Sizin Reklam Burada
Xəbər lenti
26-06-2026
25-06-2026
BÜTÜN XƏBƏRLƏR

Toylarda spirtli içki ləğv olunur? - AÇIQLAMA

Tarix: 13-06-2026 22:23     Baxış: 39 A- / A+
Toylarda spirtli içki ləğv olunur? - AÇIQLAMA
Azərbaycanda yas mərasimlərində ehsan verilməsinin mərhələli şəkildə aradan qaldırılması cəmiyyətdə əsasən müsbət qarşılanıb. Bəzi şəxslər hesab edir ki, müəyyən qaydalar toy məclislərində də tətbiq olunmalıdır. Xüsusilə, toylar zamanı baş verən dava-dalaşların əsas səbəblərindən birinin spirtli içki qəbulu olduğu vurğulanır.

Toylarda spirtli içkilərin verilməsi ləğv edilə bilərmi? Yaxud müəyyən norma tətbiq edilməsi mümkündür? Bu addım dava-dalaşların və digər xoşagəlməz halların qarşısını almağa kömək edərmi?

Deputat Ceyhun Məmmədov hesab edir ki, bu məsələdən danışarkən ona daha çox israfçılıq kontekstindən yanaşmaq lazımdır:

"Təəssüf ki, bu gün israfçılıq halları müxtəlif sahələrdə olduğu kimi, toy məclislərində də geniş şəkildə müşahidə olunur. Toylarda həddindən artıq xərclərin çəkilməsi, nümayiş xarakteri daşıyan davranışlar və ehtiyacdan artıq məsrəflər cəmiyyət üçün narahatedici səviyyəyə çatıb. Hesab edirəm ki, bu kimi israfçılıq hallarına son qoyulmalı və daha rasional yanaşmalar təşviq edilməlidir”.

İçki məsələsinə gəldikdə isə, deputat düşünür ki, spirtli içkilər müxtəlif bədbəxtliklərə yol açır:

"Bu gün baş verən bir çox cinayət hadisələrinin, qətllərin və yol-nəqliyyat qəzalarının səbəblərini araşdırdıqda, alkoqolun təsirinin kifayət qədər böyük olduğunu görürük. İçkinin bu qədər əlçatan olması və geniş yayılması müəyyən sosial problemlərin yaranmasına səbəb olur.

Təbii ki, Azərbaycan dünyəvi və sivil dövlətdir. Ancaq bununla yanaşı, alkoqol istifadəsinin cəmiyyət üçün yaratdığı fəsadları da açıq şəkildə qeyd etməliyik. Bu fəsadlar həm insanların sağlamlığına, həm ailə münasibətlərinə, həm də ictimai təhlükəsizliyə mənfi təsir göstərir və belə halların qarşısının alınması hər birimizin marağında olmalıdır”.

Ceyhun Məmmədov deyib ki, cəmiyyətin bu kimi problemlərdən uzaq olmasına ciddi ehtiyac var:

"Bunun üçün həm maarifləndirmə tədbirləri gücləndirilməli, həm də aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar atılmalıdır. Çünki gündəlik həyatda bu problemlərin yaratdığı çətinliklərin və mənfi nəticələrin şahidi oluruq. Onların aradan qaldırılması istiqamətində sistemli fəaliyyətə ehtiyac var”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar