Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda təhsil müddəti azaldıldı

Tarix: 10-12-2025 22:32     Baxış: 326 A- / A+
Gürcüstanda təhsil müddəti azaldıldı
Gürcüstan parlamenti “Ali təhsil” haqqında Qanuna təklif olunan dəyişiklikləri qəbul edib.
 
Dəyişikliklərə əsasən universitet sistemində bəzi ixtisaslar istisna olmaqla bakalavr təhsilinin müddəti 3, magistr təhsilinin müddəti isə 1 il nəzərdə tutulub.
 
Akademik ali təhsil çərçivəsində bakalavr səviyyəsində təhsil proqramı ən azı 180, magistr pilləsində isə ən azı 60 kredit təşkil edəcək.
 
Əsas düzəlişlərdən biri də ali təhsil sistemində qrant modelinin ləğvi ilə əlaqədardır. Bundan sonra Gürcüstan vətəndaşları dövlət ali məktəblərində həm bakalavr, həm də magistr pilləsində tam ödənişsiz təhsil alacaqlar. Lakin fakültələr üzrə kvotalar tətbiq ediləcək.
 
Qeyd edək ki, qanuna dəyişikliklər hökumətin təşəbbüsü əsasında hazırlanıb. Səsvermə zamanı 79 deputat qanunun lehinə, 9-u isə əleyhinə olub.
 
Məlumat üçün bildiririk ki, hazırda Gürcüstan universitetlərində bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistr pilləsi üzrə isə 2 il təşkil edir. modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar