Sizin Reklam Burada
Xəbər lenti
09-08-2026
BÜTÜN XƏBƏRLƏR

AZAL-dan Naxçıvana getmək istəyənlərə müraciət

Tarix: 10-08-2026 15:16     Baxış: 318 A- / A+


Azərbaycan Hava Yolları QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir.
Manevr.az AZAL-a istinadla xəbər verir ki, bu dövrdə yay məzuniyyətindən qayıdanların, yeni tədris ilinin başlaması ilə əlaqədar tələbə və ailələrin, eləcə də işgüzar səfərlərin sayının artması Naxçıvan istiqamətində sərnişin axınının yüksəlməsinə səbəb olur. Nəticədə bəzi tarixlər üzrə reyslərdə yerlər daha qısa müddətdə dolur. Səyahətin əvvəlcədən planlaşdırılması sərnişinlərə həm uyğun tarix və saat üzrə daha geniş seçim imkanı yaradır, həm də səfərlərini daha rahat təşkil etməyə kömək edir.
Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik 16 müntəzəm reys (gediş-gəliş olmaqla) həyata keçirilir. Həmçinin Azərbaycanın milli aviadaşıyıcısı sərnişin tələbatını davamlı olaraq təhlil edir və əməliyyat imkanları çərçivəsində uçuş proqramını optimallaşdırmaqla yanaşı, zərurət yarandıqda əlavə reyslərin təyin olunması imkanlarını da nəzərdən keçirir.
Qeyd edək ki, Naxçıvan istiqamətində uçuş proqramı sərnişin tələbatı ilə yanaşı, regionun mürəkkəb dağlıq relyefi, hava şəraiti və digər əməliyyat amilləri nəzərə alınmaqla formalaşdırılır. Bu səbəbdən reyslərin planlaşdırılması və icrası uçuşların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin edən əməliyyat tələblərinə uyğun olaraq həyata keçirilir.
Aviabiletləri AZAL-ın rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış məntəqələri və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar