Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vitse-spiker kişilərin öpüşməsinə qarşı çıxdı

Tarix: 17-03-2020 13:23     Baxış: 2153 A- / A+
Azərbaycanda vitse-spiker kişilərin öpüşməsinə qarşı çıxdı


Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronavirusdan toxunulmazlıq “səlahiyyətimiz” yoxdur”.

Bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Əliyev bildirib ki, insanlar təmasdan yayınmalıdırlar:

“Vətəndaşlara çatdırmalıyıq ki, təmaslardan yayınsınlar. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır. Hesab edirəm ki, hər kəs Nazirlər Kabineti yanında operativ qərargahın qaydalarına ciddi şəkildə əməl etməlidir”.

Parlament sədrinin müavini qeyd edib ki, xüsusilə də kişilərin görüşən zaman opüşməsinin qarşısını almaq üçün təbliğat aparmalıyıq.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi təkmilləşdirilərək yeni redaksiyada təqdim olunub. Maddədə bildirilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslərin iki min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Məcəllənin 388-1-ci maddəsinə də müvafiq düzəlişlər edilib. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. /oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar