Sizin Reklam Burada
Xəbər lenti
12-06-2026
11-06-2026
10-06-2026
BÜTÜN XƏBƏRLƏR

U-3

Tarix: 09-03-2026 21:56     Baxış: 21 A- / A+

Özbəkistan Respublikası Ali Təhsil,
 Elm və İnnovasiyalar Nazirliyi

University of Business and Science
Universitetin rektoru
cənab Karimjon Boymirzayevə


Hörmətli cənab Boymirzayev!

Azərbaycan Respublikasının Bakı şəhərində 2026-cı il 1–4 aprel tarixlərində “Ədəbi dostluq – əbədi dostluq” adlı nüfuzlu beynəlxalq ədəbi festivalın keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində müxtəlif ədəbi tədbirlərin, görüşlərin, müzakirələrin və kitab təqdimatlarının təşkili planlaşdırılır.

Sözügedən tədbirlərdə University of Business and Science universitetinin Dil və ədəbiyyat təhsili kafedrasının professoru Şokirova Xavasxon Nurmamatovna kitab müəlliflərindən biri kimi iştirak edəcəkdir. Bu münasibətlə, professor Şokirova Xavasxon Nurmamatovnanın festivalda iştirakının təmin olunması üçün zəruri təşkilati və praktiki dəstəyin göstərilməsini Sizdən xahiş edirik.

Eyni zamanda, professor Şokirova Xavasxon Nurmamatovnanın Bakı Dövlət Universitetində“Nəsimi” adına Dilçilik İnstitutunda mühazirələr oxuması, konfrans və seminarlarda məruzələrlə çıxış etməsi nəzərdə tutulur. Bu görüşlərin iki ölkə arasında elmi-mədəni və ədəbi əlaqələrin inkişafına, həmçinin universitetlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə inanırıq.

Qeyd etmək istərdik ki, professor Şokirova Xavasxon Nurmamatovnanın bu beynəlxalq festivalda kitab müəlliflərindən biri kimi iştirakı onun elmi-ədəbi fəaliyyətində mühüm beynəlxalq nailiyyətlərdən biri kimi qiymətləndirilir.

Ümidvarıq ki, bu təşəbbüsünüzü dəstəkləyəcək və hörmətli professorun festivalda layiqincə iştirakına köməklik göstərəcəksiniz.



Hörmətlə,

Anar
Azərbaycan Yazıçılar Birliyinin sədri


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar