Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda uzunömürlülərin yaşadığı bölgələr - SİYAHI

Tarix: 10-09-2019 10:06     Baxış: 4213 A- / A+
Azərbaycanda uzunömürlülərin yaşadığı bölgələr - SİYAHI


Azərbaycanda yaşayan əhalinin müxtəlif yaş kateqoriyaları, o cümlədən uzunömürlülərin sayı ilə bağlı statistika açıqlanıb.

Manevr.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2019-cu il yanvar ayının 1-i vəziyyətinə görə ölkə üzrə uzunömürlülər 90 və yuxarı yaşda olanlardır.

DSK rəsmisi qeyd edib ki, ölkə üzrə 50 və yuxarı yaşda əhalinin sayı 2 436 712 nəfərdir:

"Onlardan 1 115 892 nəfərini kişilər, 1 320 820 nəfərini qadınlar təşkil edir. 60 və yuxarı yaşda olanların sayı isə 1 144 508 nəfərdir ki, onlardan 504 873 nəfəri kişilər, 639 635 nəfəri qadınlardır”.

R.Süleymanov həmçinin deyib ki, əhali arasında 70 və yuxarı yaşda olanlar 401 020 nəfərdir:

"Onlardan 162 975 nəfərini kişilər, 238 045 nəfərini qadınlar təşkil edir. 80 və yuxarı yaşda olanlar isə 149 931 nəfərdir ki, onların da 58 826 nəfəri kişilər, 91105 nəfəri qadınlardır”.

Onun sözlərinə görə, 90 və yuxarı yaşda olanlar, yəni uzunömürlülərin sayı hazırda 15 148 nəfər təşkil edir:

"Onlardan 5573 nəfəri kişilər, 9575 nəfəri qadınlardır. Bu rəqəm 2015-ci ildə 10171, 2016-cı ildə 10880, 2017-ci ildə 11820, 2018-ci ildə 12207 nəfər olub. Azərbaycanda uzunömürlülərin çoxu - 2680 nəfəri Bakıda yaşayır. Onların 1262-si kişi, 1418 nəfəri qadındır.

Yaşı 90 və daha yuxarı olan şəxslər Bakıdan sonra əsasən Ağdam, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayırlar. Ağdam rayonunda yaşı 90 və daha yuxarı olan 387 nəfər (119 kişi, 268 qadın), Şəmkir rayonunda 346 nəfər (74 kişi, 272 qadın), Gədəbəy rayonunda 335 nəfər (91 kişi, 244 qadın), Tovuz rayonunda 270 nəfər (82 kişi, 188 qadın) var”.

Şöbə müdiri deyib ki, hazırda Azərbaycanda 100 və yuxarı yaşda yaşayanların sayı 880 nəfərdir:

"Onlardan 257 nəfərini kişilər, 623 nəfərini qadınlar təşkil edir. Bakıda yaşayan 100 və yuxarı yaşda əhalinin 6-sı kişi, 35-i qadındır. Laçın rayonunda (15 nəfər, onlardan kişilər - 2, qadınlar - 13), Babək rayonunda (14 nəfər, onlardan kişilər - 4, qadınlar - 10) və Lənkəran şəhərində (13 nəfər, onlardan kişilər - 5, qadınlar - 8) yaşayır”.

Süleymanov qeyd edib ki, 2018-ci ildə Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu göstəricisi ümumi əhali arasında 75,8 yaş, o cümlədən kişilərdə 73,3 qadınlarda isə 78,2 yaş təşkil edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar