Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Laçın” gəmisi Azərbaycan bayrağı altında xarici sularda üzəcək - ŞƏKİL

Tarix: 16-05-2020 17:17     Baxış: 4209 A- / A+
“Laçın” gəmisi Azərbaycan bayrağı altında xarici sularda üzəcək - ŞƏKİL

Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması ilə yanaşı, bir bazardan asılılığının aradan qaldırılması üçün xarici sularda fəaliyyəti də daim diqqət mərkəzində saxlanılır.

Bu barədə ASCO-nun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu istiqamətdə daha bir addım atılıb. Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən və ilk milli istehsalımız olan tanker tipli “Laçın” gəmisinin Azərbaycan bayrağı altında xarici sularda fəaliyyət göstərməsinə qərar verilib.

Artıq dizel yanacağı ilə yüklənmiş “Laçın” tankeri ilk səfərinə hazırdır. Gəmi Bakı limanından üzü Gürcüstanın Kulevi limanı istiqamətində səfərə yollanacaq. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçərək Kulevidə də əlavə yüklənmə olduqdan sonra Türkiyəyə doğru istiqamət alacaq. “Laçın”ın apardığı yükün Türkiyənin Gebze limanına çatdırılması planlaşdırılır.

Daimi heyəti 11 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımalar həyata keçirəcək. Uzunluğu 141, eni 16,9 metr olan yeni nəsil “Laçın” tankeri təkcə Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində deyil, xarici sularda ölkəmizin təmsil və təbliğində də mühüm rol oynayacaq.

Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Laçın” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-i quru yük, üçü tankerdir.

Manevr.az
“Laçın” gəmisi Azərbaycan bayrağı altında xarici sularda üzəcək - ŞƏKİL
“Laçın” gəmisi Azərbaycan bayrağı altında xarici sularda üzəcək - ŞƏKİL
“Laçın” gəmisi Azərbaycan bayrağı altında xarici sularda üzəcək - ŞƏKİL
“Laçın” gəmisi Azərbaycan bayrağı altında xarici sularda üzəcək - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar