Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Onunla Üzeyir Hacıbəylini bir tərəziyə qoymaq...” - Üzeyir siyasilər arasında gərginliyə səbəb oldu

Tarix: 10-10-2019 17:36     Baxış: 3157 A- / A+
“Onunla Üzeyir Hacıbəylini bir tərəziyə qoymaq...” - Üzeyir siyasilər arasında gərginliyə səbəb oldu

“Üzeyir kütlə, məişət şüuru üçün istiqamətlənmiş adamdır, heç bir görkəmli bəstəkar, dahi şəxs, sənəti dərk edən şəxs ona qulaq asmaz. Üzeyir Mehdizadə ilə Üzeyir Hacıbəylini bir tərəziyə qoymaq olmaz”.

Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a müsahibəsində deyib. O, sözlərinə belə davam edib:

“İlqar Məmmədov istedad nəyə deyir? Yaxşı səsi var? Xoşa gələn səsi ola bilər. Kiminin Enrikedən, kiminin Merkuridən, kiminin Ceksondan xoşu gələ bilər. Mən zövqümə uyğunlaşdırıb deyə bilmərəm ki, filankəs bir nömrədir. Bəlkə İlqar Məmmədovun zövqünə uyğundur. Bu halda zövq müzakirə edilməz. Çünki zövq həqiqət deyil. İlqar Məmmədov deyirsə Üzeyir yaxşıdır, deməli, yaxşıdır. Mən ki demirəm, bu, onun zövqüdür. Axı Üzeyirin oxuduqlarında azadlıq, sosial yük bir yana qalsın, heç ülvi məhəbbət də yoxdur. Onun oxuduğu “O qız mənim olmalıdır, heç kəsə qismət olmasın”, “Onunla küsmüşəm, məni barışdırın”... Bu musiqilərdə nə məna var? Sadəcə, Üzeyirin də öz dinləyiciləri, belə desək, müştəriləri var”.

Xatırladaq ki, Respublkaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun "Facebook"da yazdığı statususu geniş müzakirəyə səbəb olmuşdu. O, “100 milyon baxış! Həbsimdən qabaq rusdilli forumlar Azərbaycanda “Facebook”dan güclü idi. Orada bir-iki dəfə yazmışdım ki, Üzeyir Mehdizadənin güclü musiqi istedadı var, amma bu istedadı yönəldən yoxdur. Məni ələ salmayan qalmadı. Baxmayaraq ki, "musiqisini bəyənirəm" demədim (fərqli zövq məsələsidir), sadəcə "böyük istedadını görürəm" dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!" - deyə yazmışdı.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar