Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

n

Tarix: 22-05-2026 10:37     Baxış: 12 A- / A+

   Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı və “Dəlidağ” Ədəbi Birliyinin təşəbbüsü ilə Sumqayıt şəhərində görkəmli şair və dastançı Nəbi Dilsuzun anadan olmasının 140 illiyinə həsr olunmuş sazlı-sözlü tədbir keçirilib.

Tədbiri Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq qonaqları salamlayıb, xalqımızın milli-mənəvi dəyərlərini yaşadan saz-söz sənətinin əhəmiyyətindən danışıb.

  

   Sonra tədbiri aparmaq üçün sözü “Dəlidağ” Ədəbi Birliyinin sədri, eyniadlı saytın baş redaktoru Namiq Dəlidağlıya verilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Ardınca Nəbi Dilsuzun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Namiq Dəlidağlı çıxışında Nəbi Dilsuzu dövrünün ustad saz-söz sənətkarı, mahir dastançısı kimi xarakterizə edib, onun özündən sonra zəngin ədəbi irs qoyub getdiyini vurğulayıb. Bildirib ki, Kəlbəcərin işğalı dövründə şairin bir çox əlyazmaları həmin ərazidə qalıb və düşmən tərəfindən məhv edilib.


   Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı çıxış edərək Nəbi Dilsuzun çoxşaxəli yaradıcılığından, onun irsinin hələ də tam şəkildə araşdırılmadığından geniş bəhs edib. O, belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, şairin əlyazmalarının bir qismini böyük çətinliklə toplayıb kitab halında nəşr etdirdiyinə görə şairin oğlu Novruz Kərimova minnətdarlığını bildirib.

   Tədbirdə filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, şairlər Əjdər Əlisaf, Adil Həmid, qocaman pedaqoq-publisist Arif Əmrahov və başqaları çıxış edərək Nəbi Dilsuzun zəngin ədəbi yaradıcılığından söz açıblar. Çıxışlarda onun milli-mənəvi dəyərlərimizə söykənən saz-söz sənətinə mühüm töhfələr verdiyi qeyd olunub, şeirlərindən nümunələr səsləndirilib.

   

  Aşıqlardan Çərkəz Qurbanov, Xəqani Kəlbəcərli, Xanım Göyçəli, İbrahim Gədəbəyli, Səyyad Qubadlı, Ceyhun Nağıyev, Həvva Nəsibli, Aygün Bayram qızı və digərlərinin ifasında şairin dastanlarından parçalar səsləndirilib, şeirləri aşıq havaları üstündə ifa olunub.

Sonda şairin oğulları Novruz Kərimov və Həbib Kərimov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirərək ataları ilə bağlı xatirələrini bölüşüblər.









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar