Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Xərçəngin dərmanı bu heyvanda imiş

Tarix: 10-03-2026 20:58     Baxış: 343 A- / A+
Yaponiya alimləri qurbağaların bağırsağında xərçəng hüceyrələrinə qarşı təsir göstərə bilən bakteriyalar aşkar ediblər. Araşdırma Japan Advanced Institute of Science and Technology (JAIST) alimləri tərəfindən aparılıb və nəticələr "Gut Microbes" jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində alimlər vəhşi amfibiyalar və sürünənlərin mikrobiotasını araşdırıblar. Onlar "Dryophytes japonicus"növünə aid yapon ağac qurbağalarının, həmçinin yapon tritonlarının və çevik kərtənkələlərin bağırsağından ümumilikdə 45 bakteriya ştammı ayırıblar. Laboratoriya sınaqları zamanı bu bakteriyalardan 9-nun xərçəng hüceyrələrinə qarşı güclü təsir göstərdiyi müəyyən edilib.

Ən yüksək nəticə qurbağaların bağırsağında aşkar olunan Ewingella americana bakteriyasında qeydə alınıb. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu bakteriyanın damar daxilinə bir dəfə yeridilməsi kolorektal xərçəng şişinin bütün sınaq heyvanlarında tam yox olmasına səbəb olub.

 Bildirilir ki, əldə olunan nəticə bəzi hallarda immunoterapiya və kimyaterapiya kimi standart müalicə üsullarından daha təsirli olub.

Alimlərin sözlərinə görə, bakteriya iki istiqamətdə fəaliyyət göstərir. O, şişin oksigeni az olan mühitində toplanaraq xərçəng hüceyrələrini birbaşa məhv edir, eyni zamanda immun sistemini aktivləşdirərək orqanizmin şişə qarşı müdafiəsini gücləndirir.

Tədqiqatçılar bildirirlər ki, gələcək mərhələdə bu üsulun digər xərçəng növlərində də sınaqdan keçirilməsi və insanlarda tətbiqi üçün daha təhlükəsiz metodların hazırlanması planlaşdırılır. demokrat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar