Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

200 milyonluq torpaq fırıldağı - Fuad Şıxıyevə qarşı İTTİHAM

Tarix: 31-07-2020 14:09     Baxış: 6241 A- / A+
200 milyonluq torpaq fırıldağı - Fuad Şıxıyevə qarşı İTTİHAM


Dağıstanın Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev saxlanılıb.

Bu barədə "TASS" agentliyinə hüquq-mühafizə orqanlarından mənbə bildirib.

Mənbənin sözlərinə görə, F.Şıxıyev torpaq sahələrinin oğurluğu və satışı ilə məşğul olan cinayətkar dəstə təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.

Mənbə qeyd edib ki, ümumilikdə cinayət işi çərçivəsində təxminən altı nəfər saxlanılıb: "İstintaq hərəkətləri davam edir, həbs olunanların sayı arta bilər".

Manevr.az bildirir ki, Rusiyanın TASS agentliyinin yaydığı məlumatda belə deyilir.

Agentliyin həmsöhbəti danışıb ki, dəstə torpaq sahələrinin oğurlanması və satışı ilə məşğul olub. Qrupun hərəkətlərindən zərər 200 milyon rubl (4.633.138 manat) təşkil edib.

200 milyonluq torpaq fırıldağı - Fuad Şıxıyevə qarşı İTTİHAM


Şıxıyevi axtarışlar və dindirilmələr başa çatdıqdan sonra saxlayıblar. Yaxın günlərdə onunla bağlı qətimkan tədbiri seçiləcək.

Mənbə qeyd edib ki, ümumilikdə cinayət işi çərçivəsində təxminən altı nəfər saxlanılıb.

Dağıstan DİN və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları dünən səhər saatlarında Dərbənd rayon administrasiyasının binasını mühasirəyə alaraq axtarışlara başlayıblar. F.Şıxıyevin evində də axtarış aparılıb.

İstintaqdan verilən ilkin məlumata görə, Dərbənd rayon administrasiyasının məmurları sənədlərin saxtalaşdırılmasında və torpaq sahələrinin qanunsuz satışında suçlu bilinirlər.

Axtarışların nəticəsində 7 nəfər saxlanılıb.

İstintaqdan verilən məlumatlara görə, Dərbənd rayon administrasiyasının rəhbəri səlahiyyətlərini icra edən F.Şıxıyev 2018-ci ilin mayında cinayətkar qrup yaradaraq saxta sənədlər əsasında torpaqların icarəyə verilməsinə və satışına başlayıb.

Dəstə üzvləri təsərrüfat kitablarından saxta çıxarışlar və kənd, qəsəbə administrasiyalarının başçılarının adlarından saxta qətmanələr hazırlayır, sonra torpaq sahələrini öz adlarına keçirir, satır və ya icarəyə verirdilər.

2018-ci ilin mayından bu ilin iyun ayınadək Dərbənd rayonunda 500-dən artıq torpaq sahəsi bu minvalla mənimsənilib. Bu torpaq sahələrinin ümumi kadastr dəyəri 38 milyon rubldan, bazar dəyəri isə 200 milyon rubldan artıqdır.

Fuad Şıxıyevin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərar Dərbənd rayonunun sabiq başçısı Məhəmməd Cəlilovun istintaqda verdiyi ifadələrdən sonra qəbul olunub.

F.Şıxıyev 2015-2018-ci illərdə Cəlilovun müavini olub, sosial məsələlərə baxıb. 2018-ci ildə Cəlilov həbs olunandan sonra Şıxıyev onun postuna təyinat alıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar