Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

TƏCİLİ! Türkanda silahlı insident: Ölən və yaralanan var

Tarix: 26-03-2026 21:50     Baxış: 315 A- / A+
Xəzər rayonunun Türkan qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
 
Hadisə Türkan-Zirə bağ massivinin ərazisində qeydə alınıb. Belə ki, Cavanşir adlı şəxs üç nəfərə odlu silahdan atəş açıb. Atəş nəticəsində zərərçəkənlərdən biri hadisə yerində ölüb. Digər bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Digər şəxs isə qaçıb canını qurtarıb. Hadisəni törətməkdə şübhəli bilinən Cavanşir saxlanılıb. O, Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları tərəfindən tutulub və hazırda istintaqa cəlb edilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Prokurorluq və polis əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırır. Hadisənin hansı səbəbdən baş verdiyi, tərəflər arasında əvvəlcədən mübahisənin olub-olmaması istintaqın gedişində müəyyənləşdiriləcək.
 
Saxlanılan şəxs – Cavanşir Türkan qəsəbəsinin sakinidir və uzun müddətdir həmin ərazidə yaşayır. O, əsasən qoyunçuluqla məşğul olur və Zirə–Türkan bağları adlanan ərazidə məskunlaşıb.
 
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini və silahlı insidentin bütün iştirakçılarını müəyyənləşdirmək üçün əməliyyat-istintaq tədbirlərini davam etdirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar