kişi odur ki,
onun ürəyi sirlərin gömüldüyü qəbirdir.
*
Söz var, iş bitirir,
Söz var, baş itirir.
*
Hara daş atırsan dəlləyə dəyir, amma sünnətə bir dəllək tapılmadı.
*
Əyərlə məyər evlənmiş, hələ onların keşkə adlı övladları da olmuş.
*
Səbr ağacı acı kökləri olan, fəqət çox dadlı meyvələri olan bir ağacdır ki, bəzən o gözəl barı çox gec yetişir.
*
Dünyadakı əziyyətlərin çoxu aza qənaət etməməkdən irəli gəlir.
*
YOL GEDİR PİRÇİVANA,
CAN QURBAN PİR CAVANA.
NECƏDİ, AY ALLAHSIZ,
QANMAYAM QANA - QANA.
*
QARAPAPAQ VƏ TƏRƏKƏMƏ EYNİ URUĞA VERİLƏN CÜT ADDIR. OĞUZ BABANIN TÖRƏSİNDƏNİK. QARSDAN,HƏMƏDANDAN, DƏRBƏNDƏ KİMİ BİZİM YURDUMUZDUR.
*
Dağdağana pir deyir, dədəsinə çor deyir.
*
Zirvəni zirvə edən onun yanındakı dağlar və təpələrdi.
*
Bir qığılcım ətrafını nurladıra da bilər, yandıra da bilər.
*
Gül budağda, yemiş tağda, alma bağda, gözəl qız da ağ duvağda gözəldi.
*
Qurdun qardaşı da qurd olar, əgər çaqqaldırsa, günah anasındadı.
*
Sərraf babadan yenə əndirabadi bir sual: - Kim vicdanın tərkibini və funksiyasını izah edə bilər ? Niyə hər adamda vicdan olmur ?
*
Bəzən əqrabanın əqrabaya etdiyini əqrəb eləməz.
*
Qabaq təkər haradan keçir keçsin, arxa təkər də oradan keçəcək.
*
Yayda kölgədə xoş, qışda da anbar boş.
*
Tutağan köpək hürəyən olmaz.
*
Laqeyd adamların yanında üşüyürəm.
*
SÖZLƏRİNDƏN DÜRR YAĞAN,
KÖNÜL GÖZÜYLƏ BAXAN,
ÜRƏYİNDƏN NUR DOĞAN
DOSTLAR, SALAM ƏLEYKÜM !
*
Ağzınızın ağası olun ki, ağzınızdan çıxan sözün qulu olmayasınlz.
*
Kəhər at kişnəməyiylə, kişi də işləməyiylə.
*
Boş qabın səsi, boş adamın sözü.
*
Ay kişilər, xanımları elə tərifləyin ki, o tərifin içində öz kiçik çatışmamazlıqlarını və kaprizlərini görə bilsinlər.
*
Aranda tutdan oldum, dağda quruddan.
*
Sağlığında kor Fatma, öləndə qara gözlüm.
*
Nə üçün bizi və küllü kainatı yaradan Allaha Sən deyə müraciət edirik, Allahın yaratdığı insanlara isə siz deyirik?
*
Qoca aslanın da könlündən hərdən bir cavan ceyran əti yemək keçir.
*
Şillə üzü qızardar, amma gözəl eləməz.
*
Laf ilə plov dəmlənməz, yağ ilə düyü gərək.
*
Qızıldan qaloş geyəsən, yenə adı qaloşdu.
*
Barmaqların zərə uyuşmursa nərd taxtanı bağlamaq yaxşıdır.
*
Bəzi adamların kim olması elə danışmağa başladığı andan özünü biruzə verir.
*
Yeddi dərviş bir döşəkcə üstündə rahat oturub söbət edərlər, iki bəy bir masa arxasında yarım saat rahat otura bilməz.
*
BAC VERƏNDƏ, BAC ALANDA,
UCALDANDA, UCALANDA,
GÜLÜŞ HƏDƏFİNƏ DÖNƏR
BİR ASLAN QOCALANDA.
*
ÇÖPƏ GÜLMƏK NƏ ANLAM DAŞIYIR ?
*
DƏRDLƏNİR QOCA PƏLƏNG
ÇAQQALLAR BAC ALANDA.
QIZLAR DA BABA DEYİR
SÜLEYMAN QOCALANDA.
*
HƏR QAPIYA BİR AÇAR,
HƏR CANA BİR DƏRD DÜÇAR.
GÜNAHKAR ÜZ SİLLƏYƏ,
İLAN GÜLLƏYƏ QAÇAR.
*
XƏNCƏRİNİN QAŞI DÜŞDÜ ? - NƏ ANLAM DAŞIYIR?
*
ƏŞƏBƏXEYBƏR NƏ ANLAM DAŞIYIR?
*
EYNİNƏ GƏLMƏK NƏ ANLAMINDADIR?
*
DOST DOSTUYLA DİDİŞMƏZ
QUL XƏTASIZ ÖTÜŞMƏZ.
NƏ QƏDƏR ÇARƏ QILSAN,
KÖHNƏ YARA BİTİŞMƏZ.
*
SÜSƏNDƏN ƏSKÜLÜMƏ,
SÖZ DEMƏ TƏRS, GÜLÜMƏ.
YANMIŞAM QURTARMIŞAM,
ETMƏYİN QƏSD KÜLÜMƏ.
*
Səndən hərəkət yoxdusa, bacadan bərəkət yağmaz.
*
Alim bildiyi şey haqqında düşünüb danışar, cahil isə ağzına gələni.
*
Məqsədi olmayan adam küləyin səhrada ora - bura qovduğu yelqovana bənzəyir.
*
Zaman gələr bir gün böyüdüb tərbiyə verdiyin züryətinlə sənə hörmət qoyarlar.
*
KUF ELƏ YELLƏNCƏKDİ,
GEDİBSƏ GƏLƏCƏKDİ.
SƏRRAF SEVİB YAŞAŞAYIB,
SEVƏRƏK ÖLƏCƏKDİ.
*
KƏLƏFİN UCU MƏNDƏ,
SEVGİNİN GÜCÜ MƏNDƏ.
ALLAH GÜNAHA YAZSA,
XƏLVƏTİN SUÇU MƏNDƏ.
*
ÖLƏNLƏ ÖLMƏK OLMAZ,
DƏRDİNƏN GÜLMƏK OLMAZ.
GƏLİB ÇATANDA ƏCƏL,
GETDİNSƏ, GƏLMƏK OLMAZ.
*
Zaman gələr bir gün böyüdüb tərbiyə verdiyin züryətinlə sənə hörmət qoyarlar.
*
Fəlfəlliyirsənsə, deməli qocalımısan.
*
Təbəssüm dan yeri qızaranda üfüqdən doğan günəşin nuru kimi könlümüzü riqqətə gətirir.
*
RUHU GÖZƏL, GƏL MƏNİ GÖR!
XEYRÜLƏMƏL, GƏL MƏNİ GÖR!
SƏRRAFA GƏL, GƏL MƏNİ GÖR!
GƏL MƏNİ GÖR, NƏ GÜNDƏYƏM?
*
TULUQ HƏMƏN TULUQDUR EEY, İÇİNDƏKİ HƏMƏNKİ DEYİL.
*
Göydən qızıl zənbildə yenmiş kimi davrananlar var ki, onlara baxanda zənbilə heyfim gəlir.
*
Biz vur dedik, öldür dimədik, bu zırrama isə vurub öldüdü.
*
Hər kəllayının bir dolayısı var.
*
İt dəvə kölgəsində yatır, deyir bəs öz kölgəsidi.
*
Ruzi göydən şabbadanxeyir düşmür.
*
Sözü deyir dağ ağırlığında, sonra da özü qalır bu ağırlığın altında.
*
Göydən qızıl zənbildə yenmiş kimi davrananlar var ki, onlara baxanda zənbilə heyfim gəlir.
*
Bədbəxt batbat yeyib havalanıb, camaat elə bilir eşqindən havalanıb.
*
Arvadı ölənin yükü ağır olar, dərdi çox.
*
Səbəb olmadan işini çətinə salmaq ağıldan qurreylərin işidi.
*
HƏR OĞUL ƏKƏNİNDİR, DƏRDİNİ ÇƏKƏNİNDİR.
*
YEMİŞİ BALLA YEYƏRSƏN,
ÖLDÜM - ÖLDÜM DEYƏRSƏN.
*
KİMSƏLƏR MALINI YEYƏCƏK, ƏFSUS,
SONRA DA GORUNA SÖYƏCƏK, ƏFSUS.
HAMININ QAPISIN DÖYƏN ƏZRAYIL
SƏNİN DƏ QAPINI DÖYƏCƏK, ƏFSUS.
*
Kürkünə birə düşər samanlıqda yatanın,
Kəlməsi yerə düşər Haqqı ucuz tutanın.
*
Dədəmin dörd oğlu var,
dördü də bir boyda.
(Açması?)
*
Evində yox urvalıq,
könlündəki darğalıq.
*
Özü ilə dost olmağı bacarmayan adam heç kimlə dost ola bilməz.
*
Rəhmətlik Kazım əmi (Dünyamalıyev) deyərdi ki, qurdbasan köpəyi olmayan çobanın sürüsünə qurd dadanar.
*
Cildlərlə yalan toplusunun üstündə tər tökür, adını da qoyur "Həqiqət axtarışında".
*
Güllər ağuşuna alıb aşiqi
bu yazdan çıxmağa qoymayacaqlar.
*
Adam tanımadığı bir kəsin üzünə çamxırsa, sonra əziyyətin çəkməli olar.
*
Aldanıb bu öküz mıxa bağlanıb,
hər gün boyunduruq görsə də boynu.
(Dədələrdən aldatma gününə)
*
Qız ananın dirriyidi, nə əkərsə, onu dərər.
*
Ovçunun işi gülləsi tükənənə qədərdi.
*
HALAL QAZANC YEYƏNLƏR,
ALLAHINI ÖYƏNLƏR,
SƏRRAFA DOST DEYƏNLƏR,
ƏS SALAMÜ ƏLEYKÜM!
*
İNSAN DƏRDİN TƏK ÇƏKƏR,
DƏRDİ DƏ ÜRƏK ÇƏKƏR.
AT ARPA, KİŞMİŞ YEYƏR,
YÜKÜNÜ EŞŞƏK ÇƏKƏR.
*
AĞUŞUN GÜZARIM OLA,
SEVGİN DƏ AZARIM OLA.
DİRİ İKƏN SEYRANGAHIM,
ÖLƏNDƏ MƏZARIM OLA.
*
SEVGİDİRSƏ, MƏN YALANI SEVİRƏM,
CANIM QURBAN, CAN ALANI SEVİRƏM.
GECƏ - GÜNDÜZ GÖZLƏRİMİ OXŞAYA,
SEVƏN CANA CAN OLANI SEVİRƏM.
*
ÜMİD BAĞIN QIRA - QIRA,
İLGƏY VURDUQ ORA - BURA.
ÖZÜMÜZÜ YORA - YORA, GEDİRİK ÜZÜ ÖLÜMƏ.
*
Eşq heç bir çərçivəyə sığmaz.
*
Ey dünyagir adamlar, itirdikdən sonra ağlamağın xeyri yoxdu, çünki qara torpaq ağuşuna aldığını geri qaytarmır.
*
Hər kəsin son anda döydüyü son qapı var.
*
Ürəyinin yağını yedirtdiyin adam vaxt olur ki, səni yemək fikrinə düşür.
*
Cənub Təbriz, şimal Dərbənd,
Mənim olmayan qollarım.
*
Rəhmətlik Həcər nənəm deyərdi ki,
şər vaxtı nərdivanın altından keçməzlər,
ərlik qız dədə evində gəlinlik geyərsə bəxti bağlanar.
*
Rəhmətlik Yunus əmim deyərdi ki, dədəsinin üzünə bozaran gün gələr ki, cəhənnəmin qır qazanında qızarar.
*
Rəhmətlik Cəlil baba deyərmiş ki, şapalaq yemiş üzü şeytan öpər.
*
Ürəyinin yağını yedirtdiyin adam vaxt olur ki, səni yemək fikrinə düşür.
*
CÜTƏ QOŞULMUŞ ÖKÜZ CÜTÇÜDƏN YOX, CÜTÇÜNÜN ƏLİNDƏKİ AĞACDAN QORXUR.
*
DƏRVİŞ OLAN SİRR OLAR,
DƏRS ALDIĞI PİR OLAR.
ÇAQQALIN DOSTU ÇAQQAL,
ŞİRİN DOSTU ŞİR OLAR.
*
Rəhmətlik Saray nənəm ( Kişi Saray ) deyərdi ki, o qədər başı buxara papaqlı, bığı burma biqeyrət gədə var ki...
*
Abrını çölə atanlar ləyaqət nə olduğun bilməzlər.
*
Mərdimazarlar hələ də bilmək istəmirlər ki, əvvəl - axır bir gün xoruzun quyruğu görünəcək.
*
Vicdanını satıb mənliklərini itirən dəyyusları görərkən deyirəm heyf Rəbbimin əziyyətinə
*
Hər qız ərə gedəndən, hər oğlan da evlənəndən sonra həyat yoldaşı ola bilmir.
*
HURİSƏN, PƏRİSƏN, MƏLƏKSƏN, KİMSƏN ?
ZÜLFÜNDƏ ÖPÜŞÜR YAZ ÇİÇƏKLƏRİ.
QOYNUNUN ƏTRİNƏ QATIŞIB ƏTRİ,
SİNƏNDƏ İNCİTMƏ, QIZ, ÇİÇƏKLƏRİ.
*
TƏRƏKƏMƏ DEYİMİ: AYINI HAMI TANIYAR, AMMA AYI HEÇ KƏSİ TANIMAZ.
*
Rəhmətlik Tovuz qocam deyərdi ki, süfrəyə qoyulanda horra da özünə (bozbaşdan nəyim əskikdi ?) deyir.
*
Rəhmətlik Niyazalı əmim deyərdi ki, motalın iyi bir evə hopdusa, çətin ondan əl çəkə.
*
Rəhmətlik meşəbəyi Bəhmən dayı deyərdi ki, ayını hamı tanıya bilər, ancaq ayı heç kəsi tanımağa borclu deyil.
*
Bir gün rəhmətlik İbiş babam (rəhmətlik meşəbəyi idi ) baxır ki, bir cavan əlində bir yaralı quş ona tərəf gəlir. Quşu onun əlindən alıb deyir: - Oğlum, quş var əti yeyilir, qüş var ət yeyir. Bu quş şahindi, ət yeyir.
*
XANDAN GƏLƏR XAN İYİ,
DABBAQDAN DA GÖN İYİ.
*
Rəhmətlik Tahir babam deyərdi ki, arvadların didişməsinə, uşaqların dalaşmağına, köpəklerin boğuşmasına ağıllı kişi qarışmaz.
*
Dədəm qapıdan içəri girəndə hamımız ayağa qalxardıq. Dədəm süfrənin başında əyləşərdi, yeməyin ən yaxşı yeri o kişinin sinisinə qoyulardı. Dədəm bismillah dedikdən sonra yeməyə başlayardıq.
*
Əgər dədəmlə nənəm piyada hara gedərdilərsə, nənəm dədəmdən bir addım geridə gedərdi.
*
Əgər evimizdə süfrə ətrafında hər hansı bir iş haqqında söhbət gedərdisə, hamı öz fikrini söylədikdən sonra sonuncu söz dədəmin sözü olardı və o sözdə işə çevrilərdi.
*
Rəhmətlik dədəm deyərdi ki, boş evə girsəniz belə, salam əleykum deyib, sonra o evə daxil olun .
*
İllər qabaq kəndimizin cavanları ağsaqqalların məclislərinə girməzdilər, ta ki, dəvət alana qədər. Məclisə girəndə isə ağsaqqallar icazə verənə qədər ayaq üstdə gözləyərdilər.
*
Rəhmətlik İsa əmim (Xəlilov İsa) deyərdi ki, evində sayılan kişi, elində də sayılar.
*
Keçmişdən bir deyim qalıb: Qurd anası quzuya süd verməz, yəni quzunu əmizdirməz.
*
Rəhmətlik Şəkəralı babam (Çoban olsa da, müdrik kişi idi.) göyə baxıb sabah havanın necə olacağını dəqiq deyərdi.
*
Hər dəmirçinin oğlu Dəmirçioğlu olmur.
*
Çovğunlu, küləkli havada çöldə nə işin var ki, soyuqlayıb titrətməyə düşəsən. (Özümü danlayıram.)
*
Dağın dərdini siçandan soruşan axmaqlar var .
*
Meşələrdən düz ağaclar azaldığı kimi içimizdə də düz adamlar azalır.
*
Şər qarışa, toran düşə,
Dost evinə varan düşə.
Könlümün eşq güşəsinə
Məni məndə görən düşə.
*
İçimizdə bəsləyirik biz dərdi,
Vətən dərdi, qeyrət dərdi, söz dərdi.
Mən Eşqin quluyam, qulun esqiyəm,
Hər kəsə öz dərdi, mənə öz dərdim.
*
Süfrə nur,xanə məmur,qəza-bəla geri dur! Artsın əskilməsin, daşsın tökülməsin !Allah bərəkət versin !
(İlaxır çərşnbənin duası)
*
Mənim əziz, könlü gözəl şair dostlarım, Beynəlxalq poeziya günü münasibətilə sizi ürəkdən təbrik edirəm və hər birinizə uğurlar arzulayıram.
*
Yaz da gözəl, qış da gözəl,
Çiçək açsa, daş da gözəl.
Nurlu, gözəl ürəklərdə
Süleyman hər yaşda gözəl.
*
Abırdan, həyadan rübəndin ola,
Nə qədər əlçatmaz olarsan, gözəl.
Allahın sevdiyi mələklər kimi
Sərrafın canını alarsan, gözəl.
*
Süfrə nur, xanə məmur,qəza-bəla geri dur! Artsın əskilməsin, daşsın tökülməsin !Allah bərəkət versin!
(İlaxır çərşnbənin duası)
*
Dərd bizdən ötə, olmaz,
Daşda gül bitə, olmaz.
Heç nədən hər şey olar,
Gədədən Dədə olmaz.
*
Rəhmətlik Məhəmməd dayı (Sadıqov) deyərdi ki, dədə olmağa nə var ki, dədəlik eləmək çətindi.
*
Rəhmətlik Nəriman dayı (Bəxtiyarov ) deyərmiş ki, yekə bığlı və uzun saqqallı olmaq hələ əsil kişi olmaq alnamına gəlmir.
*
Rəhmətlik İsmayıl dayım (Quliyev) deyərdi ki, bığın qeybətin saqqala eləməzlər.
*
Rəhmətlik Lətif əmim deyərdi ki, bir xatır, iki xatır, üçüncü də vur yatır.
*
Saqqalda feyz olsaydı keçi mollalıq edərdi.
*
Rəhmət qapısı açıq olanda kasıb yuxuda olar.
*
Yenə gözü yaşlı çiçəkləriylə
Açır pəncərəsin üzümə səhər.
Bakirə qızların gecələrindən
Açır pəncərəsin üzümə səhər.
*
Kişiliyin əsas düsturu: özü heç kəsi incitməməli, özü də heç kəsdən inciməməli.
*
Qeyrətli kişidən törəyən oğul meydan açar, namıslu xanımdan doğulan qız gözəl süfrə.
*
Xəyalımın pəncərəsindən süzə - süzə
gözlərimə sevgilimin gözləriylə
baxan yağış...
*
Haqqı görə biləsən,
Borcun verə biləsən.
Elə yıxıl ki, canım,
Sonra dura biləsən.
*
Axdı zaman, yaman axdı,
Ümidlərim boşa çıxdı.
Uzağımda yaxınım çox,
Yaxınımda yadım çoxdu.
*
Rəhmətlik Asya bibim deyərdi ki, çiçəyi çırtlayan bir qızı vaxtında qoçaq bir igidlə başgöz eləmək lazımdı.
*
Əvəzin bədəl adlı oğlu var.
*
Düz sözü iki adamdan eşidə bilərsən; ya vəlidən, ya dəlidən.
*
Kərəntisinin ovxarı yox, durubdu vər başında.
*
Qısrağı cavan gözüylə, qızı da qoca gözüylə alarlar.
*
Gözəlliyin qoruyucusu həya, kişiliyin qoruyucusu isə qeyrətdi.
*
Rəhmətlik Məhəmməd dayım (Kərim oğlu) deyərmiş ki. Vənətlinin kişiləri erkək satar, buğa satar, öəc satar, at satar, adam satmaz.
*
Rəhmətlik Əbdüləzim əmim deyərdi ki, bir dədə doqquz oğul saxlaya bilər, doqquz oğul bir dədəni saxlaya bilməz.
*
Qarnıqurdlu deyər ki, pişiycən də olmadıq, özü tutur, özü udur.
*
Şiri əhliləşdirmək olar, qurdu əhliləşdirmək olmaz.
*
Günah sahibi yaman, güman sahibi uman olar.
*
Dərdimdən gül ətri gəlir.
*
YALANDAN "ALLAH ŞAHİDİMDİR" DEYƏNDƏN İBLİSDƏN QORXDUĞNUZ KİMİ QORXUN !
*
AT ALAN DİŞİNƏ, ARVAD ALAN İŞİNƏ BAXAR.
*
Rəhmətlik Əlisavan dayı deyərdi ki, atın yoxdursa nalbənd ilə nə işin var?
*
Rəhmətlik Kərbəlayı Mehdiqulu babam deyərmiş ki, əlini yandırmaqdan qorxan oğuldan dəmirçiyə şəyird olmaz.
*
Rəhmətlik dədəm Usta Mürsəl deyərdi ki, əyri taxtanı rəndə, əyri adamı da mömin və güclü bəndə düzəldər.
*
Rəhmətlik Niyazalı əmim deyərdi ki, kababı döndərə - döndərə, adamı dindirə - dindirə bişirərlər.
*
Çırpını köz yandırar,
adamı söz yandırar.
*
Pirdən keçib pir olanlar,
Hər kəlməsi dürr olanlar.
"Ya hu" deyib sizə gəldim,
Haqq yolunda bir olanlar.
*
Dağ seliyəm, daşasıyam,
Dərə, təpə aşasıyam.
Öz evimdə, öz elimdə
Paşaların paşasıyam.
*
Rəhmətlik Xəlil müəllim deyərdi ki, öküz kimi işləməsən, aslan kimi yeyə bilməzsən.
*
Rəhmətlik Süleyman müəllim deyərdi ki, quzu otara - otara dərsini oxuyan uşaq bir də gördün alim olub.
*
Rəhmətlik Ələkbər oğlu Əli (baba) deyərmiş ki, dəlilərin bəyi olan qoçaq hərdən bir döyülməyi də yadından çıxartmamalıdı.
*
BÜTÜN DƏRDLƏRİNİ ÜRƏYİNƏ ATIRSAN, BƏS ÜRƏYİNİ HARA ATACAQSAN ?
*
XAR SU İTİN AĞZI DƏYMƏYİYNƏN MUNDAR OLMAZ
*
ZURNANIN KARA, ÇIRAĞIN KORA XEYİRİ DƏYMƏZ.
*
TƏRƏKƏMƏ SÜRÜSÜNÜ TƏK OTARANDA TƏKƏ İLƏ DƏRDLƏŞƏR.
*
ATASIZ QIZ YANMIŞ BAĞ, ANASIZ QIZ SUSUZ BULAQ.
*
TƏRƏKƏMƏ DEYİMİ: DUZ GÖYƏRƏN VAXTI QATIR DA DOĞAR.
*
QIZIL LƏYƏNİN QAN QUSANA NƏ XEYRİ VAR.
*
QIŞ GÜNƏŞİNƏ VƏ QADIN GÜLÜŞÜNƏ O QƏDƏR DƏ ÜMİD ELƏMƏK OLMAZ.
*
BALI ŞİRİN OLMASA, AYININ ARI PƏTƏYİ İLƏ NƏ İŞİ VAR.
*
Əgərlə məgər nigahlandılar, hələ bunların bəlkə və keşkə adlarında iki uşağı da oldu.
*
Vəhşət heyvandan,
Dəhşət insandan.
*
Deyirlər cəhənnəmdə od yoxdur, bu dünyadan o dünyaya köçən hər kəs öz odunu özü aparacaq.
*
At almamışdan, yəhərini alır.
(Görməmişlərə xitabən.)
*
Quş var əti yeyilər, quş da var ət yeyər.
*
Əncir ağacında oxlov, qarğıdalı unundan paxlava, hər qadının doğduğundan adam olmaz.
*
İnsan hər kəs üçün ya pis, ya da yaxşı adam olmaz.
*
Gedər meşəyə oduna, balta düşmür yadına.
*
Tutub buraxmamaqda qaratikan koluna bənzəyən adamlar da var.
*
Ayının üstünə ağacla getmək axmaqlıqdır.
*
Könül mehmanxana otağı deyil ki, hər gələni qəbul eliyəsən.
*
AY QONŞUNİN BACASINDAN XƏLVƏT - XƏLVƏT BAXAN ... , SƏNİN ÖZ BACANDAN XƏBƏRİN VARMI ?
*
Bir şahılıq qiyməti yoxdur, amma xoruz yerişi yeriyir.
*
Rəhmətlik Surxay babam deyərmiş ki, özgəsinin arvadına baxanın arvadına baxarlar.
*
Rəhmətlik İsgəndər müəllim ( əmim) deyərdi ki, vaxt var idi ki, ağacı yarpağıynan, kişini də papağıynan tanıyardılar.
*
Rəhmətlik Nüsrət əmim deyərdi ki, oynamağı bacarmırsan, oynayana da gülürsən, ay özündən müşdəbeh.
*
Tüpürcəklə hər üz qarası getmir.
*
SULTANIM, ŞAHIM İSMAYIL,
KƏDƏRİM, AHIM İSMAYIL.
ŞEYXİM, PİRİM, MÜRŞİDİM,
SƏCDƏGAHIM İSMAYIL.
*
Rəhmətlik Zülfəli əmim deyərmiş ki, hər dəmirçinin oğlu Dəmirçioğlu olmur.
*
Rəhmətlik Seyran qocam deyərdi ki, ələyinən xəlbiri biri birindən ayıra bilmirsənsə, sənin dəyirman da nə işin var ?
*
Rəhmətlik Asya bibim deyərdi ki, başağı sünbül - sünbül, dərzi də başaq - başaq.
*
Rəhmətlik Şahsuvar baba deyərmiş ki, aslan ürəyin yoxdursa, şirlə pəncə pəncəyə gəlmək nadanığa dəlalət edər.
*
Hər gözünü qamaşdıranı Günəş hesab eləmə.
*
Dörd dirək damın ola,
Yanmağa şamın ola.
Can Haqqın dərgahında,
Dilində "amin" ola.
*
Tərəkəmə deyimi: Qısır qoyun qəssab dükanına yaraşar.
*
BİR BAHAR DA NAZLANA - NAZLANA ÜZÜMÜZƏ GƏLİR.
*
BƏZİ ALÇAQLAR ÖLÜM QABAĞI BELƏ ÖZ PİSLİKLƏRİNDƏN ƏL ÇƏKMİRLƏR.
*
İlahi eşqə mübtəla olan hər kəsin könlündən zikr, dilindən şükür əskik olmaz.
*
KEÇƏL HƏMZƏ DƏ QIRATA MİNDİ, AMMA YENƏ KOROĞLU OLMADI.
*
Rəhmətlik Kərim müəllim deyərmiş ki, bir kişinin özündən sonra qoyduğu şah əsəri xalqına layiqincə xidmət edən savadlı övladıdır.
*
Rəhmətlik Məti babam deyərmiş ki, Vənətlinin oğrusu da mərddi, doğrusu da.
*
Rəhməlik Kərim dayim deyərdi ki, Vənətlinin köpəyi də qonağa, yada quyruq bulamaz.
*
Rəhmətlik Həcər qocam deyərmiş ki, vənətlilər yeddi oğulu "yoxdu" bilərlər, bir qızı isə "çoxdu" bilərlər.
*
Tərəkəmə binəsini Bağdaddan böyük və gözəl bilər.
*
Tərəkəmədən qız almaq olar, quzu almaq çətindir.
*
Tərəkəmə qışlaqda qar tutar, yaylaqda var tutar.
*
Pirin balası pir olar,
Şirin balası şir olar.
Əgər Allah istəyirsə
Daşın içində dürr olar.
*
TƏRƏKƏMƏ DEYİMİ: QOYUN DEYİR - QARNIMI DOYDUR, QARA BASDIR MƏNİ. KEÇİ DEYİR - QARNIMI DOYDUR, QORA BASDIR MƏNİ. AÇIQLAMASI ?
*
Tərəkəmələr, deyin görüm qoyunun neçə haram tikəsi var?
*
Hökmüdar var, tacı yox,
Könlü toxların acı yox.
Allah yazdığı düsturun
Təhlilə ehtiyacı yox.
*
Kürəyim o qədər ənik diş görüb,
Ürəyim dözümə baxmayır indi.
*
Hələ də ürəyinin yerıni bilməyən adamlar var
*
Başın bəlasını çəkər hər zaman,
Dilinin ucundan asılan adam.
*
Tülkünün dostluğu aslanla tutmaz,
Aslanın dostu da aslan olmalı.
*
GÖZLƏRİ KOR OLANLARIN GÖZLƏRİNİ AÇMAQ OLAR. RUHU VƏ QƏLBİ KOR OLANLARIN GÖZLƏRİNİ İSƏ AÇMAQ MÜŞKÜL MƏSƏLƏDİR.
*
Bəzi insanlar cəvizqurdu necə yaşayırsa, elə yaşayırlar.
*
Dəmirçinin körüyündən keçirib,
Süleymanı döyüb Sərraf eylərəm.
*
Meymun öz balasını gözəllər gözəli bilir.
*
Tülkünü ağzı ətə catanacandı...
*
Bəzi insanlar cəvizqurdu necə yaşayırsa, elə yaşayırlar.
*
Baxıb adamların şeytanlığına,
İblis utancından ölmək istəyir.
*
Dərdin qədəhinə şərab süzürəm,
Qoşulub Sərrafa dərd də məst olub.
*
BİR DƏFƏ BOYUNDURUQDAN CANINI QURTARMIŞ ÖKÜZ KÖNÜL XOŞLUĞU İLƏ BİR DƏ HƏMƏN BOYUNDURUĞUN ALTINA GİRƏRMİ ?
*
Eşşəyi bərkdən anqırmağına görə almazlar, yaxşı yük götürməyinə görə alarlar.
*
Canın ağrıyırsa, gülməkmi olar ?
Hər sözü bal kimi yeməkmi olar?
Yeriyən, sürünən hər bir canlıya
Allahın əşrəfi deməkmi olar?
*
Löhməyə daş atsan üstünə sıçrayar.
*
Dili gödək olanın əli də gödək olar.
*
Əzimə də kömək elə, Kazıma da kömək elə, gücün çatsa özünə də kömək elə.
*
Kim olursa olsun, hətda heç vaxt üzünü görməsə belə, hər kəsin bir dədəsi var.
*
Dəryanın dərinliyini qəvvasdan soruşarlar.
*
Üzünü görməsə də belə, hər kəsin bir atası var.
*
Şeytana uyan ağıl əvvəl özünə zərər verər.
*
Gözəlliklər cəm ola,
Dünyamız xürrəm ola.
Aralanıb şeytandan
Adəm də Adəm ola.
*
Əgər səhər açılsa,
əgər mən də sağ qalsam,
küsdürdüyüm könlümü günəşə tapşıracam...
*
Rəhmətlik Tahir babam deyirdi ki, köpəklər boğuşanda, uşaqlar dalaşanda, qadınla didişəndə kişilər işə qarışmamalıdı.
*
Misqallıq ağlı yoxudu, batmanlıq öyüd verir.
*
Payızda üzüm yemək istəyən, yayda kölgədə yatmaz.
*
Ağac kökünə, ev bünövrəsinə, elm isə istinadına söykənər.
*
Rəhmətlik Şəkəralı babam deyərdi ki, qadını kişidən çox yaşadan göz yaşlarıdı. Qadın ağladıqca dərdi göz yaşı ilə torpağa axır.
*
Hər kəsin nə vaxtsa özü də bilmədən qapısız divara dirənən bir günü olur.
*
Ağılsızlığından qurda yem olmasa bu qəşəy sıpa da böyüyüb yekə eşşək olacaq.
*
Dədəsi bəyzadə, nənəsi nökər,
Görən bu qıvlasız hansına çəkər?
*
Ürək aşiq olanda ağılın sözünə qulaq asmır.
*
Xain alnında güllə,
Dəyyus üzündə şillə.
Kişi üzü Dərgaha
Yol qalxır pillə - pillə.
*
ARVAD VAR Kİ,
NƏ ALIRSAN GEYİR,
NƏ VERİRSƏN YEYİR,
SONRA DA DƏDƏNƏ SÖYÜR.
*
Paxılın əsas işi yaxşı insanlar arasında vaynəfsə çıxartmaqdı.
*
Bir öpüşlə yara sağalsaydı, bulvardan yaxşı müalicəxana çıxardı.
*
Hürməyən iti həyətdə saxlamazlar.
*
Rəbbini sevən ürək Dərgaha giriş qapısıdı.
*
Arvaddan küsən axurda yatar.
*
İnsanın ən insaflı vəkili onun vicdanıdı.
*
Nəsib meyvəsi də qeyrət nisbətində toplanır.
*
Barmağını soxur gözümə, sonra da deyir "Görürsən?"
*
Arşın olmayan yerdə dirsək də ölçüdür.
*
Qabıqdan çıxmış gözəl Həkəri düyüsünün gözəl də aşı olur.
*
Axmağı buyur, dalınca yüyür.
*
Davada araya girənə yumruq dəyər.
*
Fələyin kəm gözlə baxdığı yurd susuz dəyirmana dönər.
*
Kəndxudası pir olan kəndin ocağı da gur yanar.
*
Həddindən artıq yumşaq olma, yoxsa səni udarlar.
*
Kasıb ağzı dualı,
Varlı başı havalı.
Özün ağıllı bilir
Tanıdığım zır dəli.
*
Fələk kəm gözlə baxar,
Kasıbı yerə soxar.
Zülüm güldüyü zaman
Göydən yerə dərd yağar.
*
Ürəyim baxmır ki, sözümə çoxdan,
Kədər yolun salıb gözümə çoxdan.
Mənə başqa düşmən lazım deyil ha
Mən özüm düşmənəm özümə çoxdan.
*
Dərd dalınca qaçmazlar,
Boş xəyalla uçmazlar.
Qapı var ki, açılmaz,
Qapı da var, açmazlar.
*
Tənbəl arvad güləyən, südsüz inək mələyən olar.
*
Acın sudan zəhləsi gedər.
*
Qarpızı görür, qarpız əkəni görmür.
*
Bəzən şər xeyir bildiklərimizin içində gizlənir.
*
Dərd səndən xəbərsiz gələr.
*
Vay o gündən ki, iyidin altında qaçağan atı büdrəyə.
*
Çölün donuzu fıştırıqla üzümlükdən çıxmaz.
*
Axtalanmış mənlik - ruhu və könlü üfunətə bulanmış bədən.
*
Gün gəlir ki, adam günahlarından hörülmüş örkəni boynuna keçirir.
*
Ölümünə sevmək məcnunluqdu.
*
GÖZÜMÜ YUMURAM, HƏR YAN QARANLIQ,
GÖZÜMÜ AÇDIĞIM İŞIĞA ŞÜKÜR !
RƏBBİM, İSTƏMİRƏM, QAZANLA VERMƏ,
VERDİYİN O HALAL QAŞIĞA ŞÜKÜR!
*
Çevrilib olurlar asfalt adamı,
torpak adamları, su adamları.
*
Plov yeyəndə düyünün içindəki qara daşdan deyil, ağ daşdan qorxun.
*
Yağ yeyib yaxada gəzən, üçdə alacağı, beşdə verəcəyi olmayan gədələrin girmədiyi yer qalmayıb.
*
Pis övlad altıncı barmaq kimidi, kəsərsən ağrıyar, kəsməzsən səni eybəcər göstərər.
*
Qəribədi sovet dönəmində eşşəyə görə vergi almırdılar. Bilmirsiniz indi alırlar?
*
Statistikaya görə yiyəsiz itlərin sayı artıb. Görəsən iki ayaqlıları da sayırlar ?
*
Əcələ işə şeytan qarışar.
*
Söz torbaya girməz.
*
Siçan dağdan küsmüş, dağın xəbəri yox.
*
SEVMƏK YAŞAMAQDIR, YAŞAMAQ SEVMƏK,
SEVİB YAŞAMIRSA, DAŞDANDIR ÜRƏK.
*
Bəyim bəy oğlu bəy doğar,
Xanım xan oğlu xan doğar.
Dədəsi ulaq olsa da,
Qatırı da madyan doğar.
*
CANI DİŞİMİZƏ TUTUB YAŞADIQ,
DƏRDLƏRİN ALTINDA YATIB YAŞADIQ.
GÜNAH ÇAMUR KİMİ ÇƏKDİ BİZLƏRİ,
QARA BATAQLIĞA BATIB YAŞADIQ.
*
Yazıq Qənbər lül olunca, adı qaldı lülqənbər. 
*
Mehdiquluya baş qırxdıranın pambığı cibində gərək. 
*
Əsil kişilər yolu yola yamamağı bacarırlar.
*
Küpəgirən qarının dilində saman çöpü dam dirəyinə çevrilir.
*
YAZIQ QƏNBƏR LÜL OLUNCA, ADI QALDI LÜLQƏNBƏR.
*
Hər adam bir div misalı,
Hər günah bir dəyirman daşı.
*
QARA TORPAĞA DÜŞƏN TOXUM BAHAR YAĞMURUNDAN CANA GƏLİB GÜNƏŞƏ BOYLANDIĞI KİMİ EŞQ DƏ AŞİQ KÖNLÜNÜ NURLANDIRIB SEVDİYİNƏ YÖNƏLDİR.
*
ZALIM OĞLU, BİR LİTR ARAQ İÇƏNDƏN SONRA PROKRORU DA SORĞU - SUAL ETMƏK FİKRİNƏ DÜŞÜR.
*
QARABAĞLI DUA ELƏDİ, YAĞIŞ QARADAĞA YAĞDI.
*
YEDDİ DƏRƏNİN SUYUNU BİR BİRİNƏ QARIŞDIRAN QANCIĞIN KÖPƏYİ DƏ ÖZÜ KİMİ OLAR.
*
Ütəlgini yenəsən,
Dərvişimə dönəsən.
Əgər Allah vermirsə,
Nə verərsən mənə sən.
*
İNSAN ANADAN KAMİL DOĞULMUR, ANCAQ BU KAMİLLİYƏ, BU GÖZƏLLİYƏ SAHİB OLA BİLMƏK QABİLİYYƏTİ İLƏ DÜNYAYA GƏLİR.
*
ƏGƏR TARİXİ VƏRƏQLƏSƏNİZ, GÖRƏRSİNİZ Kİ, MÜXTƏLİF DÖVRLƏRDƏ NÜXTƏLİF MƏDƏNİYYƏTLƏRİN MƏHVİ MƏNƏVİYYATIN ÖLÜMÜ İLƏ BAĞLIDIR.
*
BİZ BU HƏYATA QƏDƏM QOYANDA VALİDEYNLƏRİMİZİ VƏ BACI, QARDAŞLARIMIZI BİZ SEÇMİRİK, ANCAQ KÖNÜL DOSTLARIMIZI ÖZÜMÜZ SEÇİRİK.
*
Etibar dostluğun ürəyi, ehtiram isə dostluğun yaraşığıdı.
*
Qara qızın baxtı
Şahsevəni də yıxdı.
*
Yandırdığın barmağını ilanın ağzına soxmaq axmaqlığın pik nöqtəsidi.
*
Tətiyi çəkməmişdən qabaq "sonra nə olacaq ?" sualına cavab tapmalısan.
*
Bilirsiniz nədən qorxuram ? - Bir gün İblis deyə "Rəbbim məni bağışla ki, Adəmin övladına uydum, yolundan çıxdım."
*
Uşaq vaxtı kim quş tutmaq üçün cələ qurmağı bacarırdı ?
*
Üstünə örtməyə bir cırıq həsiri yoxdu, qonşunun yun yorğanına gülür.
*
Samanın dərdini çəkir, eşşəyin dərdini çəkmir.
*
Kəfşən yananda çobandan bilərlər.
*
Yapıncısı qalın olan çobanın qoyununu qurd aparar.
*
ƏZİZ DOSTLAR, BU GÜN XIDIR NƏBİ BAYRAMIDI, YƏNİ BƏRƏKƏT BAYRAMI. HAMINIZIN BAYRAMI MÜBARƏK !
*
Quzunu qurdla yeyənlər qoyuna qoşulub quzunu ağlayırlar.
*
Min adamın tədbirin bir Allahın təqdiri pozar.
*
Mərmər gözəl olmağına gözəldi, amma onun üstündə Allahın otu da bitməz.
*
Əyilməyi bacaranlar söyülməyə mübtəladırlar.
*
Bir gözəl işin ortasında söhbət baltası olmaq naqislikdi.
*
Ağılın unutduğunu dil yada salar.
*
Qismətsə bal olar güldən,
qismət deyilsə, nə gələr əldən?
*
Ürəyin gözəlliyi üzün gözəlliyi qədər asanmı görünər?
*
Minbərdi azan yeri
Haqqdan haqq qazan, yeri !
Ruhum ilə gəzirəm
Pir dədəm gəzən yeri.
*
Oğul var dədəsinin ayaqqabısını geyir, amma dədəsinin yerişini yeriyə bilmir.
*
Adam var dədəsi adını Şiraslan qoyub, amma camaat arasında tülkülükdə ad çıxarıb.
*
Könül canın xəlifəsidi.
*
Dili dilimdən deyil,
Gülü gülümdən deyil.
Bu bəxtin, bu taleyin
Hökmü əlimdə deyil.
*
İki yolun arası,
Mənim yolum harası?
Yoxdu haqqın o yanı,
Yoxdu haqqın bərisi.
*
Hər insan öz nəfsinin ağası olsa dünya nə gözəl olar.
*
Daşa yazarsan, çətin pozarsan.
*
Həddindən artıq ehtiyatlı olan adam ən qorxaq adamdı.
*
Ağ nefti qarışdırıb, lampaya tökmə, his olar,
qeyrətsiz qeyrətə gəlsə, vallah, hər şey tərs olar.
*
Dərvişlərin badəsindən
içib sərxoş olan Sərraf.
*
UŞAQ VAXTI KİM MEŞƏYƏ XƏZƏZ, KƏVƏR, MƏRÖVCƏ, QUZUQULAĞI, GÖBƏLƏK YIĞMAĞA GEDİB ?
*
Can ağrımaz, dərd sıxmasa,
Yoluna şeytan çıxmasa.
Qaçan ata qurd neyləyər,
Qanrılıb geri baxmasa.
*
Bir dərvişə yol olmadıq
Allah dedi "ol!", olmadıq.
Qartal qonan qaya olaq,
Yaradana qul olmadıq.
*
Dağbaşı
Vənətlidi Dağbaşı.
Bu dərdlərin içində
Saxla görüm sağ başı.
*
Can ağrımaz, dərd sıxmasa,
Yoluna şeytan çıxmasa.
Qaçan ata qurd neyləyər,
Qanrılıb geri baxmasa.
*
CANINI BİR QIZ ALA,
DÜŞƏSƏN HALADAN HALA.
GÖZƏLLİKLƏR BİRLƏŞƏ,
SEVDİYİN GÖZƏL OLA.
*
Heyvan kimi düşünüb adam kimi danışanlardan Rəbbim gözəl könüllü insanları hifz eləsin !
AMİN !
*
Qurd ulayan dərənin qoyunu cüt - cüt doğar.
*
Boranı əkən, yemiş dərməz.
*
ƏSİL KİŞİ DAVADA LAÇIN QUŞUDUR, İŞDƏ DƏ USTABAŞIDIR.
*
EŞQ NURA BƏLƏNMİŞ QƏLBİN YAŞAMAQ RİŞƏSİDİR.
*
Nə qədər bəzəyirsən bəzə, nə geyindirirsən geyindir, meymun elə meymundu.
*
Hər üstü unnu dəyirmançı deyil.
*
Söyüşcül adam söyülər, dalaşqan adam döyülər.
*
Şeytanla alver eyləyən,
özün satıb, özün alar.
*
Uşağın əlinə daş verir, sonra qonşunun pəncərəsini göstərərək deyir" Birdən ora atarsan haa..."
*
Özün göyün yeddinci qatında,
canın da dilinin altında.
*
Pişiyin bir gözü ətə baxar, o biri gözü itə.
*
Kirkirəni boşuna hərləmə, əvvəl qovrulmuş buğdasını tök ki, yeməyə qovudun olsun.
*
Bostançının beli əlində, suyu da arxında olmalıdı.
*
BULUD GÜNƏŞİN QARŞISINI KƏSƏ BİLƏR, AMMA ONUN VAR OLMASINI İNKAR ETMƏYƏ GÜCÜ ÇATMAZ.
*
Çovğunda çölə çıxan canının evini yıxar.
*
İşini əvvəldən elə görməlisən ki, sonradan qəmbərqulusu çıxmasın.
*
Bir adamda ki, dəvə kini var, eləsinin dostu olmaz.
*
Batbat yeyib dəli oldu, dedilər ki, eşqindən dəli olub.
*
Qatırdan kəhər atın yerişini ummazlar.
*
Elə adamlar var ki, suyu zərif içməyi eşşəkdən, vəfanı isə çoban itindən öyrənməlidirlər.
*
SOYUQ DƏYİB TƏBİMƏ,
ƏLİM GİRMƏZ CİBİMƏ.
PİS, YAXŞI DEYİLƏN SÖZ
QAYIDAR SAHİBİNƏ.
*
O FAĞIR, O ZALIM GECƏLƏRİNDƏ,
İLİŞİB QALIRAM KÜÇƏLƏRİNDƏ.
DƏRDLƏRİN CANAVAR PƏNCƏLƏRİNDƏ
GEDİB O DÜNYAYA, GƏLİRƏM, ALLAH.
*
Bədbəxt o karvanın halına ki, onun sarvanı haramı ola.
*
Ayı gücün, ayı pəncən yoxdursa, ayı ilə nə karın.
*
Dəh - dəhlə getməyən atı bəh - bəhlə saxlamazlar.
*
Öküzlə dost oldunsa, boynunu boyunduruğa keçirməyi də bilməlisən.
*
Vicdanını atan çox,
Bataqlıqda batan çox.
Özləri də bilmədən
Sel ağzında yatan çox.
*
BATAQLIĞA BATIR, AMMA HƏLƏ DƏ "ƏLİNİ VER" İLƏ "ƏLİMDƏN TUT"UN HESABINI ÇÖZƏLƏMƏKLƏ MƏŞĞULDUR.
*
Bəzən elə olur ki, ağlına gəlməyən başına gəlir.
*
Adam yanıla - yanıla öyrənir.
*
Çanaq başında çatlamamışdan bütün qəbahətlərinin üstündən xətt çəkməlisən.
*
Zaman gəlib ki, heç ata da oğulun babalın yuya bilmir.
*********************************************************6
Yayda başı bişənin qışda aşı bişər.
*
Qaz gələcək yerdən toyuq əsirgəməzlər.
*
Gözünü qırpırsan qorxaq deyirlər
Özündən çıxırsan axmaq deyirlər.
Dərdini dilinə gətirib hərdən
Laflamaq istərkən taytaq deyirlər.
*
Gündüzlər gözlərim önündə şəklin,
gecələr yuxumda gecələyirsən.
*
GƏLMİSƏN, GEDƏCƏKSƏN,
DÜNYADAN ÖTƏCƏKSƏN.
HANSI ÇÖLDƏ, ÇƏMƏNDƏ
GÜL OLUB BİTƏCƏKSƏN?
*
ALLAH QARTALIN DA ALLAHIDIR, SƏRÇƏNİN DƏ ALLAHIDIR.
*
Ay qəlbi yağır adam,
Ay fağır, ağır adam.
Dünya kiçik qəlbinə
Gör necə sığır, adam...
*
At sahibinə görə kişnəyər.
*
YOXSULLUQ VƏ SIXINTI İÇİNDƏ YAŞAYAN VƏ SINMAYAN KİŞİLƏR HEÇ BİR ƏZİYYƏTDƏN QORXMAZLAR. SƏBR DAĞARCIĞI OLAN KİŞİLƏR...
*
ÖZ GƏLİRİNİ VƏ ÖZ ÇIXARINI BİLMƏYƏNLƏR BU GÜNKÜ HƏYATA UYUŞMAYAN ADAMLARDIR. ƏSASƏN DƏ ŞAİRLƏR...
*
Uzunqulağın ən çox sevdiyi səs öz səsidi.
*
Nə özünə ev tikir, nə elin dərdin çəkir
*
Şaddığa gələn ocağa gələr,
Bəddiyə gələn bıçağa gələr.
*
Qətranı qaynatsan olmazkı şəkər,
Hər zatıqırıq da zatına çəkər.
*
Ocağa qoyulan hər qazandan plov umma, umsuq olarsan.
*
Elə ki, oldun mırıq,
İşin fırıq, qarnıcırıq.
*
YALAN SÖZÜ MƏRD VERMƏZ,
DOST DA DOSTA DƏRD VERMƏZ.
MÖHLƏTİ ALLAH VERƏR,
ƏZRAYIL MÖHLƏT VERMƏZ.
*
Biri körpü tapmır keçə, biri də su tapmır içə.
*
Çəkməlini mən bəyənmirəm, çarıqlı da məni bəyənmir.
*
Ayıya adamın bacardığı çox şeyi öyrədirik, amma özümüzü adam olmağı öyrədə bilmirik.
*
Əsil kişi o zaman böyük hörmətə layiq olur ki, söylədiyi ilə elədiyi üst üstə düşür.
*
Dəvənin üstündə gedən çoban itindən qorxmaz.
*
Bostandan çıxmır qoyun,
"Hö - hö"yə baxmır qoyun.
Qoşulma keçilərə,
Ağıldan mağmın qoyun.
*
Gədənin biri bəylik taxtına tamahsılandısa, vay o elin başbilənlərinin halına.
*
Vələdüzina başına papaq qoymaqla vələdüzinalıqdan çıxarmı ?
*
Haramzada sözü nənəsindən, işi şeytandan öyrənər.
*
Qoyun olmayan yerdə keçiyə Varəli deyirlər deyimi hansı mənada işlənir ?
*
Daş tökənlər çoxalır,
Dərd əkənlər çoxalır.
Şeytanın qapısına
Baş çəkənlər çoxalır.
*
Abırlı ananın qara qızını almaq, abırsız ananın gözəl qızından yeydi.
*
İt ətə, uşaq məhəbbətə.
*
Şükürsüz ağızdan tikəsi düşər.
*
Yatağan köpəyin sahibisənsə, tülkü toyuğunu hinindən aparar.
*
OĞRUDAN SORUŞURLAR:
- NİYƏ OĞURLUQ EDİRSƏN ?
OĞRU DA CAVAB VERİR:
- DƏDƏMDƏN ÖYRƏNDİYİM SƏNƏT BUDUR.
*
Hər kəsin qisməti özünə bənzər,
Mənim də qismətim dərdə mübtəla.
Bir qərib dərvişəm, incik ürəyim
Uçulub dağılmış yurda mübtəla.
*
Gecənin yarısı adamı yuxudan ayıldırlar, sonra da soruşurlar: "Qağa, kefin necədir?"
*
Gədədən kəndxuda,
Vələdüzinadan ata,
Yaradanda xəta olmaz.
*
İTƏ İT DEYƏNDƏ ACIĞI TUTUB DEDİ Kİ, MƏNƏ AD VERƏNDƏ ALLAHIN YANINDA İDİNMİ ?
*
Bu dünyada hər kəsin alacağından çox verəcəyi var.
*
GÖZÜMÜN YAŞINDAN ASILAN DƏRDİM...
*
Adamın gülməyi gəlir: "Filankəs fil qulağında yatıb." Görən bu fil qulağı nə boyda olan şeydi ki...
*
Əlli veribdisə, əlli də verər,
Qoçlar döyüşəndə kəllə də verər.
İnanma dünyanın mələkliyinə,
Sığal veribdisə, sillə də verər.
*
Adam zamana sığır,
Adam qılıfdan çıxır.
Daha nənələr geymir
On taxta tumanlığı.
*
Eyni güldən arı bal çəkər, ilan da zəhər.
*
Şahin öz ovunu göydə ovlayar,
Leşaparan ömrü boyu leş yeyər.
*
Qaranquş da hər eyvanda yuva qurmur.
*
Dam nə bilir orta dirək nə çəkir, daban nə bilir sevən ürək nə çəkir.
*
Daşı ətəkdən tökmək olar, ürəkdən əsla.
*
ALLAHDAN BAŞQA TƏK YOXDUR,
SEVƏMMİRSƏ, ÜRƏK YOXDUR.
ŞEYTANA BƏNDƏ OLANDAN
İÇİMİZDƏ MƏLƏK YOXDUR.
*
PİRİN BALASI PİR OLAR,
ŞİRİN BALASI ŞİR OLAR.
ƏGƏR ALLAH İSTƏYİRSƏ
DAŞIN İÇİNDƏ DÜRR OLAR.
*
Ət alsan quzu qolu alarsan, qız alsan əsilli, soylu.
*
Ey Adəm övladı, fürsət var ikən əsil korlara baxıb kor olmaqdan çəkinməyin məsləhətdir.
*
Torpaqdan, daşdan, ağacdan adam düzəldirik, amma özümüzdən adam düzəldə bilmirik.
*
Su da dönüb sərt olar, paxıl dönüb mərd olmaz.
*
İş var həcətlə görülür, iş var höcətlə.
*
GÖZƏL MƏCLİS AŞIĞINDAN BƏLLİ OLAR.
*
Hal üstündə bir dərvişəm,
Can qəsdində bir dərvişəm.
Ruhumla fənafillahın
Həvəsində bir dərvişəm.
*
Hər adam öz evində,
Qərib də dərd ovunda.
Qəmi şəraba qatıb,
Sərraf da öz kefində.
*
Hər mərəzin öz qərəzi.
*
Hər gördüyün gözlərinlə gördüyün kimi olmaya da bilər.
*
Qara torpaq milyonları götürər,
Hünərin var bir ağrısın tək götür!
*
Ay Süleyman, pis yaxşını itirər,
Ömr ağacı acı - şirin bitirər.
Qara torpaq milyonları götürər,
Hünərin var bir ağrısın tək götür.
*
" Ya Allah " deyərək aldadır hər kəs,
İnsan etdiyini şeytan eləməz.
Özümü etmişəm nəfsimə qəfəs,
Canımı yığmışam fağır içimə.
*
Ağıla səy etməz ağıldan yeylər,
Yetim də dərdini gör kimə söylər ?
İndiki qulları indiki bəylər
İşlədir quruca " sağ ola", vallah.
*
Beş dəli əlində ağac kəndin ortasında at oynadırsa, deməli həmin kənddə bir nəfər də ağıllı adam yoxdur.
*
Şahinin qüruru leşaparana qoşulmağa imkan vermir, acından ölsə belə.
*
Bir çox elmdən xəbərdar ola bilərsən, hətda gələcəyi belə görə bilərsən, amma yanındakı adamın ürəyin oxuya bilməzsən.
*
Bu asfalt dünyanın asfalt sifəti,
asfalta döndərir bu adamları.
*
Bu Yer boyda qəbrimiz, çəkdiyimiz cəbrimiz,
Ümman boyda səbrimiz daha azalır, dədə.
*
Tapıb, itiririk tapdığımızı,
ağrı yaddaşında itiklər qalır.
*
Nər qızanda pirin sözü boşuna.
*
Pas dəmiri, söz ürəyi yeyər.
*
İlan hər il dərisini dəyişir, xarakterini isə heç vaxt dəyişmir.
*
NAMƏRDLİKDİR PEŞƏN, ŞEYTAN,
ALÇAQLIQDAN ŞİŞƏN, ŞEYTAN.
TEZLİK İLƏ SƏNİN İŞİN
MÜRDƏŞİRƏ DÜŞƏ, ŞEYTAN.
*
BU HAYQIRAN MİNBAŞIMI?
KİMƏ ATIR SÖZ DAŞINI?
HA HAYQIRSIN, ÇOXU ARTIQ
KOLA SOXUB ÖZ BAŞINI.
*
EŞŞƏKLƏR MƏCLİSİNDƏ AĞIL LAL OLAR.
*
APARIBLAR, GƏTİRƏRLƏR,
NƏ QOYUBLAR GÖTÜRƏRLƏR.
SƏRRAF, SƏN ÖLMƏMİŞDƏN
HAQQINI İTİRƏRLƏR.
*
Körpənin dodağı qaçanda niyə
Atalar deyib ki, şeytan güldürür ?
Böyüyüb boynunu yoğunladandan
Sonra da deyirlər, zaman güldürür.
*
İnsaf vicdanın bünövrəsidi.
*
Həmişə dörd tuzu əlində saxlayan şeytanla qumar oynamaq axmaqlıq əlamətidir.
*
Boş ümidlərlə yaşayanların aqibətini Allah bilər.
*
Dərvişin məqamı Eşq, məkanı təkkə, yönü dərgah, yaşantı tərzi ədəbdi.
*
Eşqi dəlilik sayanlar Allahın verdiyi həyatın sirrinə vaqif ola bilməzlər.
*
Paxılın rahatlığı ölümündən sonra olur.
*
Taxılı anbara yığmamışdan qabaq gərək siçanla məsələni həll edəsən.
*
Kimsən ? - Sözündən görünər,
Çoxun azından görünər.
Yalnış sözün şilləsinin
Rəngi üzündə görünər.
*
Zamanın qəhrindən ağrıyır başlar,
Allahın özünə qıcanır dişlər.
Nə qədər azalıb lələlər, qağa,
Nə qədər çoxalıb qara keşişlər.
*
QAFİLƏ KƏLAM,
NAFİLƏ KƏLAM.
*
Yayın işini qışda, qışın işini yayda görmək istəyənlər xeyir tapmazlar.
*
İnsan elə insandı olmasa da pulu,
eşşək elə eşşəkdi olmasa da çulu.
*
Ağacdan maşa, axmaqdan paşa olmaz.
*
Dərvişin fikri nə isə zikri də odur.
*
Könülsüz verilən aş,
ya qarın ağrıdar, ya baş.
*
Bir elin kişiləri qeyrət toxumu əkər,
xanımları isə namus yükünü çəkər.
*
Kürsək vaxtı qancığın arxasına beş, on köpək düşər, erkək qurd isə özünə həyatında bir dişi qurd seçər.
*
Qızıldan açar
hər qapını açar.
*
Dədədən hikmət,
Oğuldan xidmət.
*
Əsil kişi soyundan,
körpə uşaq da oyundan
utanmaz.
*
Dərviş təkkədə,
Hacı Məkkədə.
*
Əsil anadan dayə olar,
Balatadan maya olar.
*
Ata yəhər lazım,
Yəhərə də ər lazım.
*
DAĞI DÜZƏ DÖNDƏRƏN VAR,
HAQQI DARDAN YENDİRƏN VAR.
CAN EVİNƏ KÖSÖV BASIB
GÜLƏ - GÜLƏ DİNDİRƏN VAR.
*
TOX OLMAQDAN BEZİRƏM,
SIXILMAQDAN BEZİRƏM.
ÖZÜM ƏKDİYİM AĞACDAN
YIXILMAQDAN BEZİRƏM.
*
Hər obanın öz göyçəyi,
Hər bağçanın öz çiçəyi.
Saza dönüb qan oğlayır
Hər şairin öz ürəyi.
*
Sevsəm, könül sözüm olur,
Sevsən, dünya bizim olur.
Oğurlama ürəyimi,
Hərdən mənə lazım olur.
*
Eşqindən ürəyi nura qərq olan
Dünyanı özü tək bilənə salam !
Həqqin yollarında "ənəlhəqq" olan,
Biz gedən yolları gələnə salam!
*
İlanı ölüncə, gəlini gəlincə...
*
Güclü böyük kökü olan ağac çovğunun üzünə gülər.
*
Osmanlı ləhcəsində işlədilən mırıldamaq sözü bizim ləhcəmizə necə uyğunlaşdırılır ?
*
Qəbirdən rahat yer yoxdur, nə səni incidirlər, nə də sən bir kimsəni incidirsən.
*
Vuran adammı qorxmaz adamdı, yoxsa vur deyənmi ?
*
Kasıba deyirlər ki, qış qapını alb,
kasıb da cavab verir ki, mən payızdan üşüməyi məşq eləyirəm.
*
ƏSİL LƏYAQƏTLİ QADIN ÖZÜLÜ OLAN BİR AİLƏNİN QORUYUCU MƏLƏYİDİR.
*
MƏNİM FİKRİMCƏ ÖLMƏK O QƏDƏR QORXULU DEYİL, ƏN QORXULUSU ÖLƏ - ÖLƏ YAŞAMAQDIR.
*
KİŞİ ÜÇÜN QADIN YA YAŞAMAĞININ SƏBƏBİ OLACAQ BÖYÜK MƏHƏBBƏTDİR, YA DA HƏYATINI CƏHƏNNƏMƏ ÇEVİRƏN BİR FƏLAKƏTDİR.
*
NUR VƏHDƏT, ZÜLMƏT İSƏ KƏSRƏTDİR.
*
ƏSİL DƏRVİŞLƏR ŞƏRAB İÇMƏMİŞDƏN MƏST OLARLAR.
*
HİKMƏT İNSAN KAMALININ BÜNÖVRƏSİDİR. O BÜNÖVRƏNİN ÜSTÜNDƏ NƏ EHTİŞAMLAR UCALIR...
*
CANI VERƏN ALLAH, ALAN DA ALLAH,
NUR OLUB KÖNLÜNƏ DOLAN DA ALLAH.
EY ADƏM ÖVLADI, UYMA ŞEYTANA,
YADINA SONUNU SALAN DA ALLAH.
*
EŞQİN YARATDIĞI DƏRD VƏ İZTİRABDAN GÖZƏL ŞEİRLƏR DOĞULUR.
*
PİSLİKLƏRİN ÜSTÜN ÖRTMƏ, İLAHİ!
KİŞİLƏRİ YAZIQ ETMƏ, İLAHİ!
TƏK ADINA VURULUB NURLANIRIQ,
KÖNLÜMÜZDƏN HEÇ VAXT İTMƏ, İLAHİ!
*
SEVƏ BİLƏRSƏNSƏ, YAŞAMAQ GÖZƏL,
SEVİB ÖLƏRSƏNSƏ, YAŞAMAQ GÖZƏL.
QƏLBİNDƏ PAS ATMIŞ QOCA HİKKƏNİN
DƏRDİN SİLƏRSƏNSƏ, YAŞAMAQ GÖZƏL.
*
Özgə bostanına oğurluğa girənin başında çomaq yarası.
*
İYİRMİ İL ƏVVƏL "ŞALVARI CIRIQLAR ÖLKƏSİNDƏ YAŞAYIRIQ" DESƏYDİLƏR, GÜLƏRDİK.
*
YƏHƏR ATIN, ÇUL EŞŞƏYİN,
AĞNAMAĞA KÜL EŞŞƏYİN.
ŞAHƏ QALXMAQ KƏHƏR ATIN,
YÜK DAŞIMAQ QUL EŞŞƏYİN.
*
KİŞİLƏR, BƏRBƏRƏ GETMƏMİŞDƏN QABAQ ƏVVƏL MARKETƏ GİRİB QİYMƏTLƏRİ SORUŞUN, YAZIQ BƏRBƏR DƏ ÖZ İŞİNİ İRAHAT GÖRSÜN DƏƏ...
*
KƏLƏYİN BOY ATIB BAR VERDİYİ YERDƏ ŞEYTAN DA MƏLƏKLƏŞİR.
*
Sən özün bilərsən ki, bu güzgüdəki sənsən və sənin özünü səndən yaxşı tanıyan yoxdur.
*
Əsil insan qorxduğuna deyil, sevdiyinə inanır.
*
Dünyada öz mənfəətləri üçün yaşayan adamlar başını qumda gizlətmiş dəvəquşu kimidirlər və elə bilirlər ki, onları heç kəs görmür.
*
Püfə ulaqlıqdı, söz də qulaqlıq.
*
Balın dadın bilməyən adam bal arısından mühazirə oxuyur.
*
Zəncir vura bilmirsənsə nəfsinə,
bir gün düşərsən qanunun qəfəsinə.
*
Gözəlliyi və həqiqətləri görmək istəmiyənlər həqiqi kor olanlardı.
*
Danışanda elə danış ki, ağzın mal tövləsinə bənzəməsin.
*
Şuğulsuz bənna qələmsiz müəllim kimidi.
*
Paxıllıq müalicə olunmayan xəstəlikdi.
*
Çaqqalı ha təriflə, yenə aslan olası deyil.
*
Bir korun ki, gözünü aça bilməyəcəksənsə, heç olmasa ümid çırağını söndürmə.
*
Təkəbbürlülük məğrurluq deyil, məğrurluğun gözəlliyinə əlindən alan şeytan duyğusallığıdı.
*
Öz doğmalarının gözündə yadlaşırsansa, yadların gözündə doğmalaşa bilməzsən.
*
İtlə yatan bitlə, birəylə durar.
*
Mənim fikrimcə müdrik alimlərimiz möcüzə yazıçı İsa Muğnnanın "İdeal" və ondan sonra yazdığı əsərlərə şərhlər yazmalıdırlar.
*
Yeriyən xiyarlar çoxalan gündən,
gül kimi xiyar da gözümdən düşüb.
*
Cübbə geyməklə molla olmaq olmaz.
*
Öz ölçüsünə sığmayan adamlar var.
*
Qırılan ağacdan hərə bir budaq qoparar.
*
İstedadsız yazar yaza bilməyəndə günahı qələmdə görər.
*
Nə günə qalmışıq, pərvərdigara,
Dəvəni nallamaq istiyənlər var.
Zamana gəlib ki, öz başlarından
Yuxarı tullanmaq istəyənlər var.
*
Dadanmış qudurmuşdan betər olur.
*
Canavardan qorxan davar saxlamaz,
xəbəri də dörd divar saxlamaz.
*
Aranda tutdan olduq, dağda quruddan.
*
Dadanmış qudurmuşdan betər olur.
*
Doxsandan sonra qoca,
yuxuda gedər haca.
*
NƏ TEZ GƏLDİ SAZAQLAR,
BUZLADI BUZ BULAQLAR.
BAKİRƏ SÖZLƏR DEYƏ
ÖPÜLMƏMİŞ DODAQLAR.
*
Su aşağıya axar, insan yuxarıya can atır.
*
Dovşan da küncə sıxılanda dişləyir.
*
Fürsət əmi oğlu həmişə qapınızı döyməz.
*
Rəbbim mənə öyüd verir ... Mən karam,
Rəbbim mənə yol göstərir ... Mən koram.
*
İşimiz baş - ayaq, qağa,
gedək daş daşıyaq, qağa.
Biz necə yaşayaq, qağa?
*
Əlhəmdülillah deyərək əlimdə çəkdiyim
qara təsbeh kimi
çəkirəm ömrümün qara günlərini.
*
Ürək qəfəsində çırpınan quşun
ruhunun azadlıq məhvəri eşqim.
*
Bəzən vüqarlı olmaqla təkəbbürlü olmağı qarışdırırlar.
*
ÇƏMƏNDƏ QOŞAN ÇƏPİŞ,
ATILIB DÜŞƏN ÇƏPİŞ.
HA OYNAQLA, SONUNDA
KABABDA BİŞƏN ÇƏPİŞ.
*
KEÇMİŞDƏ BEYBUD VƏ YAXUD BEHBUD NƏYƏ DEYİRDİLƏR ?
*
ƏGƏR BİR ŞEY ƏLDƏ ETMƏK İSTƏYİRSƏNƏ, ƏVVƏLCƏ HƏMİN ŞEYİN ZƏRƏRLİ TƏRƏFİNİ FİKİRLƏŞMƏLİSƏN.
*
Tərəkəmə əsilli dostlarımdan soruşuram: - Atın doğulandan yaşlanana qədər adlarını kim saya bilər ?
*
Adamı yarımçıq molla dindən eliyər, yarımçıq həkim candan.
*
Keçmişdə ovdan hara deyirdilər ?
*
Tərəkəmə əsilli dostlarımdan soruşuram: - əbrəş hansı qoyuna deyirlər, kola hansı keçiyə deyirlər ?
*
Piy basmış bədənin ağırlığını ayaqlar, murdar sözlü ağızın əziyyətin sillə yemiş yanaqlar çəkər.
*
Qəlbin zibillik yeridir,
Başın da köhnə külqabı.
*
Qeyrətli kişi atını, biqeyrət də arvadını öyər.
*
Xəsisin aşı bişməz, bişsə də ocaqdan düşməz.
*
Varsa təpər ürəkdə,
gücü bilinər biləkdə.
*
Öfkəylə qalxan zərərlə oturar.
*
Ayağına qarellə (qaragilə) tikanı batanın ağrıdan tükləri tikan - tikan olar.
*
Bəzən yaxın bildiyimiz adamlar qara gündə qaranlığa elə qarışırlar ki ...
*
Dağ nə qədər uca olursa olsun, yol üstündən aşar.
*
Qonşu qonşunun itmiş eşşəyini mahnı oxuya - oxuya axtarar.
*
Ağıllı dünyanın səy adamıyam,
Göy adam deyiləm, göy adamıyam.
*
Çaxçaxı işləməz, novu köhnəlmiş
Dəyirman daşıyam, söz üyüdürəm.
*
Dərdimin dərisin soyan cəlladam,
Özü öz könlünə qıyan cəlladam.
*
Hamının dostu olmaq heç kimin dostu olmamaqdı.
*
Ey Adəm övladı, Rəbbim səni sevə - sevə xəlq etmişdir, sən də Ona sevə - sevə qovuşmalısan. Eşqə eşq olsun !
*
Ac toyuq yuxuda özünü buğda anbarında görər.
*
Boş çuvalın dik durduğunu heç kim görməyib.
*
Evdəki hesab bazardakı hesabla uyğun ğəlməz.
*
Düşəm Eşqin atəşinə,
Məni yananda görəsən.
*
Qanmazı qandıran şapalağım var,
Şilləmin mərhəmət qapalağı var.
*
Kösəvi (közü) kağıza bükmək olmaz.
*
Təbəssümlə işıqlanmış köhnə bir daxma göz yaşı ilə suvanmış imarətdən daha gözəldi.
*
Hamının dostu olmaq heç kimin dostu olmamaqdı.
*
Dağ dönə bilməz, amma yol dağın başına dolana bilər.
*
Ağız yeyəndə mədənin də fikrini soruşmalıdı.
*
Canavar çox, ət azdırsa, vay zəifin halına.
*
Yazıqsan, yol azma dumanda, çəndə,
Düşərsən tələyə, keçərsən bəndə.
Dediyin hər sözə cavab verərsən,
Bunu istəsəndə, istəməsəndə.
*
ÜRƏYİM ELƏ BİL Kİ, SAZDA "MANSIRI" HAVASINA KÖKLƏNİB, SARI SİMİNDƏN QƏM SÜZÜLÜR.
*
Çobanlar kəpənək nəyə deyirlər?
*
Dəvəyə naz elə demişlər, o da tərpənişiylə iki damı uçurmuş.
*
Eşşək dərviş olmaz, odun daşımaqla təkkəyə,
Adam hacı olmaz, gedib gəlməklə Məkkəyə.
*
Dəmirdən canım olmaz, pozğundan xanım.
*
Sən baxan üzümdə şəkilin qalıb,
Könlümdə, gözümdə şəkilin qalıb.
Deyə bilmədiyim, məni yandıran
Kəlməmdə, sözümdə şəkilin qalıb.
*
Xalının tozu, dəlinin sözü qurtaran deyil.
*
Divarı nəm, insanı qəm yeyər.
*
Körpə zaman, ac da aman bilməz.
*
Ölmüş eşşəy canavardan qorxmaz.
*
ÖMÜR, İPLİYİ QIRIQ,
TALEH, DİŞLƏRİ MIRIQ.
RƏBBİM BİZİ SEVSƏDƏ,
NİYƏ HAQQI SAYMIRIQ ?
*
HAQDAN SİRRİM ƏLİDİR,
KÖNLÜ DÜRRÜM ƏLİDİR.
HƏR DƏRVİŞİN ÖZ PİRİ,
MƏNİM PİRİM ƏLİDİR.
*
Küçüklüyündə zəncirdə olan bir köpəklə ova getməzlər.
*
Hər ağacın meyvəsi yeyilməz, hər kişinin də sözü deyilməz
*
Fəzilətə açılan qapını hər adam aça bilmir.
*
Ata yəhərinə görə qiymət verməzlər.
*
Böyük olduqları qədər sadə, sadə olduqları qədər böyük olan Haqq yolçuları yox olduqdan sonra belə var olurlar.
*
O dam bu dama oxşayar,
Bu dam o dama oxşayar.
Ürək ürəyə oxşamaz,
Adam adama oxşayar.
*
DEYİRƏM GÖRƏSƏN İBTİDAİ İCMA QURLUŞUNDA DA QAYNANA - GƏLİN MÜHARİBƏLƏRİ VAR İMİŞ ?
*
Sevənin Kəbəsi öz içindədir,
Aşiqin qibləsi Sevdiyinədir.
Tövbə qəbul etməz İblisi məlun,
Bəndənin tövbəsi Sevdiyinədir.
*
Görəsən bu aşiqlərin gözləri niyə parıldayır, əlləri niyə bir yerdə durmur, nitqi niyə tutlur, dodaqları niyə quruyur və niyə bir yerdə dayana bilmirlər?
*
Qəlbi Haqq yolunda olanlara bir Pir, elm öyrənmək istəyənlərə bir ruhu nurdan yoğurulmuş Alim, dünyanı işıqlandırmağa bir Günəş bəs eyləyər.
*
Təkəsi yerində olmayan sürü
Ya qurda rast gələr, ya dağdan düşər.
*
Arvadın biri əla, ikisi bəla.
*
Soyun çəkər, huyun keçər.
*
Dədəsi alça yemiş, oğlunun dişi qamaşmış.
*
Əqrəbanın əqrabaya etdiyini əqrəb etməz.
*
Sayılı gün ötər tez,
sayılı pul bitər tez.













































































































Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar