Sizin Reklam Burada
Xəbər lenti
12-06-2026
11-06-2026
10-06-2026
BÜTÜN XƏBƏRLƏR

Uz

Tarix: 08-03-2026 22:50     Baxış: 36 A- / A+
Özbəkistan Milli Teleradio Şirkətinin rəhbəri
cənab Abdurəşid Abduvohidoviç Jo‘raboyevə


    Hörmətli cənab Jo‘raboyev!

   Əvvəlcə qeyd etmək istərdik ki, ölkənizdə informasiya siyasətinin ardıcıl həyata keçirilməsi, milli jurnalistikanın və mənəvi-maarifçi sahənin inkişafı istiqamətində gördüyünüz səmərəli fəaliyyəti yüksək qiymətləndiririk.
Azərbaycan Respublikasının Bakı şəhərində keçiriləcək nüfuzlu beynəlxalq ədəbi festival çərçivəsində yaradıcılıq və informasiya mübadiləsi üçün geniş imkanların yaradılması nəzərdə tutulur. Sözügedən tədbir beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, eləcə də kütləvi informasiya vasitələri arasında təcrübə mübadiləsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
 Bu münasibətlə, Andican vilayət Teleradio Kanalı dövlət müəssisəsinin yaradıcı heyətinin üzvləri — müxbir Oygul Mahammadjonova və onun operatorunun həmin beynəlxalq ədəbi festivalda iştirak edərək tədbiri geniş və peşəkar şəkildə işıqlandırmaları üçün mümkün olan təşkilati və əməli dəstəyinizi göstərməyinizi xahiş edirik.
İnanırıq ki, onların bu tədbirdə iştirakı regional jurnalistikanın təcrübəsinin zənginləşməsinə, həmçinin ölkələrimiz arasında ədəbi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu məsələyə diqqət və dəstəyinizə görə əvvəlcədən təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Anar
Azərbaycan Yazıçılar Birliyinin sədri
Bakı şəhəri


___ ______ 2026-cı il

E-mail: uzbekistan@mtrk.uz

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar