Sizin Reklam Burada
Xəbər lenti
25-10-2026
24-10-2026
BÜTÜN XƏBƏRLƏR

i

Tarix: 11-03-2026 19:08     Baxış: 40 A- / A+
QAYITMISAN

(Aşıq İsax Vaqif oğluna, zarafatla...)

Aşıq, xoş gəlmisən doğma diyara,
"Piter"də kef çəkib, boş qayıtmısan.
Taleyinə, qismətinə şükr elə,
saxlayıb salamat baş, qayıtmısan.

Köks ötürüb ağrıyırsan nətər də,
işin bundan lap olardı betər də...
Gəncliyini yelə verib "piter"də
gedib yaddaş, itib huş, qayıtmısan.

Ləzzət aldın, ha dolandın, ha gəzdin,
nə usandın, nə yoruldun, nə bezdin…
işin “xod” getsəydi geri dönməzdin,
gəlib çətinliyə tuş, qayıtmısan.

Nə bağ-bağça saldın, nə, əkib gəldin?!
kimin sinəsinə dağ çəkib gəldin.
Getdin “urusetə”, “göz töküb” gəldin,
guya düzəldirdin qaş, qayıtmısan.

Bir də uzaqlara ta salma güzar,
kim olub yad yerdə axı bəxtiyar?!
Gəldin sevindilər dostlar-doğmalar
xoş gəldin, xoş gəldin, xoş qayıtmısan.
 
Dostun Namiq Dəlidağlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar