Sizin Reklam Burada
Xəbər lenti
25-08-2026
24-08-2026
BÜTÜN XƏBƏRLƏR

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

Tarix: 26-08-2026 08:10     Baxış: 310 A- / A+
Amerika kantri musiqisinin ən məşhur simalarından biri, müğənni, bəstəkar və aktrisa Dolli Parton 80 yaşında vəfat edib.

Parton musiqi tarixinin ən məhsuldar mahnı müəlliflərindən biri hesab olunur. O, yaradıcılığı ərzində təxminən 3 min mahnı yazıb, onların yüzlərlə nümunəsini özü lentə alıb.

Onun ən məşhur əsərləri sırasında “Jolene”, “Coat of Many Colors”, “9 to 5” və “I Will Always Love You” yer alır. Sonuncu mahnı daha sonra Uitni Hyustonun ifasında bütün dünyada böyük şöhrət qazanıb.

Partonun 25 mahnısı “Billboard”un kantri hit-paradında birinci yerə yüksəlib. O, karyerası ərzində 100 milyondan çox albom və səsyazması satıb, 11 “Grammy” mükafatı qazanıb.

Dolli Parton kino sahəsində də tanınıb. O, “9 to 5”, “Steel Magnolias”, “Rhinestone” və digər filmlərdə rol alıb. Parton 2001-ci ildə Songwriters Hall of Fame-ə, 2022-ci ildə isə Rock & Roll Hall of Fame-ə daxil edilib.

ABŞ Prezidenti Donald Tramp Partonun vəfatından sonra ölkə ərazisində Amerika bayraqlarının bir həftə müddətinə yarıya endirilməsi barədə qərar verdiyini açıqlayıb.

“Amerika Birləşmiş Ştatları genelində bayraqları bir həftə müddətinə yarıya endirirəm. Rahat yat, Dolli”, – deyə Tramp bildirib. musavat.com 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar