Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizinə o rəhbərlik edəcək - TƏYİNAT

Tarix: 15-07-2026 22:06     Baxış: 328 A- / A+

ABŞ Dövlət Departamenti tərəfindən Zəngəur dəhlizində həyata keçiriləcək tikinti işləri üçün yaradılan "Tripp+ Enterprise Fund" fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolov rəhbər təyin olunub.


İlkin kapitalı 201 milyon dollar olan fond ABŞ-nin təşəbbüsü olan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsinin maliyyələşdirilməsi üçün yaradılıb. Layihə Azərbaycan, Ermənistan və Mərkəzi Asiyanı əhatə edən yeni nəqliyyat, enerji və logistika marşrutlarının inkişafına yönəlib.


Sokolov Çikaqoda yaşayan tanınmış investor və Respublikaçılar Partiyasının ən böyük donorlarından biridir. O, Donald Trampın ikinci prezidentlik dövründə Respublikaçılara 12 milyon dollardan çox vəsait bağışlayıb.


Yeni fondun vəsaitləri nəqliyyat dəhlizləri, dəmir yolları, enerji infrastrukturu, kritik faydalı qazıntılar, data mərkəzləri və logistika layihələrinə yönəldiləcək.


Konstantin Sokolov regionda artıq ciddi biznes maraqlarına malikdir. O, Ermənistanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan Viva Armenia-nın səhmdarlarından biridir. Bundan əlavə, enerji və rəqəmsal infrastruktur sahəsində fəaliyyət göstərən Northern Pillar Energy Consortium və Pelagos Data Centres şirkətlərində rəhbər vəzifələr tutur. ABŞ və İsveçrədə fəaliyyət göstərən investisiya şirkətlərinin təsisçisi kimi enerji, telekommunikasiya və infrastruktur layihələrinə milyardlarla dollar yönəldib.


ABŞ administrasiyası hesab edir ki, TRIPP layihəsi regionda yeni ticarət, tranzit və enerji marşrutlarının formalaşmasına təkan verəcək. Layihə çərçivəsində dəmir yolu, enerji və logistika infrastrukturunun qurulması, həmçinin Zəngəzur dəhlizi istiqamətində iqtisadi inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur.


Xatırladaq ki, Rusiyada doğulan Konstantin Sokolov 1997-ci ildə, 21 yaşında ABŞ-yə köçüb. O, fəaliyyətinə telekommunikasiya sektorunda başlayıb, daha sonra enerji, infrastruktur və maliyyə sahələrində böyük investisiya layihələrinin rəhbərlərindən birinə çevrilib. modern.az 


Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar