Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
BÜTÜN XƏBƏRLƏR

Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək

Tarix: 18-05-2026 15:24     Baxış: 343 A- / A+


Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində iyunun 14-də magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bu imtahanda mayın 17-də keçirilən imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.
Həmçinin diqqətə çatdırılıb ki, mayın 17-də imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir.
Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
Xatırladaq ki, Bakı, Abşeron və Sumqayıt üzrə qeydiyyatdan keçən 19 746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17 912 nəfəri mayın 17-də keçirilən imtahanda iştirak edib. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar